Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
La-Valett
La-Valett (fr. La Valette) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38521. Kommunanın 1999-cu il üçün əhalisi 521 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 710 ilə 2203 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 30 km şimal-qərbdə yerləşir.
Valetta limanı
Valetta limanıı (malta Il-Port il-Kbir) — ingiliscə adı Qrand Harbor ilə də tanınan Maltanın ən böyük limanı. Qədim dövrlərdə finikiyalılar buranı bir liman olaraq istifadə etmişlər. Daha sonra limanın vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, limanlar, priçallar və istehkamlar meydana gəlmişdir. Böyük liman hospital cəngavərləri üçün 268 il boyunca böyük strateji əhəmiyyətə sahib idi və ingilislərin adaya gəlişindən sonra da onu itirməmişdi. 23 sentyabr 1551, 1555 və ya 1556-cı illərdə (müxtəlif mənbələrə görə) Böyük limandan dağıdıcı bir fırtına keçir. Suyun üzərində meydana gələn bir tornado bir çox gəmini (Malta cəngavərlərinin sifarişli 4 gəmi daxil olmaqla) batırır. Bundan sonra hava burulğanı quruya çıxır və təxminən 600 nəfərin ölümünə səbəb olur. Tornadonun olmasına baxmayaraq, Maltanın paytaxtı - Valletta - o dövrdə mövcud deyildi. Malta cəngavərlərinin Böyük Ustası şəxsən 28 mart 1566-cı ildə onun təməl daşını qoyur. Böyük liman 1565-ci ildə Maltanın Böyük mühasirəsi zamanı cəngavərlərlə və türklər arasında bir döyüş meydanına çevrilir.
Ürəklər Valeti (Kerrolun personajı)
Ürəklər Valeti — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. == Xarakteristika == "Ürəklər Valeti" personajı ilk dəfə "Alisa möcüzələr ölkəsində" əsərinin "Krallıq kroketi" adlı səkkizinci fəslində peyda olur və yaxşı insan kimi təqdim olunur. "Krendelləri kim oğurlayıb?" adlı 11-ci əsas şübhəli şəxs hesab olunur. Ardınca 12-ci fəsil "Alisanın sübutu" fəslində peyda olur. == Uyğunlaşdırma == ABŞ rejissoru Tim Börtonun 2010-cu ildə çəkdiyi Alisa möcüzələr ölkəsində filmində ABŞ aktyoru Krispin Qloverin canlandırdığı "Ürəklər Valeti" personajı, İlosoviç Steyn (ing. Ilosovic Stayne) kimi təqdim olunur.
Ürəklər Valeti (personaj)
Ürəklər Valeti — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. == Xarakteristika == "Ürəklər Valeti" personajı ilk dəfə "Alisa möcüzələr ölkəsində" əsərinin "Krallıq kroketi" adlı səkkizinci fəslində peyda olur və yaxşı insan kimi təqdim olunur. "Krendelləri kim oğurlayıb?" adlı 11-ci əsas şübhəli şəxs hesab olunur. Ardınca 12-ci fəsil "Alisanın sübutu" fəslində peyda olur. == Uyğunlaşdırma == ABŞ rejissoru Tim Börtonun 2010-cu ildə çəkdiyi Alisa möcüzələr ölkəsində filmində ABŞ aktyoru Krispin Qloverin canlandırdığı "Ürəklər Valeti" personajı, İlosoviç Steyn (ing. Ilosovic Stayne) kimi təqdim olunur.
Şəhər darvazası (Valetta)
Şəhər darvazası (malta Bieb il-Belt, hərfi tərcümədə "Şəhərin qapısı") — Maltanın paytaxtı Vallettanın girişində yerləşən darvaza. Bu günə qədər qoyulan beşinci darvaza olan müasir darvaza 2011 və 2014 illəri arasında İtalyan memar Renzo Pianonun dizaynı ilə inşa edilmişdir. Əraziyə yerləşdirilən ilk qapı, 1569-cu ildə ya Fransesko Laparelli ya da Girolamo Kassarın dizaynı ilə tikilmiş Porta San Giorgio idi. Qapı 1586-cı ildə Porta Reale (malta Putirjal) adlandırıldı. 1633-cü ildə darvaza Tommaso Dinglinin dizaynı ilə yenidən quruldu. 1798-ci ildə Fransanın Maltanı işğal etməsi zamanı qısa bir şəkildə Porte Nationale olaraq adlandırılsa da, Malta 1800-cü ildə İngilislərin hakimiyyəti altına düşdükdə darvazanın adı Porta Reale olaraq dəyişdirildi.1853-cü ildə darvaza yenidən bir dəfə daha Kingsgate və ya Kingsway kimi tanınan daha böyük bir qapı ilə əvəz edildi. Bu ilk üç qapı hamısı Valletta şəhər divarlarının bir hissəsini təşkil etmişdir. Qapı qeyri-rəsmi olaraq Porta di terra ("torpaq qapısı" deməkdir) adlandırıldı, çünki bu şəhərə yeganə yerüstü giriş idi. Sonuncu möhkəmləndirilmiş qapı 1964-cü ildə söküldü, yerinə Alziro Bergonzo tərəfindən hazırlanan Futurist qapısı quraşdırıldı. Bu qapı 2011-ci ildə söküldü və 2014-cü ildə tamamlanan Pianonun qapısı ilə əvəz olundu.
Jan Parizo de la Valett
Jan Parizo de la Valett (fr. Jean Parisot de la Valette ; 1494 – 21 avqust 1568, Malta) — Fransız zadəgan, Malta ordeninin 49-cu Böyük Magistridir. Cəngavər kimi Malta ordeninə daxil olaraq Rodosda türklərə qarşı misilsiz bir mübarizə aparmışdır. Böyük Magistr kimi Valett 1565-ci ildə Maltanın Böyük Mühasirəsi zamanı Osmanlı qoşunlarına qarşı müqavimətə komandanlıq etmiş və bəzən də bütün zamanların ən böyük mühasirələrindən biri hesab edilən bu mühasirə zamanı ordenin qəhrəmanına və ən məşhur liderinə çevrilmişdir. Valletta şəhərinin təməli 1566-cı ildə Böyük Magistr La Valett tərəfindən qoyulmuşdur. == Bioqrafiyası == Valett Tuluza qraf ailəsinin zadəgan ailəsində anadan olmuşdur. 1534-cü ildə de Valett qaleraya (orta əsrlərdə mövcud olmuş olan hərbi gəmi növü) rəhbərlik etmiş və 1540-cı ildə özünün qalliotu (orta əsrlərdə mövcud olmuş olan hərbi gəmi növü) olmuşdur. 1541-ci ildə türklərə əsir düşmüş, bir il quldurluq etmiş və sonradan əsir mübadiləsi nəticəsində azad edilmişdir. 1546–1549-cu illər arasında Tripolinin qubernatoru olmuşdur. 21 avqust 1557-ci ildə de Valett bir çox Avropa və müsəlman dövlətləri tərəfindən Maltanın suveren hökmdarı kimi tanınmış və beləliklə də, Malta ordeninin Böyük Magistri olmuşdur.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Valeh
Valeh — ad. Valeh Bərşadlı — general, Azərbaycanın müdafiə naziri. Valeh Müslümov — Azərbaycanın Milli Qəhrəmanı Valeh Babayev — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. Valeh Cəfərov — kimya elmləri doktoru, professor. Valeh Mirzə — Azərbaycanın tanınmış şair və publisisti.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Arabesk (balet)
Arabesk ya Arabesk duruşu (it. arabesco — ərəb) — klassik rəqsin əsas duruşlardan biri. Bu zaman əllər allongeé vəzittətində, işlək ayaqlar dizlərdən və topuqdan tarım açılmiş şəkildə, biri döşəməyə barmaqlar üzərində dirənmiş, digəri isə arxaya açılmış, ifadəli nəzərlər uzaqlarad dikilmiş olur.
Azərbaycanda balet
Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. == Tarixi == === XX əsrin erkən illəri === Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu. Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi. 1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır.
Aşıq Valeh
Aşıq Valeh (Kərbəlayi Səfi Valeh) (1722, Gülablı – 1822, Gülablı) — XVIII–XIX əsrlərin görkəmli Azərbaycan aşığı. == Həyatı == Yaradıcılığı ustad aşıqlar tərəfindən yüksək dəyərləndirilən, xalqın, elin-obanın dilindən düşməyən ustad aşıqlardan biri də Abdal-Gülablı Aşıq Valehdir. Aşıq Valeh 1722-ci ildə Ağdamın Gülablı kəndində anadan olub. Əsl adı Səfidir. Kərbəlanı ziyarət etdiyi üçün xalq arasında Kərbəlayi Səfi kimi də tanınıb. Səkkiz yaşlarında atası onu öz kəndlərində yaşayan Molla Mahmudun yanına qoyur, mükəmməl savad verməsini xahiş edir. Sonra təhsilini Şuşa qəriyəsində alır. 14 yaşlarında ikən Quranı başa vurur, lakin molla olmaqdan imtina edir. İlk sənət dərsini dövrünün tanınmış sənətkarlarından olan doğma babası şair Məhəmməddən və Aşıq Güllü ilə Aşıq Cünundan almışdır. Atasının razılığı ilə dövrünün hörmətli sənətkarlarından olan Aşıq Səmədin yanına gedir və ona şəyirdlik edir.
Babək (balet)
Babək — Aqşin Əlizadənin 1986cı ildə yazdığı ikipərdəli balet. Libretto Rəfiqə Axundova və Maqsud Məmmədovundur. Quruluşçu rəssamları Tahir Salahov və Tahir Tahirov idi.
Balet artisti
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Bədəlov Valeh
Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib. 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi. Valeh Bədəlov 2016-cı ilin 2 – 5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.
Gülşən (balet)
Gülşən — Soltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir. == Tarixi == 1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti — "Gülşən" tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə "Gülşən" baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi "Gülşən" süitası böyük tirajla "Bruno" (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır. Baletinin birinci redaksiyasında (Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən ikinci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadə və P. Abolimovundur).
Halet Çambel
Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın. == Bioqrafiyası == Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi. Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir.
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. == Mənbə == Azərbaycan balet tamaşaları xronologiyası == Həmçinin bax == Yeddi oğul istərəm...
Kaleydoskop (balet)
Bəstəkar Fərəc Qarayevin italyan bəstəkarı Domeniko Skarlattinin sonatalarını interpretasiya edərək yazdığı beşpərdəli balet. Xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Librettonun müəllifi Rəfiqə Axundova və İlya Dadaşidze, rəssamı Tahir Tarirovdur. Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk tamaşa 1971-ci ildə göstərilib. == Məzmun == Süjetsiz baletdir.
Muğam (balet)
"Muğam" — Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin şeirləri əsasında 1972-ci ildə yazdığı birpərdəli balet, xoreoqrafik miniatür . Xoreoqrafları Rəfiqə Axundova və Maqsud Məmmədov, quruluşçu rəssam Tahir Tahirov idi. Baş rollarda Tamilla Şirəliyeva və Vladimir Pletnyov oynayırdılar. Şeirləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Vera Şirye oxuyurdu. Bu balet böyük uğurla Moskvada Çaykovski adına Konsert zalında baletmeysterlər və balet artistlərinin III Ümumittifaq yarışması zamanı nümayiş etdirilmişdi . Sonralar başqa ölkələrdə də göstərilmişdi. == Məzmun == Baletin özəlliyi istifadə olunan musiqi alətlərdən (orqan, arfa, zərb alətləri), xanəndə və şeir oxuyanın olmasıdır.
Nizami (balet)
"Nizami" — Fikrət Əmirovun 1984-cü yazdığı sonuncu balet. Tamaşaya 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdur.
Oğuznamə (balet)
Oğuznamə — Cavanşir Quliyevin 2007-ci ildə eyniadlı türk dastanı əsasında yazdığı balet. == Mənbə == Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək. Kaspi.- 2007.- 7 mart.- S. 17.
Rast (balet)
"Rast" — Niyazinin eyniadlı simfonik muğamı və skif qadın-sərkərdəsi Tomris haqqında əfsanə əsasında 2004-cü ildə səhnəyə qoyulmuş ilk ikipərdəli muğam-balet. Libretto müəllifi jurnalist Əjdər Ulduzdur, xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu-rəssamları Rafiz İsmayılov və Tahir Tahirovdur. == Məzmun == Tomris Banu == Mənbə == Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
Sayalı (balet)
Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. == Tarixçə == “Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir. == Məzmun == "Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.
Tutu (balet)
Tutu — qat-qat tül ətəkdən ibarbaət balet libası. Tutu libasında ilk dəfə, 1839-cu ildə səhnəyə çıxan balerina Talioni Mariya olmuşdur.
Tərlan (balet)
Tərlan - Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet-tamaşa. Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunları iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunub. Kinolenti qalmayıb. == Məzmun == Balaca qız Tərlan yuxuda onun qorxulu yaratıq tərəfindən təqib olunduğunu görür. Xeyir və Şər qüvvələrinin savaşının sonucu bəllidir: cəsarətli oğlan uşağı qalib gəlir və qızı xilas edir.
Valeh Babayev
Valeh Dadaş oğlu Babayev — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2007-ci il 6 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. == Həyatı == Valeh Babayev 1977-ci ilin 14 iyun günündə Qobustan rayonunun Nərimankənd kəndində Dadaş və Cəmilə Babayevlərin ailəsində anadan olub. Ailənin birinci övladı olan Valeh 1983-ci ildə Qobustan rayonu Nərimankənd kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 1994-ci ildə isə həmin məktəbi bitirmişdir. 1994-1998-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil almışdır. Ailəli idi, Aydan və Səid adlı iki övladı yadigar qalıb. == Hərbi xidməti == Valeh Babayev 1998-ci ilin iyun ayından müxtəlif illərdə Silahlı Qüvvələrin və Quru Qoşunlarının hərbi hissələrində taqım komandiri, bölük komandiri və hərbi hissənin fiziki hazırlıq üzrə mütəxəssis vəzifələrində xidmət edib. 2007-ci ilin noyabr 5-dən 6-na keçən gecə döyüş tapşırığını yerinə yetirərkən baş leytenant Babayev bədənin müxtəlif nahiyələrindən qəlpə yarası aldı. İlkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Əhmədbəyli Hospitalına çatdırılsa da, baş leytenant Valeh Babayev qanaxma nəticəsində qəhrəmancasına şəhid oldu. == Dəfni == Noyabrın 6-sı baş leytenant Valeh Babayev anadan olduğu Nərimankənd kənd qəbirstanlığında izdihamla son mənzilə yola salındı.
Valeh Baxşəliyev
Valeh İsmixan oğlu Baxşəli – Texnika elmləri doktoru. Azərbaycan Texniki Universitetinin "Mexanika" kafedrasının müdiri. == Həyatı == Valeh İsmixan oğlu Baxşəli 1959-cu ildə anadan olmuş, 1975-ci ildə Ağdam rayonunun Xudu Məmmədov adına Mərzili kənd orta məktəbini, 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsini bitirmişdir. 1987-ci ildə "Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisası üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi – PhD (elmi rəhbəri: mərhum prof. N.B. Qədirov) və 2007-ci ildə həmin ixtisas üzrə texnika elmləri doktoru elmi dərəcəsi almışdır. O, NORD – elmi tədqiqat institutunda mühəndis-konstruktor (1980-1983), AzTU-nun "Nəzəri Mexanika" (indiki "Mexanika") kafedrasında aspirant (1983-1985), assistent (1986-1992), baş müəllim (1992-1994), dosent (1994-2011), 2011-ci ildən professor vəzifəsində çalışmış və 16.11.2016-cı il tarixindən həmin kafedranın müdiri vəzifəsinə təyin edilmişdir. Həmçinin 2006-2013-cü illərdə Xəzər Universitetində və 2003-cü ildən 2017-ci ilədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən ABŞ - ın Corciya Dövlət Universitetinin BBA və MBA Proqramlarında Texniki və Tətbiqi Mexanika, Maşın və mexanizmlər nəzəriyyəsi və Maşın hissələri fənnlərini ingilis dilində tədris etmişdir. Avropa Komissiyası Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı hüdudlarında (www.bs-era.net) Qafqaz ölkələrindən yeganə qalib Layihənin Elmi Konsorsiumunun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri olmuşdur. Elmi maraq dairəsi: nəzəri və tətbiqi mexanika, materiallar müqaviməti, maşın mexanikası, maşın hissələri və tribologiya, fasiləsiz təhsilin problemləri. == Elmi yaradıcılığı == Prof.
Valeh Bədəlov
Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Valeh Bədəlov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmət edib. 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edirdi. Valeh Bədəlov 2016-cı ilin 2 – 5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.
Valeh Bərşadlı
Bərşadlı Valeh Əyyub oğlu (6 iyul 1927, Eyvazlı, Zəngəzur qəzası – 15 may 1999, Bakı) — general, Azərbaycanın müdafiə naziri. == Həyatı == Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir. Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir. 1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir. == İstinadlar == == Xarici keçidlər == "Qarabağın görkəmli şəxsiyyətləri:Valeh Bərşadlı (1927-1999)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.).
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).