Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xüşkbicar
Xüşkbicar — İranın Gilan ostanında yerləşən şəhər. Xüşkbicar əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Riştə Xoşkar
Riştə Xoşkar (fars. رشته‌خشکار‎)‏ — Gilan ostanında hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Taskbar
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
Muşklar
Muşklar — Tunc və Dəmir dövrlərinin qovşağında Anadolu ərazisində yaşamış xalq. Assuriya mənbələrində qeyd olunan, het heroqlifləri ilə "muskai" kimi tanınır. Bir sıra tarixçilər onları yunan mənbələrindən mosxlar, eləcə də Gürcüstanda Mesxetiya adı ilə əlaqələndirirlər. İosif Flavi muşkları Bibliyada Meşex ilə eyniləşdirdi. Paleobalkan dillərində "muşk" termini atlar ilə əlaqələndirilir. Assuriya mənbələrində "muški" termini iki müxtəlif qrupa aiddir: e.ə. XII–IX əsrlərdə mövcud olmuş, Arsaniya ilə Fəratın qovuşduğu yerdə "şərq muşkları" yaşamışdır. e.ə. VIII–VII əsrlərdə Kilikiyada "qərb muşklarıƏ mövcud olmuşdur. Assuriya mənbələri qərbi muşkarı frigiyalılar ilə, yunan mənbələri isə frigiyalıları "Μόσχοι" ilə aydın şəkildə fərqləndirir.
Xudkar Məhəllə (Talış)
Xudkar (fars. خودكارمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (21 ailə).
Xunkar-Paşa İsrapilov
Xunkar-Paşa Germanoviç İsrapilov (digər adları Xunkar, Xunkarpaşa, Xunker, Xunkerpaşa) (rus. Хункар-Паша Германович Исрапилов, 13 noyabr 1967, Alleroy – 1 fevral 2000, Qroznı) — Tanınmamış Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrində yüksək vəzifələr tutmuş, 1990-2000-ci illərdə Çeçen münaqişəsinin fəal iştirakçısı, 1995-ci ildəki Qızılyar teraktının əsas liderlərindən biri. Çeçen İçkeriya Respublikasının səhra komandiri. Şamil Basayevin yaxın tərəfdarlarından biri. == Tərcümeyi-halı == 13 noyabr 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Kurçaloyevski rayonunun Alleroy kəndində anadan olub. Orconikidze Piyada Məktəbini bitirib. 1984-1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1992-1993-cü illərdə Qafqaz Xalqları Konfederasiyasının tərkibində Abxaziyadakı hərbi əməliyyatlarda, həmçinin Azərbaycanın tərəfində Qarabağ müharibəsində iştirak etmişdir. 1992-ci ilin noyabrında İsrapilov Abxaziyaya müstəqilliyini özü elan etmiş respublikanın tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün gəldi. İlk Şromskaya əməliyyatında iştirak etdi, burada özünü qəddar və cəsarətli bir döyüşçü olduğunu sübut etdi.
İzəş-Kuskar (Əbyəlil)
İskak kəndi (başq. Исҡаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Burqanqol kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası İskak kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 45 km., kənd sovetliyindən (Burqanqol): 3 km., ən yaxın dəmiryol stansiyasından (Murakayev stansiyası): 92 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.