Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bişkek
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Bişkək
Disket
Disket (ing. floppy disk, ing. diskette) — plastik materialdan hazırlanmış və məlumatların saxlanması üçün istifadə edilən elastik disk, üzəri maqnit material təbəqəsi ilə örtülmüş informasiya daşıyıcısı. 1971-ci ildə IBM şirkəti tərəfindən ilk disket hazırlanmışdır. Bu diskin diametri 8 dyüm (200 mm), tutumu isə 720 Kb idi. Çevik disk qurğusunun yaradılması təşəbbüsünü ilk dəfə 1967-ci ildə IBM firmasının mühəndis-elektroniki Alan Şuqart (Alan Shugart) irəli sürmüşdür. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
Bişkek Han
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Bişkek Xan
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Bişkek gerbi
Bişkek şəhərinin gerbi (qırğ. Бишкек шаарынын герби) — Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərinin rəsmi simvolu. Şəhərin tarixi əhəmiyyətini və inkişafını əks etdirən gerb 1994-cü ildə təsdiq edilmişdir. == Təsviri == Bişkek şəhərinin gerbində bir qalanın düzbucaqlı bir silueti təsvir olunmuşdur. Qalanın altında dağları təsvir edən xəttlər var, onların altında isə "Bişkek" yazısı böyük hərflərlə yazılmışdır. Qalanın divarında içərisində ağ rəngdə qar bəbiri təsvir olunan olan bir kvadrat mövcuddur. == Tarixi == === Pişpek gerbi === Pişpek (Bişkekin keçmiş adı) şəhərinin gerbi 19 mart 1908-ci il tarixində Rusiya çarı tərəfindən təsdiqlənmişdir. Gerbin əsas hissəsi ətrafında Aleksandr lenti ilə bağlanmış iki buğda olan göy rəngli Fransa qalxanından ibarətdir. Qalxan üç dişli qüllə şəklində bir taclandırılır. Bu, ümmumiyyətlə, Rusiya imperiyası tərkibindəki mahal qəsəbələrini təmsil edirdi.
Bişkek protokolu
"Bişkek protokolu" — Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəd. Bunun nəticəsində 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olunmuşdur. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan "Bişkek protokolu" 1994-cü ilin mayında imzalanmışdır. Sənədin imzalanması ilə bağlı fərqli iddialar mövcuddur. == Birinci iddia == Daha dəqiqi sənədin 1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulmuşdur. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzalamış, o isə bundan imtina etmişdir. Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş və daha sonra sənədin əsli də oraya gedib çıxmışdır. Həmin sənədin əslinin hazırda Rusiya Federasiyasının XİN arxivlərində saxlanıldığı güman edilir. Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə Azərbaycan tərəfindən imzalanması üçün Bakıya ATƏT-in Minsk qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirov gətirmişdir.
Bişkek şəhəri
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Mişkə (Baltas)
Mişkə (rus. Мишкино, başq. Мишкә) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 326 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 31 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 100 kilometr uzaqlıqdadır.
Mişkə (Uçalı)
Mişkə (başq. Мишкә, rus. Мишкино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Naurız kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 65 km, kənd sovetliyindən (Naurız): 5 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 75 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
TV10 (İsveç)
«TV10» — «Modern Times Group» şirkətinin sahibləndiyi İsveç özəl telekanalı. Telekanal idman və sənədli filmlər üzrə ixtisaslaşmışdır. Telekanal 7 sentyabr 2010-cu ildən yayımlanır.
İsveç-Norveç
İsveç-Norveç — indiki İsveç və Norveç torpaqlarında qurulmuş uniya. 1814-cü ildə qurulmuş, 1905-ci ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmamış; Norveç parlamenti səsvermə ilə Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel'i VII Haakon adı ilə hakimiyyətə gətirərək İsveçdən ayrılmışdır. == Quruluşu == Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. İsveç kralı XIII Karl yeni birliyin kralı elan edildi. Bu vaxtı Norveçdə hələ də mübarizə aparan şahzadə Kristian Frederik işğala qarşı mübarizə aparmağa və heç olmasa Norveçin müstəqilliyini qorumağa çalışırdı. İyun ayının 30-u Rusiya, Avstriya, Prussiya və Böyük Britaniyadan gələn səfirlər onu sülhlə təslim olmağa çağırdılar. Kristian Frederik xalqın öz liderini seçməyini təklif edərkən bu yerdə Avstriya səfiri Avqust Ernst Şteigenteş bu məşhur şərhi: Müharibənin qaçınılmaz olduğunu görən İsveç, vəliəhd Karl İohannın komandanlığı altında Hvaler adalarına çıxaraq müharibəni başlatmış oldu. Langnes döyüşü kimi kiçik döyüşlərdə Norveçlilər qələbə qazansa da İsveç qalib gələrək şahzadə Kristian'ı Danimarkaya geri göndərdi. Noyabrın 4-ü XIII Karl Norveç kralı elan olundu.
İsveç Akademiyası
İsveç Akademiyası — 1786-cı ildə III Kral Qustav tərəfindən əsası qoyulmuşdur. İsveçin Kral akademiyalarından biridir. Alfred Nobelin xatirəsinə həsr olunmuş Ədəbiyyat üzrə Nobel mükafatı laureatı namizədlərini müəyyən edir. == Tarixi == İsveç Akademiyası 1786-cı ildə III Qustav tərəfindən təsis edilmişdir. Rəsmi fəaliyyətə başlayandan sonra 18 üzvü var. Akamiyanın devizi “İstedad və zövq”-dür. Akademiyanın əsas məqsədi isveç dilinin "təmizliyini, gücünü və əzəmətliliyini" daha da artırmaqdır. Bunun üçün Akademiya iki ədəd lüğət dərc etdirir. İsveç akamiyasının binası hal-hazırda Stokholm birjasının binası kimi tanınır və ilk olaraq burjuaziya üçün tikilmişdir. Alt mərtəbə ticarət mübadiləsi üçün istifadə olunurdu.
İsveç Briqadası
İsveç Briqadası (isv. Svenska brigaden; fin Ruotsalainen prikaati) - 1918-ci ildəki Finlandiya vətəndaş müharibəsində Ağ Qaravullara dəstək olmaq üçün 400 isveçli könüllüdən ibarət yarımhərbi birləşmə. Briqada 28 mart-6 aprel tarixində baş verən Tampere döyüşündə iştirak etmişdi. Nəticədə, İsveç Briqadasının 34 üzvü həlak olmuş, 50-ə qədər döyüşçü yaralanmışdı. Tampere döyüşündə ölənlər arasında briqadanın məşhur üzvlərindən arxeoloq Aksel Boyethius və tarixçi Olof Palme də var idi.
İsveç Krallığı
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
İsveç bayrağı
İsveç bayrağı — İsveçin Dövlət bayrağı
İsveç dili
İsveç dili (isveçcə ) — skandinaviya dil qrupunun şərqi skandinaviya dilləri yarımqrupu, İsveçdə, Finlandiyanın bir hissəsində və Aland adalarında danışılır. On milyon dil daşıyıcısı ilə Skandinaviyada ən çox yayılmış dildir.
İsveç finləri
İsveç finləri (fin ruotsinsuomalaiset; isv. sverigefinnar) tarixi olaraq İsveç ərazisində yaşamış və ya daha sonra İsveçə köç etmiş finlərdən ibarət, İsveç ərazisində yaşayan fin dilli azsaylı xalq. İsveç finləri Finlandiyada dil baxımından azlıqda olan isveç dilli Finlandiya isveçliləri ilə qarışdırılmamalıdır. Fin kökləri olan insanlar nisbətən İsveç əhalisinin böyük hissəsini təşkil edirlər. Tarixi olaraq İsveçdə yaşan İsveç finlərinin kiçik hissəsinə əlavə olaraq, İsveçdə Finlandiyada doğulmuş və ya valideynlərindən ən az biri Finlandiyada doğulmuş 426 000 (2012-ci ildə ümumi əhalinin %4.46 demək idi) insan yaşayırdı. İsveç dili kimi fin dili də orta əsrlərdən bəri Botniya körfəzinin hər iki tərəfində danışılır. 13-cü əsrdə İsveç tərəfindən Finlandiyada aparılan hərbi əməliyyatlardan sonra Finlandiya zamanla İsveç hakimiyyətini qəbul etdi və həm Finlandiya, həm də İsveçdəki finlər İsveçin təsiri altında düşdü. Artıq 1400-cü illərdə Stokholmun say baxımından olduca böyük hissəsi fin dilində danışırdı. 1700-ci illərdə bu statistika təxminən %4 idi. Finlandiya Finlandiya müharibəsindən sonra Finlandiyanı Rusiya İmperiyasının hakimiyyəti altına salan, ancaq Torne çayının İsveç sahilindəki fin əhalini orada qoyan 1809-cu il sülhünə qədər İsveçin bir hissəsi olaraq qalırdı.
İsveç gerbi
İsveç gerbi — İsveç krallığının dövlət rəmzlərindən biridir. 2 versiyası mövcuddur == Tənzimlənən istifadə == İsveç gerbinin istifadəsi İsveç Qanun Aktı 498: 1970 ilə tənzimlənir. Aktda belə qeyd olunub: " İsveç gerbi və bayrağı müvafiq icazələr olmadan hər hansı bir əmtəə nişanı və emblemdə istifadə oluna bilməz". == Variantları == İsveçin gerbinin istifadəsi ilk dəfə 1908-ci il qanunu ilə qüvvəyə minmişdir. Bu qanun gerbin "böyük" və "kiçik" versiyası arasındakı fərqləri də rəsmi olaraq kodlaşdırır. == Böyük variant == İsveç gerbinin "böyük" versiyası əsasən arxası qalxan(eng: escutcheon) ilə təsvir olunur. Gerbin görünütüsü illər boyunca hakim sülalənin dəyişməsi ilə fərqi formalara uyğunlaşdırılıb. Gerbin ilkin forması İsveç kralı Karl Knutson tərəfindən 1448-də yaradılıb == Kiçik versiya == Gerbin kiçik versiyası İsveç höküməti və ona tabe olan dövlət qurumları tərəfindən işlənir. Bu versiyaya ölkənin pasportunda, səfirlik sənədlərində və güc strukturlarının geyimlərində rast gəlmək mümkündür.
İsveç kralı
İsveç kralı (isv. Kung av Sverige) — İsveçin dövlət başçısı. Hazırda yalnız təmsilçi və diplomatik funksiyaları yerinə yetirir (1975-ci il Konstitusiyasına uyğun). Hazırda İsveç, 4 əsas qanundan ibarət olan Konstitusiyada təsbit edilən demokratiya və konstitusiyalı monarxiyadır. Kral və kral ailəsinin üzvləri İsveçdə və xaricdə müxtəlif rəsmi, qeyri-rəsmi və digər nümayəndəlik vəzifələrini icra edirlər. Hazırda İsveç kralı 15 sentyabr 1973-cü ildə babası Qustav VI Adolfun ölümündən sonra XVI Karl Qustavdır. == Konstutsion hüquq və səlahiyyətləri == 1 yanvar 1975-ci ildə qüvvəyə minmiş ölkənin yeni Konstitusiyasına görə bütün icra hakimiyyəti hökumətə və parlamentə verildi. Baş nazirin namizədliyi və vəzifədən azad edilməsinə görə məsuliyyət Riksdağın sədrinə verildi və Baş nazir istədiyi digər nazirləri təyin və vəzifədən azad etdi. Riksdaq tərəfindən qəbul edilmiş qanun sənədləri kral sanksiyası olmadan qanuna çevrilə bilər: baş nazir və ya başqa bir nazir bunları "hökumət adından" imzalayır. 1917-ci ildə yazılmamış presedent qurulduğuna baxmayaraq, V Qustav parlamentarizm ideyasını dəstəkləməkdən başqa bir şansının olmadığını söylədi və Baş nazir Nils Edenə gizli məsləhətçilərlə məsləhətləşmələri dayandıracağını və ölkənin siyasətinə qarışmayacağını vəd etdi; 1971-ci ildə dörd əsas partiya tərəfindən müəyyən edilmiş müddətdə bir kompromis əldə edildi və monarxiyanın rolu və onun konstitusiya hüquqları mövzusunda İsveçdəki siyasi müzakirələrdə əksəriyyətin konsensusuna təsir göstərməyə davam edir.
İsveç kronu
İsveç kronu (İsveçcə:svensk krona) — 1873-cü ildən bəri istifadə edilən İsveçin rəsmi pul vahidi. İsveç kronu İsveçlə yanaşı Aland adalarınında rəsmi pul vahidi hesab olunur. 2006-cı ilə olan infilyasiya 4,4% təşkil edir..
İsveç tarixi
İsveç tarixi - müasir İsveç dövləti 1397-ci ildə yaradılmış Kalmar Birliyinin XVI əsrdə dağılmasından sonra yaranmışdır. XVII əsrdə İsveç İmperiyası Avropada superdövlət olaraq yüksəlməyə başladı. Lakin sonradan XVIII və XIXəsrlərdə İsveç öz ərazilərinin çox hissəsini itirdi, ölkənin şərq torpaqlarının demək olar hamısı Rusiya tərəfindən işğal olundu. İsveçin daxil olduğu sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri İsveç bütün müharibələrdə neytral mövqe tutmuşdur. == İsveç qədim dövrdə == İsveç ilk dəfə Romalı tarixçi Tasitin "Germaniya" əsərində tarix səhnəsinə çıxmışdır. O bir neçə kralın olduğunu deyir. İsveçin qədim tarixi üç yerə bölünür6 əfsanəvi, yarıəfsanəvi və real. === Əfsanəvi İsveç tarixi === == Erkən tarixi == == Orta əsrlər == Orta əsrlərdə indiki İsveç ərazisində vikinqlərin güclü dövləti mövcud idi. Vikinqlər VIII əsrdən başlayaraq üç əsr müddətində İsveçdə hakim qüvvə olmuşlar. Onların hakimiyyəti XI əsrdə xristianlıqın yayılması ilə başa çatmışdır.
İsveç İmperiyası
İsveç İmperiyası (isv. Stormaktstiden, "Böyük gücün dövrü") 17 və erkən 18-ci əsrlər ərzində Baltik regionunun böyük hissəsinin ərazi olaraq idarə edən Avropanın tarixi böyük gücü. İmperiyanın başlanğıc tarixi Qustav II Adolfun taxta çıxıb hakimiyyəti ələ aldığı 1611-ci il, süqut tarixi isə Şimal müharibəsindən sonra böyük torpaq sahələrini itirdiyi 1721-ci il qəbul edilir. 1632-ci ildə Qustav Adolfun ölümündən sonra imperiya uzun periodlar ərzində kiçik monarxların regentləri kimi davranan Oksenstierna ailəsi kimi zadəganlar tərəfinən idarə olunmağa başladı. Yüksək zadəganlığın maraqları vahidlik siyasəti ilə ziddiyyət təşkil etdi (yəni, padşahlar və kəndlilər tərəfindən bəyənilən İsveç qəbilələri statusunda ənənəvi bərabərliyi dəstəkləyirdilər). Faktiki ali idarəetmə dövründə əldə edilən ərazilərdə təhkimçilik hüququ ləğv edilmədi və İsveçdə şəxsi mülklərin qurulma tendensiyası da mövcud idi. 1680-ci ilin Böyük Azaltması zadəganların bu səylərinə son verdi və onlardan kraldan əldə etdikləri mülkləri yenidən onun ixtiyarına verməyi tələb etdi. Təhkimçilik hüququ Müqəddəs Roma İmperiyasında və İsveç Estoniyasında qazanılan hökmranlıqlarda qüvvədə qaldı və burada vahidlik siyasətinin sonradan tətbiq edilməsi əldə etdikləri müqavilələr tərəfindən əngəlləndi. Otuz illik müharibədəki qələbələrdən sonra İsveç İkinci Şimal Döyüşü əsnasında 1658-ci ildə Roskilde müqaviləsi ilə əsas düşməni Danimarkanın zərərsizləşdirilməsiylə böyük güc dövrünün zirvəsinə çatdı. Bu müharibənin gedişatında, sonrakı Skan müharibəsində olduğu kimi, İsveç də imperatorluğunu yalnız ən yaxın müttəfiqi olan Fransanın dəstəyi ilə qoruya bildi.
İsveç şəhərləri
== İstinadlar ==