Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astrokimya
Astrokimya — ulduzlararası mühitin və protoplanet disklərinin kimyəvi tərkibini, həmçinin onlarda gedən kimyəvi prosesləri öyrənən astronomik tədqiqatlar istiqaməti. Astrokimya bir neçə bölməyə ayrılır. 1) Hissəciklərin konsentrasiyası 100 sm–3 tərtibində və temperaturu bir neçə yüz kelvin olan diffuz (ulduzlararası) buludların astrokimyası. Kosmik şüalar və ulduzların kəskin şüalanması belə buludlara asan nüfuz etdiyindən burada molekulların dağılması tez gedir və çoxatomlu molekulların əmələ gəlməsi olduqca çətindir. 2) Hissəciklərin konsentrasiyasi 104 sm–3-dən az olmayan və temperaturu bir neçə onlarla kelvindən yüksək olmayan sıx molekulyar buludların astrokimyası. Belə buludların dərin qatlarında ultrabənövşəyi şüalanma təsir etmədiyindən burada (əsasən, toz zərrəciklərinin səthində) üzvi molekullar daxil olmaqla ən mürəkkəb çoxatomlu molekullar yarana bilər. 3) Protoplanet disklərinin astrokimyası. Ulduzların və planet sistemlərinin sıx buludlardan yaranma prosesinin öyrənilməsi Günəş sisteminin və həyatın mənşəyinin öyrənilməsi ilə sıx əlaqəlidir: məsələn, mövcud təsəvvürlərə görə üzvi komponentlər erkən Yerə kometlərlə və ya protoplanet disklərinin tərkibinə daxil olan digər bərk cismlərlə gətirilmişdir. 4) Zərbə dalğalarının astrokimyası. Cavan ulduz obyektlərindən gələn molekulyar axınların ətraf maddələrlə qarşılıqlı təsir sahələrində ən mühüm proseslər toz zərrəciklərinin səthində molekulların itkisi, həmçinin yüksək temperaturda gedən reaksiyalardır.
Petrokimya
Petrokimya, Zavaritski, 1944 - geologiya elminin süxurların kimyəvi tərkibi və onların əmələ gəlmə proseslərinin kimyası haqqında bölməsi == Haqqında == Petrokimya süxurların və süxurəmələgətirən mineralların kimyəvi tərkibinin empirik parametrlərinin təyininə; təbii sistemə yaxın sintetik sistemlərin öyrənilməsinə əsaslanan eksperimental məlumatların və onların qrafiki ifadəsinin genetik yozumuna; süxurlarda mineral assosiasiya mövcudluq şəraiti və təkamülünün paragenetik analizinə, habelə süxur və süxurəmələgətirən minerallarda, bütövlükdə Yer qabığında kimyəvi komponentlərin yayılma qanunauyğunluqlarının analizinin üsul və nəticələrinə əsaslanır. Petrokimya tətbiqinin əsas istiqamətləri bunlardır: müxtəlif tərkibli, mənşəyli, yaşlı, formasion mənsubiyyətli, struktur süxurların dəqiq kimyəvi tərkibini öyrənməklə təbii petrokimyəvi standart sistemlər yaratmaq (kimyəvi tərkibin orta tipləri); süxurların təsnifatını vermək və onların fatsial-formasion analizinin effektiv petrokimyəvi kriterilərini işləyib hazırlamaq; maqmatik komplekslərin metallogenik ixtisaslaşmasını müəyən etmək. Petrokimya nəzəri məsələlərinə petrogenetik proseslərin modelləşdirilməsi aiddir. == Binar petrokimyəvi diaqramlar == Binar petrokimyəvi diaqramlar düzbucaqlı koordinat sistemində qurulur. Absis oxu üzrə, adətən, ən geniş yayılmış komponentlər (SiO2, MgO və b.) qeyd olunur, şaquli oxda isə başqa komponentlər göstərilir. Komponentlər çəki faizində, yaxud onların nisbətlərinin qiymətləri ilə verilir, oxlara paralel xətlər çəkilir, xətlərin kəsilişində nöqtə göstərilir. Bu nöqtələri birləşdirən xətt komponentlərin bir-birindən asılılığını, korrelyasiyasını göstərir. Müəyyən petroloji məsələlərin həllində istifadə olunur. Ən çox işlənilən binar diaqramlara misal olaraq Osbornun Binar petrokimyəvi diaqramlar: [SiO2-(FeO+Fe2O3): (FeO:Fe2O3+MgO)]; Ritmanın Binar petrokimyəvi diaqramlar [SiO2-(Al2O3-K2O-Na2O):(Al2O3+ +K2O+Na2O) və SiO2-(K2O+Na2O)] və b. göstərmək olar.
Aqrokimya
Aqrokimya (yun. agros – tarla) – bitkilərdə və torpaqda baş verən kimyəvi və biokimyəvi proseslərin təsiri üsullarını öyrənən elm. Aqrokimya bitkilərin qidalanmasından başlamış gübrələrin torpağa təsiri, eləcə də bitkilərin kimyəvi üsullarla qorunmasınadək geniş suallar dairəsini öyrənir. Aqrokimyəvi tədqiqatların əksəriyyətinin son məqsədi kənd təsərrüfatlarında məhsuldarlğıın artırılmasıdır. == Tarixi == Qədim zamanlardan insanlar tarladan əksər qida məhsullarını almışlar. XIX əsrdə insanların torpaq üzərində fəaliyyətləri nəticəsində maddələrin dövranı tam öyrənildikdən sonra aqrokimya kimya elminin sərbəst şaxəsi kimi inkişaf etməyə başladı. 1840-cı ildə alman kimyaçısı Y. Libix ilk dəfə olaraq sübut etdi ki, bitkilərin qidalanması üçün tərkibində azot, fosfor, kalium və bir çox digər elementlər olan mineral duzlar lazımdır. O, bitkilərin qidalanmasının yeni nəzəriyyəsini işlədi. Azot və kaliumla yanaşı, fosfor da bitkilər üçün əsas qida elementidir. Aqrokimya sahəsində çalışan alimlər tərkibində mikroelementlər – bor, mis, manqan, molibden, kobalt, sink və s.
Torpaqşünaslıq və Aqrokimya İnstitutu
Torpaqşünaslıq və Aqrokimya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyevdir.. == Tarixi == Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. == Rəhbərlər == İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V. R. Smirnov-Loqinov; akad. C . M. Hüseynov, V. R. Volobuyev; EA-nın müxbir üzvləri: S. Ə. Əliyev, M. M. Salayev; akad. Q. Ş. Məmmədov; akad. M. P. Babayev. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu

Torpaqşünaslıq və Aqrokimya İnstitutu (Azərbaycan)