Muşklar — Tunc və Dəmir dövrlərinin qovşağında Anadolu ərazisində yaşamış xalq. Assuriya mənbələrində qeyd olunan, het heroqlifləri ilə "muskai" kimi tanınır.[1] Bir sıra tarixçilər onları yunan mənbələrindən mosxlar, eləcə də Gürcüstanda Mesxetiya adı ilə əlaqələndirirlər. İosif Flavi muşkları Bibliyada Meşex ilə eyniləşdirdi. Paleobalkan dillərində "muşk" termini atlar ilə əlaqələndirilir.
Assuriya mənbələrində "muški" termini iki müxtəlif qrupa aiddir:[2]
Assuriya mənbələri qərbi muşkarı frigiyalılar ilə, yunan mənbələri isə frigiyalıları "Μόσχοι" ilə aydın şəkildə fərqləndirir.