Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Doctor Who
"Doktor Kim" (ing. Doctor Who) — BBC kompaniyanın tərəfindən istehsal olunan Doktor adlanan Zaman Hökmdarı — zamanda və məkanda səyahət edə bilən yadplanetli haqqında Böyük Britaniya elmi fantastik serialıdır. Bu şou eyni zamada Britaniyanın ən uzunömürlü serialıdır və dünyanın ən uzunömürlü elmi fantastik serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Britaniyanın populyar mədəniyyətin vacib hissəsidir, dünya ətrafında isə kult serial olub. Əvvəldən serial 1963-cü ildən 1989-cu ilinə gədər gedirdi. 1996-cı ildə "Doktor Kim" filmi çıxıb. O, serialın davamının pilot seriyası olmalı idi, amma onun Amerikadakı aşağı reytinqlərinə görə bu plan alınmadı. 2005-ci ildən serial uğurla yenidən efirə başladı. Bundan əlavə, "Torçvud", "Sara Ceyn macəraları", tək seriyası olan "K9 və yığımı" və Avstraliyalı "K9" spin off serialları çəkildi. 2013-cü ilin noyabrın 23-də serialın 50 illik yubileyi ilə bağlı "Doktor Günü" seriyası çıxıb.
Hom*me
Hom*me — ev, süfrə və dekor əşyaları istehsal edən Azərbaycan brendidir. Şirkətin mərkəzi ofisi Bakı şəhərində yerləşir. Brendin yaradıcısı Azərbaycanlı iş adamı N. Əhmədovadır. Brend hədiyyəlik, ev dekoru və süfrə əşyaları istehsalı ilə məşğul olur. Hom*me xüsusi Milad və Yeni il dekorları istehsal edən ilk Azərbaycan şirkətidir. Şirkətin məhsulları İtaliya, Portuqaliya, Çexiya, Polşa, Tayland, Hindistan, Misir, Çin, Türkiyə və başqa ölkələrdə istehsal olunur. Hom*me həmçinin "Tescoma" və "Lamart by Pierre Lamart" brendlərinin Azərbaycanda rəsmi təmsilçisidir.
Who See
Who See — Monteneqronu 2013 Avroviziya Mahnı Müsabiqəsində "Igranka" mahnısı ilə təmsil etmiş hip-hop qrupu.
The Who
The Who — 1964-cü ilin fevralında Londonda qurulan ingilis rok qrupudur. Musiqi tənqidçiləri Who qrupunu hard-rok baniləri arasında görürlər. Eyni zamanda qrupun preqressiv rok və art-rokun inkişafına olan töhfələrini yüksək qiymətləndirirlər. Qrupun səsyazmaları bütün dünyada 100 milyondan çox satmış və bu nəticə ilə The Who Ginnesin Rekordlar Kitabına düşmüşdür.
Doctor Who Magazine
Doctor Who Magazine (abbr. DWM) — «Doktor Kim» Britaniya elmi fantastik serialı haqqında jurnal. 2010-cu ilin aprelində televiziya serialı haqqında ən uzunömürlü jurnal kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Who Is It
Who Is It – Maykl Ceksonun "Dangerous" albomundan çxardığı sayca dördüncü sinqldır. Mahnı yeni çıxarıldığı dövrdə U.S. Billboard Hot Dance Club Play'də birinciliyə yüksəlmişdi. 1993-cü ildə Opra Uinfri ilə müsahibəsi zamanı Maykl Cekson mahnını akapella şəklində ifa etmişdir. Mahnı Maykl Ceksonun çox sevilən mahnılarından birinə çevrilmiş, ABŞ və Avropa ölkələrinin bir çoxlarında ilk onluğa və iyirmiliyə daxil olmuşdur. Eyniylə mahnının klipinin də taleyi çox uğurlu olmuşdur. Klipin rejissoru David Fincherdir. ABŞ – da MTV və VH-1 telekanalları mahnının klipinin yayımlanmasını qadağan etmiş və heç vaxt həmin klipi efirə buraxmamışdır. Əvəzində isə mahnı üzərində videomontaj vasitəsilə Maykl Ceksonun müxtəlif klip, konsert görüntüləri və şəkillərindən ibarət video yığılmışdır. Digət bir maraqlı fakt mahnının dinləyicilər tərəfindən çox sevilməsi və böyük uğur qazanmasına rəğmən mahnı Maykl Ceksonun heç bir konsert turuna daxil edilməmiş və heç bir vaxt (radioya olan müsahibə zamanı qısa akapella xaric) dinləyicilər qarşısında canlı ifa edilməmişdir.
Who Named It?
Who Named It? — Tibbi eponimlərin və onların identifikasiyası ilə əlaqəli insanları məlumatlandıran ingilis dilli lüğət. Lüğət olmasına baxmayaraq, bir çox eponimlər və şəxslər haqqında geniş biblioqrafiyalar və geniş məqalələr təqdim edir. Lüğətin fəaliyyət göstərdiyi ofis Norveçdə yerləşir. Məlumatlar tibb tarixçisi Ola Daniel Enersen tərəfindən əlavə olunur. == İstinadlar == == Xarici keçidlər == whonamedit.com — Who Named It?
Who Really Cares
Who Really Cares — amerikan indi-pop qrupu TV Girl-in ikinci studiya albomu. 26 fevral 2016-cı ildə qrupun özü tərəfindən buraxılıb. == Qəbul == "Who Really Cares" Bandwagon Magazine tərəfindən "çox sayda insanın anlaya biləcəyi və empatiya qura biləcəyi bir şey" kimi təsvir edilmişdir. == Trek siyahısı == Bütün mahnılar Brad Petering tərəfindən yazılmış və bəstələnmişdir. Sample credits "Cigarettes out the Window" and "For You" contains samples of "Love Song to Jom's Girlfriend" and "You Are", performed by Frankie Cosmos. "Not Allowed" contains samples of "You Suck", "Not Allowed", "Fuck Yourself", and "Sue Your Friends", performed by the Yeastie Girlz. "For You" contains elements of "Dating Courtesy", by the Shangri-Las from their Good Taste Tips.
Doctor Who (2023 xüsusi)
Doctor Who: The Adventure Games
Doctor Who: The Adventure Games — beş oyundan ibarət olan, «Doktor Kim» serialın əsasında yaradılmış macəra janrda videooyun seriyası.
Who We Are (Cessika mahnısı)
Who We Are (azərb. Biz kimik‎) — San-Marinonun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Cessika və Cenifer Breninq dueti "Who We Are" mahnısı ilə San-Marinonu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Avstriyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Zoi Ştraub və eyni zamanda Kristof Ştraub, Matias Strasser və Lorentso Salvatori tərəfindən bəstələnmişdir.
The Girl Who Leapt Through Time
The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır. "The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır. Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır. Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.
Ahoa
Ahoa — Uollis və Futunada yerləşən kənddir. Kənd Uollis adasının qərb sahilində yerləşən Hahake rayonuna daxildir. 2008-ci ilin statistikasına görə əhalinin sayı 437 nəfərə bərabərdir. Kəndin cənub şərqində adanın ən böyük krater gölü olan Lalolalo gölü yerləşmişdir.
Atom
Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) - "bölünməz") — kimyəvi elementin, bu elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyi. Elmin inkişaf tarixi boyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq e.ə. V əsrdə Demokrit abstrakt şəkildə atom haqqında fikir söyləmişdir. Atom kimyəvi yolla bölünmür. Kimyəvi elementin xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. "+" yüklü nüvədən və "-" yüklü elektrondan təşkil olunmuş elektroneytral hissəcikdir. == Atom modelləri == Atom modelləri izolə olunmuş atomların quruluşunu əks etdirir. === Demokrit- Levkipp modeli === Demokrit hesab edirdi ki, istənilən əşyanın xarakteri – onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur.
Biom
Biom (ing. biome, yun. βίος – həyat və … oma) — Eyni iqlim zonasının ekosisteminin küllüsü. Orqanizmlərin müxtəlif qruplarının və onların müəyyən landşaft-coğrafi zonada məskunlaşdığı mühitin məcmusu. == Ümumi məlumat == “Biom” adı (məs., tundra, tayqa, mülayim zonanın iynəyarpaqlı meşələri, tropik savanna, çöllər, səhralar və s.) adətən, üstünlük təşkil edən bitki tipinin adı, yaxud landşaftın əsas stabil xüsusiyyətləri ilə müəyyən edilir. Düzənlik yerdə Biomlar ərazi cəhətdən bir-birindən az və ya çox aralı düşür, xeyli böyük sahələri tutur. Dağlarda kiçik bir sahədə beşə qədər qurşaq Biomu yanaşı ola bilər. “Biom” termini ən çox quru ərazilərin ekologiyasında istifadə edilir. Rus ədəbiyyatında onun əvəzinə çox vaxt ya “təbii (yaxud coğrafi) zona”, ya da “bitkilik zonası” terminləri həmin adlarla (tundra, tayqa, çöl və s.) birlikdə istifadə olunur. Xarici Avropa elmi ədəbiyyatında təbii zona və “Biom” kateqoriyalarını birləşdirən anlayışlar təklif edilmişdir (məs., Q. Valter zonobiomları (Zo- nobiomes)).
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
Drom
Drom (departament)
Homo
İnsan (lat. Homo) — hominidlər fəsiləsinə aid heyvan cinsi.
Homs
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Neom
Neom (NEOM; نيوم Niyom), Səudiyyə Ərəbistanının Tobruk regionunda tikilməsi planlanlaşdırılan bir şəhərdir. Proyect, ilk olaraq 24 oktyabr 2017-ci ildə Prens Məhəmməd ibn Salman tərəfindən elan olunmuşdur. Neomun ölkənin şimal-qərbində Qırmızı dənizin yaxınlığında və Səudiyyə Ərəbistanının Misir və İordaniya ilə bölüşdüyü sərhədlərdə yerləşməsi planlaşdırılır. NEOM-un ilk hissəsinin 2025-ci ilə qədər tamamlanması planlaşdırılır. Layihənin təxmini dəyərinin 500 milyard dollar olduğu düşünülür. Layihəni tamamilə bərpa olunan enerji mənbələri ilə dəstəkləmək planlaşdırılır. Şəhərin 26.500 km² ərazini əhatə etməsi və Qırmızı dəniz sahilləri boyunca 460 km uzanması planlaşdırılır. "Xəyalpərəstlər şəhəri" adlandırılan NEOM Səudiyyə Ərəbistanı, Misir və İordaniya sərhədində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qurulacaq. Şəhərin adı ingilis dilindəki "new" (yeni) və ərəb dilindəki "gələcək" sözünün ilk hərflərindən götürülüb. Neom bu dünyada yeni şeylər yaratmaq istəyən xəyalpərəst insanların şəhəri olacaq və burada ənənəvi investisiyalara yer verilməyəcək.
Thoa
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Ucom
Ucom — Ermənistanın mobil şəbəkə operatoru və internet provayderi. == Tarixi == Orange Armenia-nı satın aldıqdan sonra mobil telefon bazarında böyüdü.
Xrom
Xrom (Cr) – D. İ. Mendeleyevin kimyəvi elementləri dövri sisteminin 4 dövrünün 6-cı qrupunun 24-cü bir elementi (köhnəlmiş bir təsnifata görə, 6-cı qrupun yan alt qrupu). Kimyəvi elementlərin dövri sistemində 24-cü element. Cr (lat. Chromium) simvolu ilə təyin edilmişdir. Sadə maddə xrom — mavi ağ rəngli bərk metaldır. Xrom bəzən qara metallara aid edilir. == Tarixi == === Adının mənşəyi === Yunan dilindən elementin adı yun. χρῶμα — rəng, boya — birləşmələrinin rənglərinin müxtəlifliyinə görə. === Tarixi === Orta Uralda, Berezovski qızıl filiz yatağında tapılıb. İlk olaraq Mixail Lomonosovun "Metallurgiyanın ilk təməlləri" əsərində qırmızı qurğuşun filizi, PbCrO4kimi qeyd edilmişdir (1763).
Adron atom
Adron atomu – mənfi yüklənmiş adronlu (π- -, κ-- mezonlar, antiproton və s.) mezoatom. Adron atomları-kulon cazibəsi hesabına müsbət yüklənmiş nüvənin mənfi adronu tutub saxlayan atomabənzər sistemdir. Pion (π-), kaon (κ-), antiproton və hiperon atomları müşahidə olunmuşdur. A.a.-nın öyrənilməsi həm adron və həm də nüvə (adronun kütləsi və maqnit momenti, nüvədə maddənin paylanması, adron və nüvənin polyarlaşması), həmçinin onların qarşılıqlı təsiri (nüvənin adronu səpməsi və udması) haqqında məlumat verir. A.a. maddədə mənfi adronun yavaşıması ilə yaranır. Adron atom tərəfindən tutulur və baş kvant ədədi n›(m\m4)½ olan yüksək həyəcanlanmış hal yaranır, adronun kütləsi, elektronun kütləsidir. Atomun həyəcanlanması çoxsaylı, ardıcıl oje-keçidlər və adronun rentgen şüalanması ilə müşayiət olunan bir səviyyədən digərinə elektrik dipol keçidləri hesabına aradan qalxır. Bu zaman dairəvi orbitlərin məskunlaşması üstünlük təşkil edir. Adron halı n-nin kiçik qiymətlərinə çatanda güclü qarşılıqlı təsir effektləri əhəmiyyətli olur, bu isə adronun nüvə tərəfindən tutulmasına səbəb olur.
Amblyseiulella thoi
Amblyseiulella thoi (lat. Amblyseiulella thoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiella cinsinə aid heyvan növü.
Atom (format)
Atom — bir-birilə əlaqəli iki veb-texnologiyanın ümumi adı: veb-saytlarda resursların və onların nəşri üçün protokolun təsviri üçün format. == Sindikasiya formatı == Atom formatının sindikasiyası XML formatına əsaslanmışdır və veb-resurs dəstlərini təsvir etməyə imkan verir (məsələn, xəbər lentləri, bloqdakı məqalələr). Bu formatdan sonra RSS formatıda bu funksiyaları daha təkmil yerinə yetirir. Format RFC 4287-də təsvir edilmişdir və indi bir çox layihələrdə Google şirkəti tərəfindən fəal dəstəklənir.
Atom Bombası
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == İlk atom bombaları haqqında == İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. == Müasir nüvə silahları == Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər "atom bombası" adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Atom Qarışqa
Atom qarışqa — 1965-ci ildə Hanna-Barbera tərəfindən yaradılan cizgi film obrazı. Cizgi film 1990-cı və 2000-ci illərdə yenidən "Cartoon Network" və "Boomerang"da yayımlanmışdır. == Bioqrafiya == Atom qarışqa kompüter və idman avadanlığı kimi əşyalarını yerləşdirdiyi yuvasında yaşayan super qəhrəman qarışqadır. Əsas qabiliyyətləri uçmaq, süper sürət, inanılmaz güc və dözümlülükdür. "Yuxarıya, Atom Qarışqa" onun şüarıdır. O, ona tapşırıqlar verən polis rəisiylə tez-tez əlaqə saxlayır. Başlanğıcda Hovard Morris tərəfindən, daha sonrakı bölümlərdə isə Don Messik tərəfindən səsləndirilmişdir. Atom Qarışqanın bəzi missiyaları Betmenin missiyalarını parodiya edir. Polislər əksər polis işlərini tez-tez Atom Qarışqaya həvalə etdiklərindən izləyicilərə bacarıqsız və yetərsiz olaraq təqdim olunurlar. Atom qarışqa, macəralarında dəli professor Von Qimmik, Vəhşi Birə (o da Don Messik tərəfindən səsləndirilmişdir) və s.
Atom fizikası
Atom fizikası – atomların quruluş və xassələrini, elektron örtüyünün quruluşunu, və onun dəyişməsi zamanı baş verən fiziki və kimyəvi prosesləri öyrənən fizikanın əsas bölmələrindən biridir. Atom fizikasının başlıca vəzifəsi atomun enerji səviyyəsinin düzgün xarakterini, onların incə və ifrat (hədsiz dərəcədə) incə quruluşunu, xarici elektrik və maqnit sahələrində enerji səviyyələrinin parçalanması yaxud hər hansı dəyişməsini öyrənməkdən, hərəkət miqdarı momentinin ala biləcəyi qiymətləri və həyəcanlanmış hallarda elektronların orta yaşama müddətini tapmaqdan ibarətdir. Buna görə də müasir atom fizikasına atomun quruluşunu öyrənən nəzəriyyələr, kimyəvi birləşmələrdə və kristallarda atomların qarşılıqlı təsirini, eləcədə atomun optik və rentgen şüalanma spektrlərini öyrənən fizika bölmələri də daxildir. Atom fizikası XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdır. Lakin atomun varlığı və onun bölünməz olması haqqında ilk fikirlər Demokrit və Epikürə məxsusdur. XVII əsrdə fransız filosofu P. Qassendi və ingilis kimyaçısı Robert Boyl bu fikri yenidən söyləmişlər. Kimyanın inkişafı ilə əlaqədar C. Dalton atomlarda həndəsi nisbətlər qanunu kəşf etdi. A. Avoqadro və S. Kannitsaro atomla molekul arasındakı fərqləri tapmışlar. XIX əsrin sonlarında atomların optik xassələrinin öyrənilməsinə başlanması ilə atom fizikasının əsası qoyuldu. Hər bir atomun xarakterik optik spektrə malik olması məlum olduqdan sonra onların qruplaşdırmağın mümkünlüyü başa düşüldü.
Hökm
Hökm — təfəkkürün mürəkkəb formalarından biridir. Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir ki, bu da doğru və yalan ola bilər. == Hökmün ümumi səciyyəsi == İnsan hökm vasitəsilə əldə etdiyi biliyi zənginləşdirir, möhkəmləndirir. Hökmlə anlayışın əlqəsini təhlil etdikdə elm adamlarının əksəriyyətinin gəldiyi qərar bu olur ki, anlayış əslində hökmün ilkin zəminidir. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir. Hökmün mühüm xassəsi onun iqrari(təstiqedici) və inkari(rəddedici) olmasıdır. Məsələn: "Buzqıran gəmilər mövcuddur" və "Bəzi cinayətlər qəsdən törədilən cinayətlər deyil". Hökmləri səciyyələndirərkən onun yalan və ya doğru olduğu qeyd olunmalıdır. Bəzi hökmlərsə qeyri-müəyyən kimi səciyyələnir ("Ayda həyat var"). Hökmlər quruluşca sadə və mürəkkəb olur.