Məntiqi tranzistor-tranzistor (MTT)(ing. Transistor–transistor logic (TTL))— rezistorlar və bipolyar birləşmiş tranzistorlardan hazırlanmış rəqəmli sxemlər sinfidir. Bu məntiqi transistor-tranzistor adlanır, çünki hər iki məntiqi element funksiyası və gücləndirmə funksiyası tranzistorlar tərəfindən yerinə yetirilir.
MTT geniş yayılmış inteqral sxem ailəsindən olduğu üçün məşhurdur və kompüterlər, sənaye, avadanlıq və cihazlar, məişət elektrik cihazları, sintezatorlar kimi bir çox sahələrdə istifadə olunur. MTT bəzən MTT-uyğun məntiq səviyyəsi' mənasında da işlədilir.
1963-cü ildən inteqral sxemlərin təqdimatından sonra MTT tranzistorları bir neçə yarımkeçirici şirkət, xüsusilə məşhur olan Texas İnstruments tərəfindən istehsal olunmağa başladı. MTT kompüter və digər rəqəmli elektronikanın əsasında durur.