Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canhəsən
Canhəsən — Azərbaycan Respublikasında Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd. Canhəsən kəndi Qarabağ silsiləsinin yamacındadır. Antropotoponimdir. Canhəsən kəndi rayon mərkəzindən 19 km cənub-qərbdə, Qarabağ silsiləsinin şimal-şərq yamacındadır. Əhalisi 107 nəfər (2011); işğaldan əvvəl (1992, fevral) əkinçilik, arıçılıq,və maldarlıqla məşğul olmuşdur. İbtidai məktəb, kitabxana, klub, feldşer-mama məntəqəsi var idi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Canhəsən kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Xankeçən
Xankeçən — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Tarixi mənbələrdən Elxani hökmdarı Hülaku xanın xanımlarından biri Yenguçin xatunun (Yasnuçin sözünün dəyişilmiş forması) dəsdəyi ilə tikilmiş Kür çayı üzərindəki körpünün adı ilə bağlı yaşayış yeri.
Xanhüseyn Kazımlı
Xanhüseyn Hüseynağa oğlu Kazımlı (1 oktyabr 1942, Ağaməmmədli, İmişli rayonu) — Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri. == Həyatı == 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiridir.
Xanəşan (Urmiya)
Xanəşan (fars. ‎‎خانشان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (129 ailə).