Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ulduzvarı şoran
Ulduzvari şorangə
Ulduzvari şorangə (lat. Salsola stellulata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Avropada, Qərbi Sibirdə yayılmışdır. Orta Asiyada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 10-12 sm olan, qaidə hissədən şaxələnmiş və aşağı hissədən budaqları oduncaqlaşmış yarımkolcuqdur. Yarpaqları oturan, yarımsilindrvarıdır, uzunluğu 5-10 mm, ucları kütdür. May ayında çiçəkləyir. Çiçəkyanlığının yarpaqları uzun tükcüklərlə örtülmüşdür. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvələri pərdəvari qanadlı, böyrəkvari, adətən narıncı rəngdədir.
Üzükvari pankreas
Üzükvari pankreas — Mədəaltı vəzin anomaliyasıdır. Normal pankreas toxumasının onikibarmaq bağırsaq ikinci qismini çevrələməsi nəticəsində əmələ gəlir. Bu anomaliya adətən uşaqlarda ortaya çıxır və ürək qüsurları, Daun sindromu və b. birlikdə rast gəlir. Bəzi hallarda böyük yaşlarda (40–50) rast gələ bilir. Əsas əlaməti onikibarmaq bağırsaq obstruksiyasıdır (qusma, ağrı). Rentgenoloji müayinə, endoskopiya və oral kontrastlı kompüter tomoqrafiyası diaqnozu dəqiqləşdirə bilər. Müalicəsi qastroenteroanastomozun qoyulmasıdır. Pankreas tolxuma-sının kəsilməsi tövsiyə edilmir, çünki duodenal və pankreatik fistullar meydana gələ bilir. Malginizasiya şübhəsi olduqda PDR yerinə yetirilir.