Əğlabi — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir.
Əğlabi | |
---|---|
41°53′44″ şm. e. 48°20′54″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Rayon | Dərbənd rayonu |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1813 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 19 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368617 |
Digər | |
adminaglobi.ru | |
Əğlabi kəndi Dərbənd şəhərindən 18 km cənubda, Azərbaycan Respublikası ilə sərhəd xəttindən 10 km şimalda, Xəzər dənizi sahilindən 2 km uzaqlıqda, düzənlik ərazidə, Rubas çayı sahilində yerləşir.
Əğlabi kəndi yalnız bu kəndi əhatə edən öz bələdiyyəsinə sahibdir. Bələdiyyənin keçmiş başçısı Siracəddin Tahirov, indiki başçısı isə Murad Məhəmmədağayevdir.
Kəndin XIX əsrin əvvəllərində dağ yəhudiləri tərəfindən salınması ehtimal olunur; belə ki, kəndin adı tarixi məxəzlərdə ilk dəfə 1813-cü ildə qeyd edilmişdir.[2] Ancaq sonralar ətrafda yerləşən azərbaycanlı kəndlərindən və Dərbənddən bu əraziyə xeyli azərbaycanlı köç etmiş, dağ yəhudiləri isə əksinə kəndi tərk etmişlər. XX əsrin əvvəllərində kənd tamamiylə azərbaycanlılardan ibarət monoetnik çalar almışdır.
Sovet dövründə, 1953-cü ildə Rusiya SFSRinin Dağıstan MSSRindəki Qürah rayonunun Tsilinq kəndinin əhalisi (SSRİnin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Dərbənd rayonundakı Əğlabi kəndinə köçürülmüşdür.[2]
1886-cı ildə kənd əhalisi 36 evdə 139 nəfərlik (75 nəfəri kişilər, 64 nəfəri qadınlar) əhalidən ibarət idi; onlardan 27 evdə yaşayan 108 nəfərini (58 nəfəri kişilər, 50 nəfəri qadınlar) dağ yəhudiləri, 9 evdə yaşayan 31 nəfərini isə (17 nəfəri kişilər, 14 nəfəri qadınlar) sünni islam etiqadlı Azərbaycan tatarları təşkil edirdi.[3]
2017-ci il rəsmi əhali siyahıyaalınmasına əsasən kənd əhalisinin sayı 2371 nəfərdir.
Kənd əhalisi hazırda əsasən ləzgilərdən (1254 nəfər (53,6 %)), azərbaycanlılardan (983 nəfər (42,0 %)), tabasaranlılardan (62 nəfər (2,6 %)) və digərlərindən (42 nəfər (1,8 %)) ibarətdir.[2]