Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vay adaları
Vay adaları (khm. កោះតាង) — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən adalar. Kambocanın Kampot vilayətinə daxildir. Sahildən 95 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir.
Vay adası
Vay (tay เกาะหวาย) — Siam körfəzində yerləşən 52 adadan ibarət olan arxipelaqa daxildir. İnzibati cəhətdən Tailandın Trat vilayətinə daxildir. Ko-Çanq milli parkı ərazisinə daxildir. Adanın uzunluğu 6 km, eni 1,5 km təşkil edir. == Təsviri == Adanın şərq hissəsi mərcan rifləri ilə əhatələnmişdir. Bu hissədə çimərliklər vardır. Qərb hissəsi nisbətən qayalıqdır. Burada dəniz quşlayı yuva qurur. Adanın ərazisi sıx cəngəlliklərlə əhatələnmişdir. Adada infrastruktur, maqazin, yollar yoxdur.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Cay
𐕕 (səslənməsi /dz/, transkripsiyası Ʒ, ʒ) — Alban əlifbasının 38-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ձայ (Jay) kimi verilmişdir. Hərfin bu cür identifikasiyası sadəcə olaraq bir sözə - alb. 𐕗𐔼𐔾𐔼𐕎𐕕 (ṗilinʒ) 'bürünc' sözünə əsaslanır. Belə ki, bu söz qra. պղինձ ("mis") və qədim gürcücə პილენძი ("mis") sözləri ilə eyniköklüdür. Bu hərflə təyin edilmiş sözlər çox azdır. Qrafem olaraq Matenadaran və Sinay palimpsestləri versiyaları kəskin fərqlənir.
Lay
Lay (təbəqə)
May
May lat. Majus — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. == Bayramlar == === Beynəlxalq === 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü === Azərbaycan bayramları === 9 may — Qələbə Günü 28 may — Respublika günü.
Qay
Qay (Orenburq vilayəti)
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
VAX
VAX – (Virtual Address eXtension) 1978-ci ildən 1990-cı ilədək keçmiş Digital Equipment Corporation şirkəti tərəfindən istehsal olunmuş 32-mərtəbəli minikompüterlərin populyar ailəsi. VAX sistemlərində bir neçə əməliyyat sistemi: OpenVMS, Ultrix, VAXeln və ya BSD UNIX işləyə bilər. Bəzi VAX maşınlarında bu gün də Linux, NetBSD və OpenBSD əməliyyat sistemləri işləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vah
Vah (slovak. Váh) — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu. == Adlanması == Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş. == Coğrafiyası == Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır. Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir. == İqtisadiyyatı == Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.
Val
Val — sadə fomalı fırlanma səthinə malik olan maşın hissəsi olub fırlanma hərəkətini və qüvvəni ötürmək və həmçinin fırlanan hissələrə dayaq vermək üçün təbiq olunur. == Təsnifatı == eksentrik (dirsəkli) vallar fırlanma hərəkətini irəli-geri hərəkətə çevirmək üçündür.Onlar əsasən mühərriklərdə tətbiq olunurlar. çevik vallar iş zamanı fırlanan element bir başa əl çatmaz yerdədirsə istifadə olunurlar(məsələn, diş həkiminin alətini fırladan val və ya taxometrin valı). hamar vallar üzərindəki hissənin hərəkətli oturmasını təmin edirlər. pilləli vallar müxtəlif ölçülü hissələri götürmək və çəkini azaltmaq baxımından tətbiq olunurlar. işi boş və ya dolu vallar ötürüləcək yükdən asılı olaraq möhkəmlik baxımından tətbiq olunurlar.
Van
Van(türk. Van, erm. Վան, — Van ilinin mərkəzi, Türkiyədə şəhər. == Tarixi == “Van və Bitlisdə müsəlman əhalisinin cəmi 10 faizi sağ qalmışdı. Maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxarır ki, ermənilər müstəsna qəddarlıqla geniş miqyasda müsəlmanları qırmışlar. Nəticədə əhalinin dörddə bir qismi ancaq sağ qalmışdı. Ölkə dağılmışdı . Van Türkiyənin şərqində yerləşən bir şəhərdir. Tarixi eramızdan 7 min əvvələ gedib çıxır. Əhalisi təqribən 1,2 milyon nəfər, ərazisi 19 min km²-dır.
Var
Var (Xoy)
Var.
Müxtəliflik — botaniki adlandırmalarda var. (lat. varietas sözünün qısaldılmış forması) növdən də kikik taksonomik vahidi göstərir və bu zaman həmin taksonomik vahid 3 adın köməyilə yazılır.
Vayk
Əzizbəyov, Vayk, Soylan — Ermənistanda şəhər. Paşalı rayonunun inzibati mərkəzi.
Vağ
Vağlar (lat. Ardeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi. == Cinsləri == === Yarımfəsilə Tigrisomatinae === ==== Cins Cochlearius ==== Qayıq dimdikli vağ (Cochlearius cochlearius) Cins Tigrisoma Meksika pələng vağı (Tigrisoma mexicanum) Tigrisoma fasciatum Pələng vağı (Tigrisoma lineatum) ==== Cins Tigriornis ==== Afrika pələng vağı (Tigriornis leucopha) ==== Cins Zonerodius ==== Zonerodius heliosylus === Yarımfəsilə Botaurinae === ==== Cins Zebrilus ==== Zebrilus undulatus ==== Cins Ixobrychus ==== Xırda balaban (Ixobrychus minutus) Ixobrychus dubius Ixobrychus novaezelandiae (nəsli tükənib 1890) Ixobrychus cinnamomeus Ixobrychus involucris Ixobrychus exilis Ixobrychus sinensis Ixobrychus eurhythmus Ixobrychus sturmii Ixobrychus flavicollis ==== Cins Botaurus ==== Botaurus lentiginosus Adi balaban (Botaurus stellaris) Botaurus pinnatus Botaurus poiciloptilus === Yarımfəsilə Ardeinae === ==== Cins Nycticorax ==== Gecə vağı (Nycticorax nycticorax) Nanken gecə vağı(Nycticorax caledonicus) ==== Cins Nyctanassa ==== Nyctanassa carcinocatactes (nəsli 17-ci əsrdə tükənib.) Sarı taclı gece vağı (Nyctanassa violacea) ==== Cins Gorsachius ==== Gorsachius leuconotus Gorsachius magnificus Gorsachius goisagi Gorsachius melanolophus ==== Cins Butorides ==== Butorides virescens Butorides sundevalli Yaşıl arxalı balıqcıl (Butorides striata) ==== Cins Agamia ==== Agamia agami ==== Cins Pilherodius ==== Pilherodius pileatus ==== Cins Ardeola ==== Ardeola grayii Adi vağ (Ardeola ralloides) Ardeola bacchus Ardeola speciosa Ardeola idae Ardeola rufiventris ==== Cins Bubulcus ==== Misir vağı (Bubulcus ibis) ==== Cins Ardea ==== Böyük mavi vağ (Ardea herodias) Boz vağ (Ardea cinerea) İri vağ (Ardea goliath) Ardea cocoi Ardea pacifica Ardea melanocephala Ardea humbloti Ardea insignis Ardea sumatrana Erquvani vağı (Ardea purpurea) İri ağ vağ (Ardea alba) Ardea picata ==== Cins Syrigma ==== Fit çalan vağ (Syrigma sibilatrix) ==== Cins Egretta ==== Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) Qar vağı (Egretta thula) Qızılı vağ (Egretta rufescens) Egretta vinaceigula Qara vağ (Egretta ardesiaca) Louisiana vağı (Egretta tricolor) Egretta novaehollandiae (və ya Ardea novaehollandiae) Xırda mavi vağ (Egretta caerulea) Egretta sacra (ya da Ardea sacra) Sahil vağı (Egretta gularis) Egretta dimorpha Egretta eulophotes ==== Cins Mesophoyx ==== Mesophoyx intermedia == Azərbaycanda yayılması == Azərbaycanda 8 növü yaşayır: Erquvani vağı (Ardea purpurea) Boz vağ (Ardea cinerea) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) İri ağ vağ (Ardea alba) Misir vağı (Bubulcus ibis) Adi vağ (Ardeola ralloides) Gecə vağı (Nycticorax nycticorax) Adi balaban (Botaurus stellaris) 2023-cü ildə adətən su hövzələrində rast gəlinən vağ quşları qeyri-adi hal kimi Masallı rayonunun Viləş kəndindəki meşə zolağında məskən salmışlar.
Vıy
Vıy — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Vıy kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Yay
Yay — ilin dörd fəslindən biri. == Məzmun == Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
Gay
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Vayu
Vayu, Wayuu, Wayu, Wayúu və ya Quaxiro, Guajiro, Wahiro Kolumbiyanın şimalında və Venesuelanın şimal-qərbində eyni adlı yarımadada Quaxira səhrasında yaşayan amerika yerlisi xalqdır. Aravakan dil ailəsinin Quaxiro dilində danışırlar. Əhali sayı Venesuelada 300 minə yaxın, Kolumbiyada isə 150 minə yaxındır.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
0 (say)
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.