The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo?), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır.
The Girl Who Leapt Through Time | |
時をかける少女 (Toki o Kakeru Shōjo) azərb. Zamanda sıçrayan qız | |
---|---|
Janr | macəra, romatika, elmi fantastika, dram |
Anime | |
Rejissor | Mamoru Hosoda |
Prodüsser | Takaşi Vatanabe Yuiçiro Sayto |
Ssenarist | Satoko Okudera |
Bəstəkar | Kiyoşi Yoşida |
Studiya | Madhouse |
Digər lisenziyalar | Reanimedia |
Vaxt | 98 dəq.[1] |
Manqa | |
Manqaka | Yazıçı: Yasutaka Tsutsui Rəssam: Tsuqanu Qaku |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | CMX Mangad/visual |
Nəşr tarixi | 2003-2004 |
Cildlər | 2 |
Manqa | |
The Girl Who Leapt Through Time –Tokikake– | |
Manqaka | Yazıçı: Yasutaka Tsutsui Personaj dizaynerləri: Kotone Rommaru, Sadamoto Yoşiyuku |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | Istari Comics |
Nəşr tarixi | 25 aprel 2006 |
Cildlər | 1 |
"The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır.[2] Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır.
Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.[3]
Beyzbol oynamağı sevən Makoto Konno valideynləri və kiçik bacısı Miyuki ilə Tokionun Şitamaçi bölgəsində yaşayır. Xalası Kazuko Yoşiyama Tokio Milli Muzeyində incəsənət əsərlərinin bərpası ilə məşğul olur.
Bir gün Makoto təhsil aldığı məktəbdə yazı lövhəsində mesaj kəşf edəndə səhvən qoz formasında olan bir cismin üzərinə düşür. Evə qayıdanda onun velosipedinin əyləcləri işləmir və qatar yoluna düşüb ölür. Makoto özünə gələndə bu bədbəxt hadisə baş verməzdən qabaq velosiped sürdüyünü görür. Kazuko ona başa salır ki, o "zamanda sıçrama" gücünə malik ola bilər. Əvvəlcə Makoto bu gücündən məktəbə gecikməmək, dərslərdən yaxşı qiymətlər almaq, saatlarla karaoke oxumaq üçün istifadə edir, amma tezliklə bunun digərlərinə mənfi təsir göstərdiyini kəşf edir.
Nəticədə, Makoto bu gücündən müxtəlif xoşagəlməz vəziyyətlərdən qaçınmaq üçün istifadə edir. Buna ən yaxın dostu Çiaki Mamiyanın sevgi etirafını eşitməmək də daxildir. Makoto qolunda nə qədər zamanda sıçrayış edə biləcəyini göstərən tatuu kəşf edir. Qalan haqqları ilə Makoto hər kəsə doğru olan şeylər etməyə çalışır. Çiaki ona zəng edib zamanda sıçrayıb-sıçraya bilmədiyini soruşur, Makoto son zamanda sıçrama hüququndan onun zəngini qaytarmaq üçün istifadə edir. Makoto dostu Kosuke Tsuda və onun yeni sevgilisi Kaho Fucitaninin onun xarab velosipedinə mindiklərinə və qatar yoluna getdiklərini görür, onları xilas etməyə çalışır, amma sonuncu zamanda sıçrayış hüququndan istifadə etdiyindən ancaq ölümlərinə şahidlik edə bilir.
Bir an sonra Çiaki peyda olub zamanı dondurur və Makotoya gələcəkdən gəldiyini deyir. Çiaki Makotoya başa salır ki, qoz formasındakı cisim zamanda sıçrayış etmək üçün bir cihazdır, keçmişə isə Kazuto tərəfindən bərpa olunan, lakin gələcəkdə məhv olmuş xüsusi rəsm əsərini görmək üçün gəlibmiş. "Donmuş" şəhərdə gəzişərkən Çiaki bu zamanda planlaşdırdığından daha uzun müddət qaldığını söyləyir. Çiaki son zamanda sıçrama hüququndan Kosukeni xilas etmək üçün istifadə etdiyindən gələcəyə qayıda bilməyəcəyini deyir. Çiaki Makotonu tərk etməyə məcbur olur. Makoto sonda onu sevdiyini anlayır.
Çiaki yoxa çıxdıqdan sonra Makoto kəşf edir ki, Çiakinin zamanda sıçrayış etməsi səhvən ona istifadə etdiyi sonuncu sıçrayış hüququnu qaytarıb: Çiaki Makotonun sonuncu sıçrayış hüququndan istifadə etmədiyi zamana sıçramışdı. Makoto zamanda sıçrayıb gücünü əldə etdiyi ana qayıdır və aləti Çiakiyə qaytarır. Makoto Çiakiyə baş verənləri danışır. Makoto rəsm əsərinin onun dövrünə qədər çatacağına and içir. Çiaki getməzdən əvvəl gələcəkdə onu gözləyəcəyini deyir. Kosuke onun hara getdiyini soruşanda Makoto təhsil almaq üçün xaricə getdiyini deyir.
Zaman heç kimi gözləmir.
Orijinal mətn (ing.)Time waits for no one.
"The Girl Who Leapt Through Time" Yaponiyada az sayda kinoteatrda göstərilmişdir. Filmdən təxminən 260 milyon yen (2,6 milyon $) gəlir əldə olunmuşdur.[4] Animasiya filmlərinin xüsusiyyətindən fərqli olaraq anime məhdud reklam olunmuşdur, lakin müsbət rəylər və şifahi marketinq animeyə qarşı maraq oyatmışdır.[5] Şincuku teatrında bir neçə gün ardıcıl tamaşaçılar zalı doldurdular, hətta ayaqda filmi izləyənlər oldu. Bundan sonra distribütor Kadokawa Herald Pictures animenin Yaponiyada göstərildiyi kinoteatrların sayını artırmışdır, hətta beynəlxalq festivallara təqdim olunması müzakirə olunmuşdur.
Şimali Amerika şirkəti Bandai Entertainment tərəfindən anime filminin Şimali Amerikada premyerası 19 noyabr 2006-cı ildə Vaterloo festivalında və 3 mart 2007-ci ildə Nyu-York Beynəlxalq Uşaq Film Festivalında baş tutmuşdur. Anime filmi ABŞ-da məhdud yayımlanmışdır: iyun ayında Los-Ancelesdə subtitrlarla, sentyabr ayında Sietl şəhərində göstərilmişdir. İyul ayında isə Nyu-Yorkda dublaj edilmiş versiyası ekranlara buraxılmışdır. Boston şəhərində avqustda subtitrlarla nümayiş olunmuşdur. Anime filminin Böyük Britaniyada premyerası Lids Gənclər Film Festivalı çərçivəsində 2 aprel 2008-ci ildə baş tutmuşdur.
Tənqid saytı Rotten Tomatoes anime film üçün verdiyi reytinq 87 % olmuşdur: 15 tənqidçinin rəylərinə əsasən film 6,7/10 xalla qiymətləndirilmişdir. Saytın ümumi rəyində bildirilir: "Çox effektiv vizual dizayna malik yaradıcı və valehedici anime filmi. Bu komediya-dramın çılğın yaradıcılığı var".[6]
Anime News Network-dan Castin Sevakis filmini "mütləq illüziyasına" görə tərifləmişdir. O personajların səsləndirilməsi bağlı ilə qeyd etmişdir: "[film üçün] düzgün miqdarda realizm".[7] The Boston Globe-dən Ti Burr filmin vizualiyasiyasını və tempini tərifləmişdir. O, anime filmini Studio Ghibli-nin işləri ilə müqayisə etmişdir.[8] "The Village Voice"-dən Nik Pinkertonda filmi tərifləmişdir. Müəllif Yasutaka Tsutsui 24 mart 2006-cı ildə Tokio Beynəlxalq Anime Yarmakasında filmin "kitabı üçün düzgün ikinci davam" olduğunu qeyd etmişdir.[9]
İl | Mükafat | Kateqoriya | Qalib/Namizəd | Nəticə | İst. |
---|---|---|---|---|---|
2006 | Sices Film Festivalı | Ən yaxşı animasiya filmi | The Girl Who Leapt Through Time | Qazandı | [10] |
Nihon SF Tayşo Mükafatı | Böyük mükafat | The Girl Who Leapt Through Time | Namizəd | [11] | |
2007 | Yaponiya Akademiya Mükafatı | İlin ən yaxşı animasiya filmi | The Girl Who Leapt Through Time | Qazandı | [12] |
Tokio Anime Mükafatları | İlin ən yaxşı animesi | The Girl Who Leapt Through Time | Qazandı | [13] | |
Rejissor mükafatı | Mamoru Hosoda | Qazandı | |||
Ən yaxşı hekayə/İş | The Girl Who Leapt Through Time: Yasutaka Tsutsui | Qazandı | |||
Ssenarist mükafatı | Satoko Okudera | Qazandı | |||
Sənət rejissorluğunda uğur | Nizo Yamamoto | Qazandı | |||
Personaj dizayneri mükafatı | Yoşiyuki Sadamoto | Qazandı | |||
2009 | Gənc Sənətkar Mükafatı | Ən yaxşı səsləndirici | Emili Hörst | Qazandı | [14] |
Bundan əlavə, film prestijli LXI Mayniçi Film Mükafatını, 2006-cı ildə Yaponiya Media Sənətləri Festivalında Böyük mükafatı qazanmışdır.[15]
Bəziləri istisna olmaqla bu musiqilər Kiyoşi Yoşida tərəfindən bəstələnmişdir. Pianoda Haruki Mino ifa etmişdir.
Filmin mövzu musiqisi "Garnet" (ガーネット, Gānetto?), filmdə istifadə olunan mahnısı isə "Kawaranai Mono" (変わらないもの, azərb. "Dəyişməz şey(lər)"?) adlanır. Hər iki mahnı müğənni-mahnı yazıçısı Hanako Oku tərəfindən yazılmış, ifa olunmuş və bəstələnmişdir. "Garnet" Cun Sato, "Kawaranai Mono" Yoşida tərəfindən qaydaya salınmışdır.
Ranmaru Kotone tərəfindən film əsasında manqa adaptasiyası hazırlanmışdır və manqa adaptasiyası filmin kinoteatrlarda göstərilməsindən əvvəl bir neçə ay "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. 2009-cu ildə Bandai Entertainment (lisenziat) və Madman Entertainment (distribütor) tərəfindən manqanın ingilis versiyası Avstraliya üçün yayımlanmışdır. Manqada baş verən hadisələr bir neçə kiçik fərq istisna olmaqla filmdə baş verən hadisələrlə eynidir. Xüsusilə, manqa filmdən fərqli başlayır və bitir.
Goo Ranking tərəfindən 2016-cı ilin oktyabrında 500 nəfər arasında keçirilmiş sorğuda ən kədərli 5-ci anime (32 səslə) seçilmişdir.[16]