Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borjomi-Xaraquli Milli Parkı
Borjomi-Xaraquli Milli Parkı (gürc. ბორჯომ-ხარაგაულის ეროვნული პარკი, borjom-kharagaulis erovnuli parki) və ya qısaca BXMP — Gürcüstanın paytaxtı Tiflisin cənub-qərbində, Kiçik Qafqazda yerləşən milli park. Gürcüstanın ən böyük milli parklarından biridir. Altı inzibati rayondan ibarət olub Borjomi kurortundan Xaraqauli şəhərinə qədər uzanır. Qonşu Borjomi qoruğu ilə birlikdə sahəsi 851 km2-dir və Gürcüstan ərazisinin 1 %-indən çoxunu təşkil edir. Milli park 1995-ci ildə qurulsa da, rəsmi açılışı 2001-ci ildə baş tutmuşdur. Milli parkın özünəməxsus xüsusiyyətləri ekoloji və coğrafi zonalarının müxtəlifliyi, mənzərəsi, tarixi abidələri, zəngin flora və faunasıdır. Milli parkın turizm infrastrukturu sürətlə inkişaf edir. == Tarixi == Milli parkın tarixi orta əsrlərə gedib çıxır. Buradan əvvəllər yerli zadəganlar ovçuluq üçün istifadə etmişlər.
Arıqlı
Arıqlı (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Arıqlı (Sisyan) — Sisyan rayonunda kənd. Arıxlı —Gürcüstanın Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Sarı xanıməli
Arıqlı (Sisyan)
Arıqlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Ariklu formasında qeyd edilmişdir. Toponim türk mənşəli arıq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzələn etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmiş və kənd dağılıb xarabalığa çevrilmişdir.
Arıqlı (Xoy)
Arıqlı (fars. اريگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (29 ailə).
Den Arieli
Den Arieli (ing. Dan Ariely; 29 aprel 1967, Nyu-York, Nyu-York ştatı) — İsrail-ABŞ iqtisadçısı, psixologiya və davranış iqtisadiyyatı professoru. Dyuk Universitetində dərs deyir və Retrospektiv Araşdırmalar Mərkəzinin yaradıcısıdır. == Bioqrafiya == Den Arieli Nyu Yorkda anadan olub. Bu zaman atası Kolumbiya Universitetində MBA dərəcəsi alırdı. Den Arieli uşaqlığını İsrailin Ramat Qan və Ramat Haşaron şəhərində keçirib. Den "siqnal atəşləri" (İsrail gənclər təşkilatları tərəfindən həyata keçirilən tədbirlərin ənənəvi elementi) hazırlayarkən təsadüfən maqnezium partlaması nəticəsində bədəninin 70%-i üçüncü dərəcəli yanıqlar almışdır . Den Arieli Tel-Əviv Universitetində oxuyarkən fizika və riyaziyyat üzrə ixtisaslaşmış, lakin əl ilə yazmaq onun üçün fiziki cəhətdən çətinləşdiyindən ixtisasını fəlsəfəyə dəyişmişdir. O, həmçinin Çapel-Hill Şimali Karolina Universitetində koqnitiv psixologiya üzrə magistr və doktorantura təhsili almış, Dyuk Universitetində isə marketinq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Fəlsəfə doktoru dərəcəsini aldıqdan sonra 1998–2008-ci illərdə Massaçusets Texnologiya İnstitutunda dərs demişdir.
Çarıqlı milyonçu (film, 1983)
Çarıqlı milyonçu- 1983-cü il istehsalı komediya janrında film. Filmin rejissoru Qartal Tibet, ssenaristi isə İhsan Yücedir. Filmin baş rolunda Kamal Sunal və Nəcla Nazır ifa edir.