Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vallabi
Kenquru (lat. Macropus) — Kenqurular fəsiləsindən heyvan cinsi. Kenqurular arxaya tullana bilmir. == Kenqurunun çantası == Təzə doğulmuş kenquru balası çox kiçik olur, cəmi 2 santimetr. O, anasının kisəsində sakitcə yaşayıb böyüyür. Bala kenquru anasının çantasına özü çıxır, onun döşlərindən süd əmməyə başlayır. Çəkisi 9 kiloqrama çatana qədər o, kisədə qalır. Çantalar vacib rol oynadığına görə belə heyvanları kisəlilər adlandırırlar. == Kenqurunun südü == Yeni doğulmuş kenquru balası lobya dənəsi böyüklüyündə olur və ayaqları hələ yeni inkişaf etməyə başlayır. Balalar doğulduqda kor olurlar.
Əğlabi
Əğlabi — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. Əğlabi kəndi Dərbənd şəhərindən 18 km cənubda, Azərbaycan Respublikası ilə sərhəd xəttindən 10 km şimalda, Xəzər dənizi sahilindən 2 km uzaqlıqda, düzənlik ərazidə, Rubas çayı sahilində yerləşir. Əğlabi kəndi yalnız bu kəndi əhatə edən öz bələdiyyəsinə sahibdir. Bələdiyyənin keçmiş başçısı Siracəddin Tahirov, indiki başçısı isə Murad Məhəmmədağayevdir. == Tarixi == Kəndin XIX əsrin əvvəllərində dağ yəhudiləri tərəfindən salınması ehtimal olunur; belə ki, kəndin adı tarixi məxəzlərdə ilk dəfə 1813-cü ildə qeyd edilmişdir. Ancaq sonralar ətrafda yerləşən azərbaycanlı kəndlərindən və Dərbənddən bu əraziyə xeyli azərbaycanlı köç etmiş, dağ yəhudiləri isə əksinə kəndi tərk etmişlər. XX əsrin əvvəllərində kənd tamamiylə azərbaycanlılardan ibarət monoetnik çalar almışdır. Sovet dövründə, 1953-cü ildə Rusiya SFSRinin Dağıstan MSSRindəki Qürah rayonunun Tsilinq kəndinin əhalisi (SSRİnin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Dərbənd rayonundakı Əğlabi kəndinə köçürülmüşdür. == Əhalisi == === XIX-XX əsrlərdə === 1886-cı ildə kənd əhalisi 36 evdə 139 nəfərlik (75 nəfəri kişilər, 64 nəfəri qadınlar) əhalidən ibarət idi; onlardan 27 evdə yaşayan 108 nəfərini (58 nəfəri kişilər, 50 nəfəri qadınlar) dağ yəhudiləri, 9 evdə yaşayan 31 nəfərini isə (17 nəfəri kişilər, 14 nəfəri qadınlar) sünni islam etiqadlı Azərbaycan tatarları təşkil edirdi. === Müasir dövrdə === 2017-ci il rəsmi əhali siyahıyaalınmasına əsasən kənd əhalisinin sayı 2371 nəfərdir.
Cəld vallabi
Cəld vallabi (lat. Macropus agilis) — kenquru cinsinə aid heyvan növü.
Qarazolaqlı vallabi
Qarazolaqlı vallabi (lat. Macropus dorsalis) — kenquru cinsinə aid heyvan növü.
Qüllabi ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
Vallabi-antilop
Vallabi-antilop (lat. Macropus antilopinus) — kenquru cinsinə aid heyvan növü.
Vallabi-dovşan
Vallabi-dovşan (lat. Lagorchestes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinə aid heyvan cinsi.
Əlcək vallabi
Əlcək vallabi (lat. Macropus irma) — kenquru cinsinə aid heyvan növü. Qara əlcəkli kenquru kimi də tanınan qərb fırçası kenquru, Qərbi Avstraliyanın cənub-qərb sahil bölgəsində yerləşən kenquru növüdür. Vallabi'nin əsas təhdidi,qırmızı tülkü tərəfindən ovlanmaqdır.
Knipoviç xulları
Knipoviç xulları (lat. Knipowitschia) — Xulkimilər fəsiləsinə daxil olan balıq cinsi. Hind Okeanında yaşayan növləri dünyanın ən kiçik balıqlarıdır və uzunluğu 1 sm təşkil edir.
Tereza Pellati
Tereza Pellati (italyanca:Teresa Pellati) — İtaliya aktrisasıdır. == Seçilmiş filmoqrafiya == == Xarici keçidlər == Tereza Pellati — Internet Movie Database saytında.