Kunta Kinteh və ya köhnə adları ilə Ceyms və ya Müqəddəs Andrev adası — Qambiyadakı Qambiya çayında ada. Çayın mənsəbindən 30 km (19 mil) məsafədə yerləşən adada Ceyms qalası yerləşir.
Kunta Kinteh adası | |
Kunta Kinteh Island and Related Sites [* 1] | |
Ölkə | Qambiya |
---|---|
Tip | Mədəni |
Kriteriya | (iii), (vi) |
Keçid | 761 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2003 (27-ci sessiya) |
|
|
Adanın Avropa ilə qarşılıqlı əlaqəsi 1456-cı ilin mayında, italyan kəşfiyyatçılar Alvis Kadamosto və Antoniotto Usodimarın rəhbərlik etdiyi Portuqaliyalı bir ekspedisiyanın adaya çıxması ilə başlamışdır. Ekspedisiyya dənizçilərdən Andrev adındakı birini adada basdırır və ona ilk avropa adını, Müqəddəs Andrev adını verir.[1] Həmçinin Dioqo Qomez də, 1458-ci il ekspedisiyasında Müqəddəs Andrev adasına lövbər salmışdır.[2] Portuqaliyalı bir yaşayış məskəni olan San Dominqo 15-ci əsrdə, Qambiya çayının şimal sahilində, St Andrew adası ilə üzbəüz qurulmuşdur.[3]
Ada Qərbi Afrika qul ticarətində əhəmiyyətli bir tarixi yer olaraq, əlaqəli ərazilərlə birlikdə UNESCO-nun Ümumdünya irsi olaraq siyahıya alınmışdır. Kunta Kinteh adası ağır eroziya keçirir və qalanın aktiv olduğu bu müddət ərzində ölçüsünün təxminən 1/6 hissəsi qalmışdır. Adada hələ də ingilislərin bir neçə inzibati binasının dağıntıları, kiçik bir bənd və bir neçə baobab ağacı qalmışdır. Dağıntılar bir qədər sabitləşdirilmişdir və qorunur. Ada aşağı hündürlüklü olduğundan, yüksək dalğalanma və fırtınalar zamanı bəzən sağ qalan bəzi quruluşlar ziyan görə bilər.[4]