Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaşılırmaq
Yaşılırmaq (türk. Yeşilırmak) — Sivasın şimalındakı Zara ilçəsi ərazisində yerləşən Kösədağ ətəyindən mənbəyini götürən və Qara dənizə tökülən çay. Köhnə adı İris olmuşdur. == Fiziki xüsusiyyətləri == 519 km uzunluğunda olan Yaşılırmaq Tokat, Amasya və Samsun vilayətlərindən keçərək müxtəlif çaylarla birləşir. 36 144 km² sahəsi ilə Türkiyə səthinin 5%-ni əhatə edir. Çay əsasən üç qolun birləşməsindən ibarətdir. Əsas qol olan Yaşılırmağa, Tokat çayı da deyilir. Mənbəyi Sivasda Suşehri və Zara ilçələrinin sərhədləri daxilində yer alan Kösədağdır. Üzərində sahəsi 32 km² olan Almus bəndi var. == Hövzəsi == Çayın hövzəsində, Turhal və Tokat arasında Qazova, cənubda Geldingen düzənliyi, Taşova və Çərşənbə düzənlikləri yer alır.