Ulduzvari şorangə (lat. Salsola stellulata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.
Ulduzvari şorangə | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ulduzvari şorangə |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Qafqazda, Avropada, Qərbi Sibirdə yayılmışdır. Orta Asiyada təsvir edilmişdir.
Hündürlüyü 10-12 sm olan, qaidə hissədən şaxələnmiş və aşağı hissədən budaqları oduncaqlaşmış yarımkolcuqdur. Yarpaqları oturan, yarımsilindrvarıdır, uzunluğu 5-10 mm, ucları kütdür. May ayında çiçəkləyir. Çiçəkyanlığının yarpaqları uzun tükcüklərlə örtülmüşdür. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvələri pərdəvari qanadlı, böyrəkvari, adətən narıncı rəngdədir. Dişicik ağzı sütuncuğa bərabərdir. Tozcuqları da həmin uzunluqdadır. Çiçəkyanlığı çox vaxt al-qırmızı qanadlıdır, qanadlarla birlikdə diametri 5-7 mm-dir.
Duzlu, şoran torpaqlarda yaxşı bitir.
Naxçıvan düzündə, (Ordubad, duz mədənləri) qumlu yamaclarda geniş yayılmışdır.
Tərkibindəki alkoloidlər damarları genişləndirərək qan təzyiqini aşağı salır.