Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moralizm
Moralizm - 19-cu əsrdə yaranan və cəmiyyəti bir sıra əxlaqi prinsiplər, adətən ənənəvi davranışlar, həmçinin, "ədalət, azadlıq və bərabərlik" şüarı ilə ruhlandırmağa çalışan fəlsəfi cərəyan. Ailə birliyi və cinsi əxlaq kimi şəxsi məsələlər də daxil olmaqla, temperans hərəkatı kimi ictimai məsələlərlə əlaqəli olaraq Şimali Amerika və ingilis mədəniyyətinə təsir etdi. == Tarixi == Moralizmin köklərini araşdıran sosioloq Malkolm Votersə görə "moralizm orta-sinif protestantlar ilə protestant qruplar arasındakı bərabərləkçi, antiillektual evangelist qruplar arasındakı mübahisədən yaranmışdır". 19-cu əsrdə abolisionizm və temperans moralizmin "əkiz sütunları"-na çevrilmişdir. Bu "əkiz sütunlar" ABŞ-dəki həm protestant, həm də katolik kilsəsində məşhurlaşmışdı. Kvakerlər kimi bəzi xristian məzhəblər tərəfindən önə çəkilən moralizm abolisionizmə dəstək kimi təzahür etdi. Moralizm qadınlara seçki hüququnun verilməsi, antiabort hərəkatlarının fəlsəfi əsasına çevrilmişdi.
Tonalizm
Tonalizm (ing. Tonalism) — 1880-ci illərdə ortaya çıxan Amerika Birləşmiş Ştatlarının vizual sənət istiqamətində və hava məkanının və ya sdumanin dominant tonu ilə landşaftların təsviri ilə xarakterizə olunur.1880-ci ildən 1915-ci ilə qədər tonikistlərin əsərlərində qara, boz, qəhvəyi, mavi rəngli qara və neytral tonlar üstünlük təşkil edirdi. 1890-cı illərdə Amerikalı tənqidçilər bu əsərləri "tonal" adlandırmağa başladılar. Ən məşhur tonalistlər Corc Inness və Ceyms Uistlerdir. "Tonalizm" termini bəzən Barbizon məktəbinin təsiri altında yaradılan Amerika landşaftlarına istinad etmək üçün istifadə olunur. Sonra tonalizm impressionizmə və modernizmə sövq edildi.
Bek-vokalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Bek vokalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Özalizm
Özalçılıq və ya özalizm (türk. Özalcılık) — 1983–1989-cu illərdə Türkiyənin Baş naziri və 1989–1993-cü illərdə Türkiyə Prezidenti olmuş Turqut Özalın iqtisadi və sosial baxışlarına və siyasi üslubuna bağlılıq. Özalçılıq Özaldan sonra baş nazir olan və iqtisadi görüşlərini qismən davam etdirən İldırım Ağbulud və Məsud Yılmazın dövrlərini əhatə etmək üçün də istifadə edilir. == Strukturu == === Zəmin === Turqut Özalın hakimiyyətdə olduğu 1980-ci illər Yeni sağ anlayışının bütün dünyaya hakim olmağa başladığı bir dövr idi. Özal bu prosesdən təsirlənərək bu yeni dövrün siyasi mövzusu olmuşdur. Marqaret Tetçerin "Özal siyasətinin sona qədər müdafiəçisiyəm" ifadəsi Özalın liberal mühafizəkar siyasət anlayışının xarici aləmdə təqdir olunduğunu göstərməklə yanaşı, xarizmatik və praqmatist kimliyini vurğulamaq baxımından da əhəmiyyətli bir ifadə kimi qiymətləndirilir. === İqtisadiyyat === İqtisadiyyatda azad bazar nizamına əsaslanan struktur dəyişikliyi proqramı Turqut Özal hökuməti dövründə tətbiq edilmişdir. 1983–1987-ci illər arasında Baş nazirlik dövrünü əhatə edən Türkiyədə adambaşına düşən gəlir 1980-ci ildə 1,539 dollardan 1987-ci ildə 1,636 dollara yüksəlmişdir. Türkiyəni idxalı əvəz edən modeldən ixraca əsaslanan böyümə modelinə çevirməyi nail olmuş və Türkiyə iqtisadiyyatı rəqabətə açılmışdır. Bu dövrdə bir çox Anadolu vilayət və rayonlarında mütəşəkkil sənaye zonaları yaradılmış, Anadolu istehsal ilə məşğul olaraq məhsulları birbaşa ixrac etmişdir.