Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vikinqlər
Vikinqlər — azad kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə drakkarlarda üzən müxtəlif tayfalardan ibarət (əsasən skandinav mənşəli) sosial təbəqə. 810-cu ildən başlayaraq 300 il Skandinaviyada hökm sürüblər. 300 il ərzində vikinqlər bütün Avropaya yürüş ediblər. Avropanın çox yerində məskən salan vikinqlər Qrenlandiyanı kəşf edib, Xristofor Kolumbdan 500 il əvvəl Şimali Amerikaya ayaq basan ilk avropalılar olub, Fransada və Şotlandiyada öz dövlətlərini yaradıblar. Anqlo-sakslar və digər millətlər Skandinaviyanı tərk etdikdən sonra buraya danlar gəlib, 800-cü ildə öz dövlətlərini yaratdılar. 810-cu ildə şah Qotrrikın ölümündən sonra dövlət dağıldı və vikinqlər hakimiyyətə gəldilər. Buna səbəb vikinqlərin çoxsaylı gəmiləri və dənizdə güclü naviqasiyaya malik olmaları idi. 814-cü ildə Böyük Karlın qurduğu Frank dövləti vikinqlərin və ərəblərin hücümlarından sonra dağıldı. Amma vikinqlərin düşmənları birləşəndə və vikinqlərə hücüm edəndə sonuncular uduzurdular. Belə ki, vikinqlər 878-ci ildə İngiltərədə məğlub oldular.
Vikinqlər Qalisiyada
Vikinqlər Qalisiyada — IX-XII əsrdə Atlantik okeanı vasitəsilə vikinqlərin Qalisiyadakı fəaliyyətləri. == Tarix == Vikinq döyüşçülər, səyyahlar, tacirlər VIII əsrdən başlayaraq Skandinaviyadan Qərbi Avropaya yayılmağa başlamışdırlar. Sahillər və çaylar boyunca basqınlar edərək yeni ərazilərdə məskunlaşırdılar. Normandiyaya yerləşərək yeni bir hersoqluq yaratmışdırlar. Bu hersoqluğun idarəsində həm vikinqlər, həm də normanlar iştirak edirdilər. Vikinqlər IX əsrdə Qalisiyaya hücum etməyə başlamışdırlar. Bartin Annalsa görə vikinqlər Qalisiyaya 849-cu ilin avqustunda çatmışdırlar. Bu tarixdə bir vikinq donanması Qalisiyanın Qaronne çayı boyunca kəndləri talan etmişdilər. Asturiya kralı I Ramiro Oviedo vikinqlərlə döyüşərək onların geri çəkilməsinə məcbur etmişdir. Əfsanəyə görə fırtına ilə gələn vikinqlərin geri çəkilməsi dua vasitəsilə mümkün olmuşdur.
Vikinqlər (teleserial, 2013)
Vikinqlər (ing. Vikings) — Maykl Hörst tərəfindən «History Channel» üçün yaradılan tarixi dram serialı. İrlandiya Respublikası ərazisində çəkilən teleserialın premyerası 3 mart 2013-cü ildə Kanadada keçirilmişdir. Serial əfsanəvi Raqnar Lodbrok və onun ailəsinin, övladlarının həyatından, qədim dövrdəki vikinqlərin həyat tərzindən bəhs edir. Raqnar, qorxmaz bir döyüşçü olmaqla yanaşı, tanrılarla bağlı olan Skandinaviya adət-ənənələrini təcəssüm etdirir. O, adi bir kəndçidən yarllığa yüksəlir və İngiltərəyə uğurlu basqınlar təşkil edir. Raqnar yoldaşlarının və ailəsinin dəstəyi ilə Skandinaviya kralı olur. Raqnarın ölümündən sonrakı mövsümlər onun övladlarının həyatları barədədir. Onların hekayələri İngiltərədə, Skandinaviyada və Aralıq dənizində cərəyan edir. Serial 793-cü ildə vikinqlər dövrünün başlanğıcı ilə başlayır.
Vikinglər
Vikinqlər — azad kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə drakkarlarda üzən müxtəlif tayfalardan ibarət (əsasən skandinav mənşəli) sosial təbəqə. 810-cu ildən başlayaraq 300 il Skandinaviyada hökm sürüblər. 300 il ərzində vikinqlər bütün Avropaya yürüş ediblər. Avropanın çox yerində məskən salan vikinqlər Qrenlandiyanı kəşf edib, Xristofor Kolumbdan 500 il əvvəl Şimali Amerikaya ayaq basan ilk avropalılar olub, Fransada və Şotlandiyada öz dövlətlərini yaradıblar. Anqlo-sakslar və digər millətlər Skandinaviyanı tərk etdikdən sonra buraya danlar gəlib, 800-cü ildə öz dövlətlərini yaratdılar. 810-cu ildə şah Qotrrikın ölümündən sonra dövlət dağıldı və vikinqlər hakimiyyətə gəldilər. Buna səbəb vikinqlərin çoxsaylı gəmiləri və dənizdə güclü naviqasiyaya malik olmaları idi. 814-cü ildə Böyük Karlın qurduğu Frank dövləti vikinqlərin və ərəblərin hücümlarından sonra dağıldı. Amma vikinqlərin düşmənları birləşəndə və vikinqlərə hücüm edəndə sonuncular uduzurdular. Belə ki, vikinqlər 878-ci ildə İngiltərədə məğlub oldular.
Vikinövlər
Vikinövlər (ing. Wikispecies) — Virtual ensiklopediyanın bu layihəsi əsasən təbiət (botanika və zoologiya) elmlərinə aiddir. Layihənin məqsədi dünyada olan bütün bioloji növlər haqqına verilənlər bazasının hazırlanmasıdır. Hər bir canlı təbii ki, öz səhifəsinə malik olmalıdır. Bu baxımdan layihə ilk növbədə botanika ilə məşğul olanlar və maraqlananlar üçün nəzərdə tutulmuşdur. Layihə 2007-ci ilin iyul ayında yaradılmışdır və ümumi halda 106 min məqaləyə malikdir. Vikinövlər layihəsinin Azərbaycan bölməsi mövcud deyildir və sayt İngilis bölməsinə yönəldilmişdir.
Olqa Vizinqer-Florian
Olqa Vizinqer-Florian əsasən mənzərə və çiçək natürmortu ilə məşğul olan bir Avstriyalı impressionist rəssam idi. 1870 və 1880-ci illərdə avanqard sayılan Avstriya-lı empresyonist rəssamların qrupu olan Avstriya "Stimmungsimpressionismus " (Mood Impressionism) nümayəndəsi idi. == Həyatı == Olqa Vizinqer-Florian 1 noyabr 1844-cü ildə Vyana, Avstriya doğulmuşdur. 19 yaşında özəl sənət dərslərinə başladı. İnkişafından və təlimin keyfiyyətindən əsəbiləşən valideynlərinin istəklərini yerinə yetirdi və Julius Epstein ilə konsert pianoçusu kimi təhsil aldı. 1868–1873-cü illərdə bir əl xəsarəti onu pianodan istefa etməsinə məcbur edənə qədər bir pianoçu kimi bir qədər uğur qazandı.Elə həmin ildə əczaçı Frans Vizinqer ilə evləndi, 1875-ci ildə oğul Oscar dünyaya gətirdi. Franz Vizinqer 1890-cı ildə öldü. 30 yaşında Vizinqer-Florian yenidən rəssamlığa qayıtdı və özünü tamamilə ona həsr etdi. Əvvəlcə August Schaeffer, sonra Emil Jakob Schindler ilə təhsil aldı. 35 yaşında olarkən Vyana İncəsənət Dərnəyinin bir sərgisinə daxil edildi.