Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Unqa
Unqa adası (ing. Unqa, aleut. Uĝnaasaqax) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Yerli əhalisi aleutlar olmuşdur. Hal-hazırda adada yaşayış yoxdur. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarının ən böyüyüdür. Sahəsi 442,188 km²-dir buda onu ABŞ-nin 35-ci ən böyük adası edir. İrkutsk taciri İvan Beçevin tərəfindən təşkil edilən 1760-1762-ci illərdə balıq ovu ekspedisiyasının üzvləri tərəfindən kəşf edilmişdir. 1827-ci ildə rus səyyatı İvan Kruzenşternin hesabatında qeyd edilir. Yepiskop İnnokenti “Unalaşkinski departamentinin adaları haqqında qeydlər” əsərində adanı bu adla qeyd etmişdir.
Usta
Usta — çalışdığı sahəni yüksək səviyyədə bilən şəxs. Usta — konkret sənət üzrə təzə başlayan fəhlənin hamisi. Usta — Orta əsrlərdə sех lərin tamhüquqlu üzvü. Usta — XIX əsrdə İngiltərədə oğlana edilən müraciət. Usta — istehsalatda ilk mühəndis vəzifəsi. Usta — məişət xidməi sahəsində ixtisaslı fəhlə. İdman ustası — idmanda ixtisas dərəcəsi. Usta — masonluğa həsr edilmə dərəcəsi. Usta — müəyyən sahələrdə professionallıq dərəcəsi. Usta (film) — Polşa filmi , 2005-ci il, rejissor Pyotr Тşalski tərəfindən çəkilib.
Xunta
Xunta (isp. junta, tərcümədə "toplantı", "komitə") - İspaniyada və ispandilli ölkələrdə dövlət idarəetmə orqanlarını bildirən söz. Lakin, bu söz digər dillərə də keçmiş və beynəlxalq aləmdə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş hərbi diktaturaları bildirmək üçün istifadə olunur. Məsələn, Pinoçet xuntası, yunan hərbi xuntası ("Qara polkovniklər"), Myanma xuntası və s.
İnta
İnta — Rusiya Federasiyasında yerləşən şəhər. Komi Respublikasına daxildir.
Hiram Usta
Hiram usta hekayəsi yəhudilərin müqəddəs və mistik iudaizmin kitabı olan Kabalada nəql edilən hekayələrdən biridir. Süleyman peyğəmbər (e.ə. 965–926) yəhudi dini ədəbiyyatında, eləcə də tarixində mühüm yer tutan bir şəxsdir. Bunun səbəbi onun peyğəmbər olmaqla yanaşı həm də yəhudilərin krallarından biri olmasıdır. Süleyman peyğəmbərin yəhudi tarixində mühüm yer tutmasının bir səbəbi də bu gün yəhudilərin müqəddəs hesab etdikləri yerlərdən biri olan və Qüdsdə yerləşən "Ağlama Divarı" ilə olan əlaqəsidir. Yəhudi dini təliminə görə "Ağlama Divarı" əfsanəvi "Süleyman Məbədi"-nin müasir dövrə qədər gəlib çatmış yeganə qalığıdır. Süleyman Məbədi e.ə. 587-ci ildə, Yahuda dövlətinin işğalı vaxtı, Babil kralı Nabukodonosorun əmri ilə yerlə yeksan edilmişdi. Süleyman Məbədinin inşa edilməsi hekayəsi mistik iudaizmin kitabı olan Kabalada, "Krallar, 7-ci Bab"-da ətraflı izah edilir. Bu məbədin baş memarı, dul bir qadının oğlu olan, Hiram Abif adlı bir usta idi.
Muharrem Usta
Məhərrəm Usta (d. 1 Sentyabr 1965, Trabzon) Türk iş adamı, həkim və idman meneceri. İstinye Universiteti heyətin sədri. == Həyatı == Məhərrəm Usta 1965-ci ildə Trabzonda anadan olub. 1989-cu ildə Doqquz Sentyabr Universiteti Tibb Fakültəsini bitirmişdir. 1992-ci ildə Qulaq Burun Boğazı mütəxəssisi oldu. 1993-cü ildə o, xəstəxana idarəetmə sahəsində işləməyə başladı. 1995-ci ildə Türkiyənin ən böyük xəstəxanalar zənciri Medical Parkın təməllərini atdı. Medical Park Xəstəxanalar Qrupu və Liv Hospital Xəstəxanası İdarə heyəti Başçısı olan Məhərrəm Usta, uzun müddət xüsusi xəstəxanalar və sağlamlıq təşkilatları Başçısı olmuşdur. Məhərrəm Usta, həmçinin İstanbul Ticarət Palatası Sağlamlıq Komissiyasının üzvüdür və sağlamlıq baxımından etdiyi investisiyalar, idmana və idmançılara dəstəklərilə də tanınır.
Məhərrəm Usta
Məhərrəm Usta (d. 1 Sentyabr 1965, Trabzon) Türk iş adamı, həkim və idman meneceri. İstinye Universiteti heyətin sədri. == Həyatı == Məhərrəm Usta 1965-ci ildə Trabzonda anadan olub. 1989-cu ildə Doqquz Sentyabr Universiteti Tibb Fakültəsini bitirmişdir. 1992-ci ildə Qulaq Burun Boğazı mütəxəssisi oldu. 1993-cü ildə o, xəstəxana idarəetmə sahəsində işləməyə başladı. 1995-ci ildə Türkiyənin ən böyük xəstəxanalar zənciri Medical Parkın təməllərini atdı. Medical Park Xəstəxanalar Qrupu və Liv Hospital Xəstəxanası İdarə heyəti Başçısı olan Məhərrəm Usta, uzun müddət xüsusi xəstəxanalar və sağlamlıq təşkilatları Başçısı olmuşdur. Məhərrəm Usta, həmçinin İstanbul Ticarət Palatası Sağlamlıq Komissiyasının üzvüdür və sağlamlıq baxımından etdiyi investisiyalar, idmana və idmançılara dəstəklərilə də tanınır.
Urta-Bulak
Urta-Bulak — Özbəkistan ərazisində təbii qaz yatağı. SSRİ dövründə aktiv surətdə istismar edilib. 1963-cü ildə Urta-Bulak yatağında təbii qaz partlayışı baş vermiş, alovu üç il (1064 gün) söndürmək mümkün olmamışdır.
Usta-şagird
Usta şagird - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydaları == Bu oyunda on-on beş nəfər uşaq iştirak edir. Onlardan birini sanama üsulu ilə usta(başçı) seçirlər. Sonra oyun aşağıdakı kimi davam edir. Usta uşaqlardan birini(yəni şagirdi) çağırıb sağ əlini sağ qulağının üstünə , sol biləyini sağ qoltuğunun altına qoymaqla ovucun iç tərəfini bayır tərəfə açıq saxlamağı əmr edər. Şagird ustanın əmrini yerinə yetirir və gözlərini yumur. Sonra qalan uşaqlar onun arxa tərəfində cəm olar. Uşaqlar növbə ilə şagirdə yaxınlaşıb onun ovcunun içinə vururlar. Uşaq yaxınlaşıb vurduqdan sonra astaca geriyə - öz yerinə çəkilir. Sonra usta soruşar: -Ay canım şagird, ay gözüm şagird, səni kim vurdu, kim gördü?
Usta Abdulla
Zodlu Abdulla (Usta Abdulla yaxud Zodlu Usta Abdulla; 1865, Zod, Yeni Bəyazid qəzası – 1943, Kirovabad) — Ustad el şairi. == Həyatı == Namazov Abdulla Rəhim oğlu 1865-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Məhz bu səbəbdən də Usta Abdulla xalq arasında, ədəbiyyatımızda anadan olduğu kəndin adı ilə Zodlu Abdulla kimi də tanınmışdır. Folklor toplayıcıları, ayrı-ayrı ədəbiyyat həvəskarları nəşr etdirdiyi toplularda bu sənətkarın şeirlərini həmin iki adla da təqdim edirlər. Bu səbəbdən də bəzən onu bu ad müxtəlifliyinə görə ayrı-ayrı şəxslər kimi təqdim etmişlər. Bu adlardan biri kimi anadan olduğu kəndi, Zod kəndini özündə ehtiva edirsə, digəri sənətkarın sənəti, peşəsi ilə bağlıdır. Usta Abdulla düşüncəsində usta sözü bir termin kimi peşəsindən gəlir. Xalq arasında o, sənəti ilə bağlanan bu adın daşıyıcısına çevrilmiş, şöhrətlənmişdir. Atası Rəhim də xarratlıqla məşğul olmuş, ailəni buradan qazandığı pulla dolandırmışdır. Usta Abdulla mədrəsə təhsili almışdır.
Usta Bob
Usta Bob (ing. Bob the Builder) — HIT Entertainment, HOT Animation və SD Entertainment üçün Kit Çapman tərəfindən yaradılmış Britaniya animasiyalı uşaq televiziya serialıdır.
Usta Bəndər
Usta Bəndər — 1231-ci ildə Gəncədə sənətkarların və şəhər yoxsullarının Xarəzmşah Cəlaləddinə qarşı yönəlmiş üsyanının rəhbəri. == Haqqında == XI-XV əsrlərdə Azərbaycanın sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərində geniş fəaliyyət göstərmiş əxi təşkilatları dövrün ictimai-siyasi həyatında mühüm rоl oynayırdılar. Belə ki, 1231-ci ildə Təbrizdə, Gəncədə baş vermiş xalq üsyanlarının əsas təşkilatçıları əxi təşkilatının üzvləri və başçıları olmuşdur. Çox güman ki, Usta Bəndər də Gəncədəki əxi təşkilatlarından birinin rəhbəri idi. === Gəncə üsyanı === Üsyana yerli əhalidən alınan verginin həddən çox yığılması səbəb olmuşdu. Mənbələrin məlumatına görə, üsyançılar "şəhərin rəisinin sarayını darmadağın etdilər, məmurları və nökərləri öldürdülər, Xarəzmşahların hərbi qarnizonlarını məhv etdilər. Qoşunla Gəncəyə yaxınlaşan Cəlaləddin üsyançılara silahı yerə qoymağı əmr etdi və onları bağışlayacağını bildirdi, lakin üsyançılar təslim olmaqdan imtina etdilər. Şəhərin mühasirəsinə başlandı. Bəndər şəhərdən çıxıb Cəlaləddinin hərbi düşərgəsinə basqın etməyi qərara aldı, lakin üsyançılar düşmən süvarisinin həmləsinə tab gətirə bilmədilər. Xarəzmşahın qoşunu şəhərə soxuldu.
Usta Piri
Piri Dostməmməd oğlu Quliyev və ya Usta Piri (2 (14) mart 1869, Əmircan, Bakı qəzası – 5 avqust 1951, Bakı) — Azərbaycan neftçisi, qazma ustası, Əmək Qəhrəmanı. == Həyatı == 2 mart 1869-cu ildə Əmircanda doğulub. 1885-ci ildən bəri Bakı Neft Şirkətinin barel istehsalında işləyən, 1887–1904-cü illərdə əsas işçi, köməkçi qazma ustası, Balaxanı və Suraxanı neft yataqlarında qazma ustası, 1904-cü ildən Bakı neft şirkətinin baş qazma ustası. 1917–1920-ci illərdə Bakı şəhərində inqilabi fəaliyyətdə fəal iştirak etmişdir. İnqilab zamanı Bakı neft yataqlarında işləyən avadanlıq praktik olaraq məhv edilib və Piri Quliyev bütövlükdə respublikanın neft sahələrində və neft sənayesində qazma işlərinin bərpası üçün böyük işlər gördü. 1924–1926-cı illərdə ABŞ-yə işgüzar səfərə çıxmışdı. Amerikaya gəldikdən sonra, Signal Hill-də qazma müqaviləsi hazırlayıb, daha sonra Torrens neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləmişdir. Piri Quliyev SSRİ-yə ABŞ-nin neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını gətirdi. 1926-cı ildən — "Azneft" MMC-nin yeni yataqlarının kəşfiyyat şöbəsinin müdiri. Balaxanı və Sabunçu quyuslarının əsas inkişaf etdiricilərindən biri Qala və Qaraçuxur yatağlarının kəşf edilməsi və istismara verilməsi istiqamətində aktiv iştirak etmişdir.
Usta Qənbər
Usta Qənbər Qarabaği (1830-cu illər, Şuşa – 1905, Şuşa) — Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası. == Həyatı == Qənbər Rəhim oğlu Qarabaği 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, memar, nəqqaş kimi Yaxın Şərqdə tanınmışdı. Usta Qənbər 1905-ci ildə vəfat edib. Usta Qənbərin Novruz (1868-?), Şükür (1874-?) adlı oğulları vardı. İkinci oğlu Usta Şükür atasının sənətini davam etdirmişdi. Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, Rüstəmovun evindəki divar rəsmləri isə son işlərindən hesab edilir. Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir.
Usta Səfərəli
Usta Səfərəli (Səfərəli İmamqulu oğlu Qarabaği) (1788-1856) — Qarabağ xanlığının papaqçılarından biri == Həyatı == Səfərəli İmamqulu oğlu 1788-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Molla yanında oxumuşdu. Papaqçılıqla məşğul olmuşdu. Qarabağ xanlığının elitar təbəqəsinin papağını tikirdi. Usta Səfərəli 1856-cı ildə Şuşa şəhərində vəfat edib. == Ailəsi == Usta Səfərəli Xədicə ilə ailə qurmuşdu. Zeynal, Həsən, Həzrətqulu, Məmmədqulu adlı oğlanları, Püstə adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağ xanlığı, Bakı, "Şuşa", 2007. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Usta şagird
Usta şagird - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydaları == Bu oyunda on-on beş nəfər uşaq iştirak edir. Onlardan birini sanama üsulu ilə usta(başçı) seçirlər. Sonra oyun aşağıdakı kimi davam edir. Usta uşaqlardan birini(yəni şagirdi) çağırıb sağ əlini sağ qulağının üstünə , sol biləyini sağ qoltuğunun altına qoymaqla ovucun iç tərəfini bayır tərəfə açıq saxlamağı əmr edər. Şagird ustanın əmrini yerinə yetirir və gözlərini yumur. Sonra qalan uşaqlar onun arxa tərəfində cəm olar. Uşaqlar növbə ilə şagirdə yaxınlaşıb onun ovcunun içinə vururlar. Uşaq yaxınlaşıb vurduqdan sonra astaca geriyə - öz yerinə çəkilir. Sonra usta soruşar: -Ay canım şagird, ay gözüm şagird, səni kim vurdu, kim gördü?
Zaviyyət-Kunta
Zaviyyət-Kunta (ərəb. زاوية كنتة‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1090 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Zaviyyət-Kunta kommunası Tinduf vilayətinin Tamest, İn-Zqmir, Timokten və Umm əl-Assel kommunaları ilə həmsərhəddir. Sahəsi 9140 km2-dir. == Əhalisi == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 17,116 nəfər idi. Kişilər əhalinin 49,99%-i, qadınlar isə 50,01%-i təşkil etmişdir. Əhalinin savadlılıq səviyyəsi 73,3% olmuşdur.
Mehmet Usta
Mehmet Usta (20 fevral 1973, Düzcə) - türk teatr, kino və serial aktyorudur == Həyatı == Əslən Trabzonlu olan Usta yeni doğulanda ailəsi İstanbula köçüb, atası və əmiləri orada uzun müddət əvvəl biznes qurublar. Doğulduğu yer İstanbul olmasa da, bir yaşına İstanbulda qədəm qoyub və burada böyüyüb. İbtidai məktəbi Aksaray Mahmudiye İbtidai məktəbində, orta məktəbi və liseyi isə İstanbul Davutpaşa Liseyində oxuyub . Universitet təhsilini Marmara Universitetinin Fən və Ədəbiyyat Fakültəsində tamamlayan və universitet təhsilindən sonra magistratura təhsilini tamamlamağa qərar verən Mehmet Usta, magistr təhsilini Marmara Universiteti Sosial Elmlər İnstitutu, Sosiologiya və Antropologiya bölməsində İncəsənət Sosiologiyası sahəsində tamamladı. “Ənənəvi türk teatrı müasirlik və modernləşmə yolunda” tezisi ilə. Universitet illərinə qədər Uzaq Şərq Müdafiə Sənəti ilə maraqlanırdı. Ədəbiyyat, fəlsəfə, tarix və teologiya həmişə onun maraq dairəsi olaraq qalmış və təbii ki, əvəzedilməz teatr əsərlərini də daxil etmişdir. O, həmçinin bir çox film və seriallarda rol alıb. O, FOX kanalında yayımlanan " Kukla " serialındakı "Şoker" , "Çörək gəmisi" serialındakı "Ölü" obrazı ilə tanınıb. O , TRT 1 -də yayımlanan " Leyla və Məcnun " serialında "Kamil" obrazını canlandırıb .
Una pikləri
Una pikləri (ing. Una's Tits) — Antarktik yarımadasında, Lemeir boğazı keçidində yerləşən iki bazalt qaya. Zirvələri buzla örtülü olan bu qayaların digər adı Unanın döşləridir. Əksər naviqasiya xəritələrində bu addan istifadə olunmur. Zirvələr Böyük Britaniyanın Antarktika ərazilərinə aiddir. Una piklərinin digər alternativ adı -Renard burnudur (ing. Cape Renard). Una Folklend adalarından olan gənc qız idi. Məhz britaniyalıların ekspedisiyası zamanı o araşdırmaçılara xidmət etmiş və kollektivdə olan yeganə qadın idi. Buna görə də, bu iki qayanı onun şərəfinə belə adlandırmışlar.
Uta Arsakidze
Uta (Konstantin) Arsakidze (gürc. არსუკისძე; v. 1029, Mtsxeta) — gürcü memarı. Arsakidze orta əsr gürcü memarlığının ən monumental abidələrindən olan, Msxetada yerləşən Svetitsxoveli kafedralını (1010–1029) tikmişdir.
Uta İbrahimi
Uta İbrahimi (alb. Flutura Ibrahimi; 27 noyabr 1983) — Kosovalı alpinist. O, dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edən ilk alban oldu. O, dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edən ilk alban oldu. İbrahimi bunu 22 may 2017-ci ildə etdi, bundan sonra o, Manaslu (8163 m), Ço Oyu (8201 m), Lhotse (8516 m) və Qaşerbrum (8080 m) zirvələrini fəth etdi və rəsmi olaraq Balkanlardan ilk qadın oldu. 8000 metrdən yuxarı beş zirvəyə qalxın. == Bioqrafiya == Uta İbrahimi Kosovonun Gnjilane şəhərində anadan olub. O, Priştina Universitetinin İqtisadiyyat fakültəsini bitirib, burada marketinq üzrə təhsil alıb. O, karyerasına İliriya Universitetində marketinq üzrə köməkçi kimi başlayıb və daha sonra müxtəlif özəl şirkətlərdə eyni peşədə çalışıb. Beləliklə, Uta Ogilvy Karrota marketinq agentliyinin direktoru vəzifəsini tutdu.
Kunta Kinteh adası
Kunta Kinteh və ya köhnə adları ilə Ceyms və ya Müqəddəs Andrev adası — Qambiyadakı Qambiya çayında ada. Çayın mənsəbindən 30 km (19 mil) məsafədə yerləşən adada Ceyms qalası yerləşir. == Tarix == Adanın Avropa ilə qarşılıqlı əlaqəsi 1456-cı ilin mayında, italyan kəşfiyyatçılar Alvis Kadamosto və Antoniotto Usodimarın rəhbərlik etdiyi Portuqaliyalı bir ekspedisiyanın adaya çıxması ilə başlamışdır. Ekspedisiyya dənizçilərdən Andrev adındakı birini adada basdırır və ona ilk avropa adını, Müqəddəs Andrev adını verir. Həmçinin Dioqo Qomez də, 1458-ci il ekspedisiyasında Müqəddəs Andrev adasına lövbər salmışdır. Portuqaliyalı bir yaşayış məskəni olan San Dominqo 15-ci əsrdə, Qambiya çayının şimal sahilində, St Andrew adası ilə üzbəüz qurulmuşdur. == Miras == Ada Qərbi Afrika qul ticarətində əhəmiyyətli bir tarixi yer olaraq, əlaqəli ərazilərlə birlikdə UNESCO-nun Ümumdünya irsi olaraq siyahıya alınmışdır. Kunta Kinteh adası ağır eroziya keçirir və qalanın aktiv olduğu bu müddət ərzində ölçüsünün təxminən 1/6 hissəsi qalmışdır. Adada hələ də ingilislərin bir neçə inzibati binasının dağıntıları, kiçik bir bənd və bir neçə baobab ağacı qalmışdır. Dağıntılar bir qədər sabitləşdirilmişdir və qorunur.
Punta del Este
Punta del Este — Uruqvayın dənizkənarı kurort.
Usta Abdulla Zodlu
Zodlu Abdulla (Usta Abdulla yaxud Zodlu Usta Abdulla; 1865, Zod, Yeni Bəyazid qəzası – 1943, Kirovabad) — Ustad el şairi. == Həyatı == Namazov Abdulla Rəhim oğlu 1865-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Məhz bu səbəbdən də Usta Abdulla xalq arasında, ədəbiyyatımızda anadan olduğu kəndin adı ilə Zodlu Abdulla kimi də tanınmışdır. Folklor toplayıcıları, ayrı-ayrı ədəbiyyat həvəskarları nəşr etdirdiyi toplularda bu sənətkarın şeirlərini həmin iki adla da təqdim edirlər. Bu səbəbdən də bəzən onu bu ad müxtəlifliyinə görə ayrı-ayrı şəxslər kimi təqdim etmişlər. Bu adlardan biri kimi anadan olduğu kəndi, Zod kəndini özündə ehtiva edirsə, digəri sənətkarın sənəti, peşəsi ilə bağlıdır. Usta Abdulla düşüncəsində usta sözü bir termin kimi peşəsindən gəlir. Xalq arasında o, sənəti ilə bağlanan bu adın daşıyıcısına çevrilmiş, şöhrətlənmişdir. Atası Rəhim də xarratlıqla məşğul olmuş, ailəni buradan qazandığı pulla dolandırmışdır. Usta Abdulla mədrəsə təhsili almışdır.
Usta Aslan (1972)