Vikinqlər

Vikinqlər — azad kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə drakkarlarda üzən müxtəlif tayfalardan ibarət (əsasən skandinav mənşəli) sosial təbəqə. 810-cu ildən başlayaraq 300 il Skandinaviyada hökm sürüblər. 300 il ərzində vikinqlər bütün Avropaya yürüş ediblər. Avropanın çox yerində məskən salan vikinqlər Qrenlandiyanı kəşf edib, Xristofor Kolumbdan 500 il əvvəl Şimali Amerikaya ayaq basan ilk avropalılar olub, FransadaŞotlandiyada öz dövlətlərini yaradıblar.

Anqlo-sakslar və digər millətlər Skandinaviyanı tərk etdikdən sonra buraya danlar gəlib, 800-cü ildə öz dövlətlərini yaratdılar. 810-cu ildə şah Qotrrikın ölümündən sonra dövlət dağıldı və vikinqlər hakimiyyətə gəldilər. Buna səbəb vikinqlərin çoxsaylı gəmiləri və dənizdə güclü naviqasiyaya malik olmaları idi. 814-cü ildə Böyük Karlın qurduğu Frank dövləti vikinqlərin və ərəblərin hücümlarından sonra dağıldı. Amma vikinqlərin düşmənları birləşəndə və vikinqlərə hücüm edəndə sonuncular uduzurdular. Belə ki, vikinqlər 878-ci ildə İngiltərədə məğlub oldular. 891-ci ildə anqlo-saks şahı Alfred vikinqləri məğlub etdi. Eləcə də frank ordusu vikinqləri məğlubiyyətə uğratdı.

Şimali Amerikada Vikinq koloniyaları(1010-cu il)

Vikinqlərin ilk yürüşlərindən biri bir qrup norveçlinin 793-cü ildə İngiltərəyə hücumudur. Onlar Lindsafr adasında kilsəni, bir ildən sonra isə Veramus kilsəsini dağıdırlar. 795-ci ildə vikinqlər Men və Ayona adalarına hücüm edirlər. 802–806-cı illərdə buralarda kilsələri dağırdırlar. Bütün hücümlar qısamüddətli və qəfil olur: vikinqlər müharibə elan etmədən gəmi ilə sahilə yanaşıb şəhərlərə hücüm edir, rəqib ordu yığılana qədər əllərinə keçəni götürür, evləri yandırır və gedirdilər. Bu hadisələrdən 20 il keçəndən sonra vikinqlər çoxsaylı ordu yığaraq İngiltərəyə və Fransaya yürüşlər etmişdilər. Fransaya yürüşdən sonra vikinqlər İngiltərəyə doğru yürüşə keçdilər. 836-cı ildə vikinglər ilk dəfə Londona, daha sonra danlar (600 gəmidən çox) olan ordu ilə Bremenə hücüm etdilər. Şəhər elə vəziyyətə salındı ki, yepiskopun rezidensiyası Bremendən köçürüldü. 851–852-ci illərdə yenidən İngiltərə üzərinə yürüş edən vikinqlər LondonKenterberri şəhərlərinə hücüm etdilər; bu yürüşdə 350 gəmi iştirak edirdi.

İlk dövlətlər

[redaktə | mənbəni redaktə et]

866-cı ildə payızda Tulfan 20.000-lik Viking ordusunu gəmilərlə Şotlandiyaya götürüb çıxarır Bu zaman burda şərqi İngiltərə dövləti var idi. Burada qış keçirib gələn ilin əvvəlində isə Denlo dövləti yaradırlar. 878 ildə nəhayət ki, uzun sürən müharibənin sonunda Anqlo-Sakslar vikinqləri torpaqlarından qovurlar amma bu zaman yeni Vikinq Flotu İngiltərəyə və Fransaya doğru yürüş edir. 880-ci ildən 911-ci ilədək vikinqlər Fransanın bir çox şəhərlərinə hücüm edib gəlib Parisə çatmışdılar. 40.000 vikinq ordusunu görüb təşfişə düşmüş fransızlar pul verməklə canlarını xilas edirlər. Vikinqlər Fransanın şimal-qərb tərəfinə keçib burada qalırlar. 911-ci ildə Fransa kralı Karl III Vikinq hökmdarı Rollon-a işğaı etdiyi torpaqları bağışlayır və 911-ci ildən Normandiya yaranır. 900–935-ci illərdə indiki Daniya dövləti ərazisində Böyük bir Şahlıq yaranır. 1016-da daniyalı vikinqlər İngiltərədə hakimiyyəti öz əllərinə alırlar.

Skandinaviyada Vikinq şəhərləri

300 il Ərzində gedən yürüşlər Avropada çox saylı Vİkinqlər dövlətinin yaranmasıyla bitmişdir.

Həyat tərzləri

[redaktə | mənbəni redaktə et]

Vikinq evləri çox zaman bir otaqlı olurdu. Varlı Vikinqlər daha böyük evlərdə yaşayırdılar. Vikinqlər çox zaman taxtadan ev tikirdilər, amma Grenlandiya və İslandiyada taxta az olması səbəbindən evləri yerli daşların köməyi ilə tikirdilər. Burada divar enniliyi 90 santimetr təşkil edirdi. Evin ortasında isə mangal olurdu, burada yemək hazırlanardı.

Skandinaviya sakinləri qədim zamanlardan nizələr işlədirdi buna sübut arxeoloji tapıntılardır. Vikinq nizəsi digər nizələrdən öz ağırlığı ilə fərqlənirdi.Bu nizələr atılmaq üçün deyil, döyüşdə istifadə üçün işlənirdi. Amma vikinqlərdə eləcə də atmaq üçün nizələr də mövcud idi.

Vikinq Baltası 90 santimetr uzunluğunda idi.Baltanı döyüşdə rahat istifadə etmək mümkün idi. Belə ki, bir dəqiq zərbədən sonra ikincisinə ehtiyac qalmırdı.Balta hücümda çox yaxşı idi, amma müdafiəyə yararsız idi.Baltalar vikinqlər arasında çox məşhur idi. Belə ki, Vikinq hökmdarları Eyrik Xaraldson və Eyrik blodeks (qanlı balta ləqəbi ilə tanınan) baltadan istifadə edirdi.Normanların Qastinqs döyüşündə qələbənin əsas faktoru Vikinqlərin daha güclü silahları idi.

Vikinqlər dövründə Avropada ən məşhur silah Qılınc idi skandinaviyada isə skramasaksam adlı qılınclar var idi.Bunlar bir ülgüclü uzun tipli qılınclar idi. İllər ötdükcə qılınclar Skandinaviyada dəyişir və indiki zamanda Vikinq qılıncı kimi tanınan qılınca çevrildi. Skandinaviya qılıncı uzun və ağır idi. Skandinavlar öz silahlarına ad qoyurdular belə ki çox işlənmiş silahlara skandinavlar çalışırdı yadda galan ad versinlər məsələn "Döyüş odu" kimi. Vikinq baltaları və qılıncları qızıl və gümüşlə bəzənilirdi. Ən gözəl silah bəzək üsullarından biri silah tutacağı düzəldərkən tutacağa həm mis, həm də gümüş yeridirildi bununla da silahın tutacağı ağ-qara olurdu.

Viking zirehləri öz tipinə görə Sparta zirehlərinə oxşardılar. Bunu X əsrin dəbilqəsinə baxdıqda (hal hazırda olan şəkil) bilmək olar. Eləcə də bəzi mənbələrə görə Vikinqlər döyüşə at formalı dəbilqələrdə gedirdilər.

Vikinqlərin gəmiləri onların ən böyük nəaliyyətləri idi. Vikinqlər çox vaxt öz gəmilərini şeirlərdə təsvir edirdilər. Nisbətən yüngül gəmilərlə vikinqlər qəflətən hücümlar edirdilər. Gəmilərin mənfi cəhəti onların çox üzə bilməməkləridir. Vikinq gəmiləri digər gəmilərdən avarların sayı ayırırdı,belə ki ən minimal ölçülü vikinq gəmisində 13 cüt avar vardır. İlk gəmilər 40–80 nəfər daşımaq qabiliyyətinə malik idi. Bir çox iri vikinq gəmiləri rənglənirdilər. Vikinq gəmisinin ucunda çox vaxt əjdaha başları olardı. Gəminin arxasında isə çox vaxt əjdaha quyruğları təsvir olunardı. Gəminin quruluşuna əsasən gəmi küləyə əks də üzə bilərdi. Bir neçə Vikinq gəmisi isə bizim vaxta qədər Skandinaviya muzeylərində saxlanılır. Ən məşhur tapıntı 1880 ildə tapılmış bizim eradan əvvəl 900-cü ilə aid olan gəmidir. Bu gəminin 23.3 metr uzunluğu və 5.3 metr enniliyi var, həmçinin gəminin 32 avarı var. Gəmidə 32 qalxan var.

Vikinqlər şimal Allahlarına inanırdılar bunlar Odin, Tor, Tir, Freya və başqaları idilər.Məhz öz dinlərinə görə onlar döyüşlərdə düşmənlərinə qarşı rəhmsiz olurdular, onların inanclarına görə əlində silahla ölən döyüşçülər Odin-in Asqarda-Valqallu göydəki sarayına düşəcəklər orada isə pirlərdə və məşq döyüşlərində Raqnarekə kimi (Allahların ölümünə kimi) yaşayacaqlar. Bütün qorxaqlar və qullar Şər dünyası Xel-ə düşəcəklər orada isə dünyanın axırına kimi qalacaqlar.

Tanınmış Vikinqlər

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kürən Erik
border=none Əsas məqalə: Leyf Eriksson

Erik Torvaldson(Kürən)- Qrenlandiyanı kəşf edən Norveç əsilli İslandiya vikinqı Qrenlandiyada bir neçə məskən salıb və ömrünün sonunacan İslandiyaya gedərək oradan "Yaşıl torpağa" köçərilər götürüb

Leyf ErikssonŞimali Amerikaya ayaq basan ilk Avropalı Kürən Erik-ın oğlu Qrenlandiyanın hökmdar

Raqnar Lodbrok — 798-ci ildən vikinqlərin başçısı. 845-ci ildə Fransanın paytaxtı Parisi tutmuş , xərac almışdır. O həmçinin İngiltərəyədə hücum etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]