Yaşılırmaq (türk. Yeşilırmak) — Sivasın şimalındakı Zara ilçəsi ərazisində yerləşən Kösədağ ətəyindən mənbəyini götürən və Qara dənizə tökülən çay. Köhnə adı İris olmuşdur.[1]
Yaşılırmaq | |
---|---|
türk. Yeşilırmak | |
| |
Ölkə | Türkiyə |
Mənbəyi | Zara, Sivas, Türkiyə |
• Yüksəkliyi | 10 m |
Mənsəbi | Qara dəniz |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 519 km |
Su sərfi | 150 m³/s |
Hövzəsinin sahəsi | 36144 km² |
Vikianbarda əlaqəli mediafayllar |
519 km uzunluğunda olan Yaşılırmaq Tokat, Amasya və Samsun vilayətlərindən keçərək müxtəlif çaylarla birləşir.[2] 36 144 km² sahəsi ilə Türkiyə səthinin 5%-ni əhatə edir. Çay əsasən üç qolun birləşməsindən ibarətdir.[3][4]
Əsas qol olan Yaşılırmağa, Tokat çayı da deyilir.[5] Mənbəyi Sivasda Suşehri və Zara ilçələrinin sərhədləri daxilində yer alan Kösədağdır. Üzərində sahəsi 32 km² olan Almus bəndi var.[6]
Çayın hövzəsində, Turhal və Tokat arasında Qazova, cənubda Geldingen düzənliyi, Taşova və Çərşənbə düzənlikləri yer alır. Ladik gölü, Borabay gölü və Kaz gölü hövzənin hüdudlarında yerləşir.[7]
Yaşılırmaq çayı hövzəsinin bir hissəsi Samsun, Tokat, Amasya, Çorum, Yozgat, Sivas, Gümüşxanə, Girəsun, Ordu, Ərzincan və Bayburt vilayətlərinə düşür. Çayın hövzəsi, Coruh hövzəsi, Şərqi Qara dəniz, Fırat-Dəclə və Qızılırmaq hövzələri ilə qonşudur.[8]
Çərşənbə ilçəsində çayın əmələ gətirdiyi Yaşılırmaq deltası yer alır.[9]
Almus, Ataköy, Həsən Uğurlu və Suat Uğurlu, Kılıçkaya, Sürəyyabəy bəndlərinin qurulduğu Yaşılırmaq çayı, nizamsız bir rejimə sahibdir. Qədim filosof Strabonun əsərlərində çayın adı İris kimi qeydə alınmışdır.[10]