Moralizm

Natanyel Kuryerin Əyyaşın inkişafı (1846) əsəri. Normal səviyyədə içməyin addım-addım fəlakətə səbəb olmağını göstərir.

Moralizm - 19-cu əsrdə yaranan və cəmiyyəti bir sıra əxlaqi prinsiplər, adətən ənənəvi davranışlar, həmçinin, "ədalət, azadlıq və bərabərlik" şüarı ilə ruhlandırmağa çalışan fəlsəfi cərəyan.[1] Ailə birliyi və cinsi əxlaq kimi şəxsi məsələlər də daxil olmaqla, temperans hərəkatı kimi ictimai məsələlərlə əlaqəli olaraq Şimali Amerika və ingilis mədəniyyətinə təsir etdi.[2]

Moralizmin köklərini araşdıran sosioloq Malkolm Votersə görə "moralizm orta-sinif protestantlar ilə protestant qruplar arasındakı bərabərləkçi, antiillektual evangelist qruplar arasındakı mübahisədən yaranmışdır".[3]

19-cu əsrdə abolisionizm və temperans moralizmin "əkiz sütunları"-na çevrilmişdir. Bu "əkiz sütunlar" ABŞ-dəki həm protestant, həm də katolik kilsəsində məşhurlaşmışdı.[4][5] Kvakerlər kimi bəzi xristian məzhəblər tərəfindən önə çəkilən moralizm abolisionizmə dəstək kimi təzahür etdi.[6]

Moralizm qadınlara seçki hüququnun verilməsi,[7] antiabort hərəkatlarının fəlsəfi əsasına çevrilmişdi.[8]

  1. Theissen, Gerd. The Bible And Contemporary Culture (English). Fortress Press. 2007. səh. 147. ISBN 9781451408607.
  2. Klingemann, Hans-Dieter; Fuchs, Dieter; Zielonka, Jan. Democracy and Political Culture in Eastern Europe (English). Routledge. 2006. ISBN 9781134170418.
  3. Waters, Malcolm. Daniel Bell (English). Routledge. 2002. səh. 73. ISBN 9781134845576.
  4. Welter, Brian. "Philosophy professor finds both Christians, secularists lacking" (English). Catholic News Service. 6 May 2011. 18 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2021. In many essays, Taylor shows how this excessive moralism in both the Protestant and Catholic churches from the 17th century onward led to a "polite" Christian society where being polite was more important than being Christian.
  5. Robins, R. G. A. J. Tomlinson: Plainfolk Modernist (English). Oxford University Press. 2004. ISBN 9780199883172.
  6. Ryan, James Emmett. Imaginary Friends: Representing Quakers in American Culture, 1650-1950 (English). University of Wisconsin Press. 2009. 51. ISBN 9780299231743. Still operating at the margins of American religious discourse, Quaker civic moralism would see its legitimacy in the public sphere grow as increasing numbers of American citizens grew sympathetic with the Unionist and abolitionist causes.
  7. Delany, Sheila. Writing Woman: Sex, Class and Literature, Medieval and Modern (English). Wipf and Stock Publishers. 2007. 11. ISBN 9781556354434.
  8. Steinfels, Peter. The Neoconservatives: The Origins of a Movement: With a New Foreword, From Dissent to Political Power (English). Simon and Schuster. 2013. səh. 37. ISBN 9781476729701.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]