Vay adası

Vay (tay เกาะหวาย) — Siam körfəzində yerləşən 52 adadan ibarət olan arxipelaqa daxildir. İnzibati cəhətdən Tailandın Trat vilayətinə daxildir. Ko-Çanq milli parkı ərazisinə daxildir. Adanın uzunluğu 6 km, eni 1,5 km təşkil edir.

Vay adası
tay เกาะหวาย
Ümumi məlumatlar
Sahəsi
  • 3,9 km²
Yerləşməsi
11°54′05″ şm. e. 102°24′15″ ş. u.
Ölkə  Tailand
Akvatoriya
Vay adası xəritədə
Vay adası
Vay adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsviri[redaktə | mənbəni redaktə et]

Adanın şərq hissəsi mərcan rifləri ilə əhatələnmişdir. Bu hissədə çimərliklər vardır. Qərb hissəsi nisbətən qayalıqdır. Burada dəniz quşlayı yuva qurur. Adanın ərazisi sıx cəngəlliklərlə əhatələnmişdir.

Adada infrastruktur, maqazin, yollar yoxdur[1]. Hər gün materik, Çanq və Mak adaları ilə bərə əlaqəsi yaradılır. Üstəlik sürətli katerlərlə adaya getmək olar[2]. Çamq adasından bura çoxlu turlar təşkil edilir. Bu səbəbdən günü aydın zamanları adada çoxlu turist müşahidə etmək olar [1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Explorekohchang.com Arxivləşdirilib 2018-01-03 at the Wayback Machine — Koh Wai Island Guide – Bungalows, Getting to, Beaches
  2. Explorekohchang.com Arxivləşdirilib 2018-01-03 at the Wayback Machine — Getting to Koh Wai – Transfers, Speedboats, Bus, Flying to Trat Airport