Canhəsən — Azərbaycan Respublikasında Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.[1][2]
Canhəsən | |
---|---|
39°49′56″ şm. e. 46°41′28″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Canhəsən kəndi Qarabağ silsiləsinin yamacındadır. Antropotoponimdir.[3]
Canhəsən kəndi rayon mərkəzindən 19 km cənub-qərbdə, Qarabağ silsiləsinin şimal-şərq yamacındadır. Əhalisi 107 nəfər (2011); işğaldan əvvəl (1992, fevral) əkinçilik, arıçılıq,və maldarlıqla məşğul olmuşdur. İbtidai məktəb, kitabxana, klub, feldşer-mama məntəqəsi var idi.[4] İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Canhəsən kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Xocalı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |