Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tranzitor işemik həmlə
Tranzitor işemik həmlə və ya tranzitor işemik hücum- kəskin infarkt(toxuma ölümü) olmadan işemiya səbəbli nevroloji disfunksiya epizodlarıdır. TİH zamanı nevroloji simptomlar 24 saat ərzində keçib gedir, əks halda xəstəyə İşemik insult diaqnozu qoyulur. == Əlamət və simptomlar == Simptomlar insanlar arasında müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlara keçici görmənin itirilməsi, nitqin çətinləşməsi, ətraf əzələlərində zəiflik, ətraflarda hissi pozulmalardır.Başgicəllənmə də müşahidə oluna bilər. == Risk Faktorları == Ailədə işemik insult anamnezi 55 yaşdan yuxarı olan insanlar.
Tranzistor
Tranzistor (ing. transistor) — elektrik siqnallarını gücləndirmək, idarə etmək və generasiya etmək üçün üçelektrodlu yarımkeçirici cihaz. Tranzistor giriş, boşaltma və mənbə hissələrindən ibarətdir, bunlar adətən emitter, kollektor və baza adlanır. Tranzistorlar BJT(bipolar junction transistor) və FET(field effect transistor) olmaqla iki növə ayrılır. 1948-ci ildə üç fizikin - Ualter Houzer Bratteyn, Con Bardin və Vilyam Şoklinin fəaliyyəti nəticəsində tranzistor kəşf olunmuşdur. 1956-cı ildə Ualter Bretteyn "Yarımkeçiricilərin tədqiqinə və tranzistor effektinin kəşfinə görə" fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == İş prinsipi == Bir qayda olaraq elektrik siqnallarının gücləndirilməsi, yığılması və dəyişilməsi üçün istifadə edilir. Prinsipial sxemlərdə "VT" və ya "Q" kimi işarə edilir. Tranzistor elektronik siqnalları və elektrik enerjisini gücləndirmək, çevirmək üçün istifadə olunan yarımkeçirici qurğudur. O, xarici kontura qoşulmaq üçün ən az 3 terminaldan təşkil olunmuş yarımkeçirici materialdan ibarətdir.
Məntiqi tranzistor-tranzistor
Məntiqi tranzistor-tranzistor (MTT)(ing. Transistor–transistor logic (TTL))— rezistorlar və bipolyar birləşmiş tranzistorlardan hazırlanmış rəqəmli sxemlər sinfidir. Bu məntiqi transistor-tranzistor adlanır, çünki hər iki məntiqi element funksiyası və gücləndirmə funksiyası tranzistorlar tərəfindən yerinə yetirilir. MTT geniş yayılmış inteqral sxem ailəsindən olduğu üçün məşhurdur və kompüterlər, sənaye, avadanlıq və cihazlar, məişət elektrik cihazları, sintezatorlar kimi bir çox sahələrdə istifadə olunur. MTT bəzən MTT-uyğun məntiq səviyyəsi' mənasında da işlədilir. 1963-cü ildən inteqral sxemlərin təqdimatından sonra MTT tranzistorları bir neçə yarımkeçirici şirkət, xüsusilə məşhur olan Texas İnstruments tərəfindən istehsal olunmağa başladı. MTT kompüter və digər rəqəmli elektronikanın əsasında durur.
Foto tranzistor
Foto tranzistor-Üzərinə işıq düşdüyündə kollektor-emitter ucları arasındakı müqavimət dəyəri azalan elementdir. Ümumiyyətlə bir yükün işıq ilə idarə edilməsində açar elementi olaraq istifadə edilər. Foto tranzistorlar normal tranzistor kimi PNP və ya NPN olaraq istehsal edilirlər.Fototranzistorlar, baza ucuna işıq düşdüyündə K-E arasından cərəyan keçməsini təmin edən elementlərdir. Fotodiyotlardan fərqli olaraq işıqla hasil edilən cərəyanı gücləndirə bilərlər. Bu xüsusiyyətləri sayəsində fotodiodlardan çox üstündürlər. == Foto tranzistorun quruluşu == Fototranzistorlar iki ya da üç ayaqlı olaraq istehsal edilir. Üç ayaqlı olan modellərdə lupa rənglənmiş olarsa element normal tranzistor halına keçər. Lupa rənglənməzsə və baza ucu da dövrəyə bağlanacaq olursa baza iki təsir söz mövzusu olacağından K(kollektor)-E(emitter) arasından keçən cərəyanın miqdarındakı dəyişmə daha çox olur. Iki ayaqlı fototranzistorlarda(istifadə rahatlığı baxımından) baza ucu çölə çıxarılmaz.Foto tranzistorların quruluşu şəkildə östərilmişdir. Üç yarım keçiricinin birləşməsindən ibarət olan fototranzistorların K-B(baza) ucları arasına bağlanmış olan fotodioda işıq enerjisi (foton) gələ bilməsi üçün baza ucunun olduğu hissəyə lupa şəklində şüşə yerləşdirilmişdir.
Tranzit
Tranzit (iqtisadiyyat) — iqtisadiyyatın bir qolu. Tranzit (internet) — internetin bir qolu. Tranzit (nəqliyyat) — sərnişin və ya yüklərin bir ölkədən digərinə arılıq ölkədən daşınması. Tranzit (astronomiya) — müəyyən bir nöqtədən baxarkən bir fəza cisminin digərinin qarşısından keçməsi müşahidə olunan astronomik hadisələr Tranzit (politologiya) — siyasi rejimlər mövcud olan dövlətlərin demokratiyaya keçidi prosesi. Tranzit (FK) — Latviyanın Ventspils şəhərinin futbol klubu.
Tranzit (iqtisadiyyat)
Tranzit —
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir. Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub.