Sarı xanıməli

<td_align="right"_width="40%">Cins:<td_align="left">Rhododendron&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Rhododendron}}, taksonun sistematikasını təsvir etməlidir [[]].
:
† 
(Rhododendron]])[1]
???:
Sarı rododendron

Sarı rododendron (lat. Rhododéndron lúteum) — kol bitkisi, Erikakimilər (no) fəsiləsinin Rododendron (no) cinsinə mənsub növ.[2]IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. [3]

Sarı rododendron
Flowers of Rhododendron luteum 01.jpg
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{
Cins:Rhododendron
Cins:Rhododendron
Cins:Rhododendron
Cins:Rhododendron
Cins:Rhododendron
Beynəlxalq elmi adı
Sinonimləri
  • Azalea pontica L.
  • Rhododendron flavum G.Don

Yayılması[redaktə | mənbəni redaktə et]

Belarus, Ukrayna, Rusiya (Dağıstan), Polşa, Avstriya, keçmiş Yuqoslaviya, Yunanıstan, Türkiyə və Qafqazda (Gürcüstan) təbii halda yayılmış .

Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Böyük Qafqazın qərb hissəsində (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) yayılmışdır. Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə rast gəlinir. Azərbaycanın nadir bitkilərindəndir (CR B2ab(ı,ıı,ııı,ıv)) və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Azərbaycanda mədəni halda az becərilir.

Çay kənarlarında işıqlı, rütubətli yamaclarda yayılmışdır. Dəniz səviyyəsindən 2000 m hündürlükdə, yarpaqlı meşələrdə və açıq talalarda bitir, çox vaxt kolluqlar əmələ gətirir.

Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Cavan zoğları vəziciklidir. Yarpaqları uzunsov və ya uzunsov-tərsinə yumurtavari, tündyaşıl, uzunluğu 5,5-12 sm və eni 2-3,8 sm, kənarları tükcüklüdür. Cavan yarpaqları hər iki tərəfdən yumşaq tükcüklü, sonradan çılpaqdır. Payızda rəngi sarı, narıncı və ya qırmızıdır. Çiçəkləri çox vaxt ətirli, güclü qoxusu vardır. Çiçəkləri 7-12 ədəd çətirşəkilli çiçək qruplarında yerləşir, çiçək tacı sarı və ya narıncı-sarı, üstü vəzicikli, ensiz silindrik borucuqlu olub diametri 6 sm-dən, kasacığı bünövrəyədək xətvari-lansetvari vəzicikli hissələrə bölünmüşdür. Erkəkciklərinin sayı 5-dir. Meyvələri uzunluğu 2,5 sm-ədək olan silindrik qutucuqlardır. Hər il aprel-may aylarında (təxminən 30 gün, bəzən 38-60, yarpaqlar açılmazdan əvvəl və ya həmin dövrdə) çiçəkləyir. İşıqsevəndir, ancaq az kölgələnməni sevir. Qışa davamlıdır, Oktyabrın axırlarında meyvəsi yetişir.

Generativ və vegetativ yolla çoxalır.

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. [4]Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca olaraq insan fəaliyyətidir.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Məhdud sahələrdə yayılması və antropogen amillər (mal-qaranın otarılması, ağacların qırılması və yanacaq kimi istifadəsi).

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Populyasiyanın bir hissəsi Zaqatala qoruğunda mühafizə olunur. Xüsusi mehafizə tədbirlərini aparmaq məqsədi ilə yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi və yeni yayılma yerlərini axtarılması təklif olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cins:Rhododendron
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  3. http://redbook.az/?options=project&id=Sar%C4%B1%20xan%C4%B1m%C9%99li[ölü keçid]
  4. Mehdiyeva N.P., Zeynalova S.Ə., Mustafayeva S.C. , 2013