Torpaqşünaslıq və Aqrokimya İnstitutu

Torpaqşünaslıq və Aqrokimya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyevdir.[1].

Torpaqşünaslıq və Aqrokimya İnstitutu

Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır.

İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər:

  • prof. V. R. Smirnov-Loqinov;
  • akad. C . M. Hüseynov, V. R. Volobuyev;
  • EA-nın müxbir üzvləri: S. Ə. Əliyev, M. M. Salayev;
  • akad. Q. Ş. Məmmədov;
  • akad. M. P. Babayev.

İnstitutda bir neçə elmi məktəb yaradılmışdır:

  1. akad. H. Ə. Əliyev — torpaqların coğrafiyası, ekologiyası;
  2. V. R. Volobuyev — torpaqların meliorasiyası və energetikası;
  3. C. M. Hüseynov- aqrokimya; M. M. Salayev — torpaqların genezisi, diaqnostikası;
  4. Q. Ş. Məmmədovun rəhbərliyi altında elmi istiqamətlər — torpaqların aqroekologiyası və ekoloji monitorinqi sahələrində mühüm nəticələr əldə edilmişdir.
  5. M. R. Babayev tərəfindən antropogen torpaq əmələgəlmə prosesi-nin elmi-nəzəri əsasları işlənilmişdir
  6. Ə. G. Quliyev-torpaqların təkrar şorlaşmasına qarşı tədbirlər, meliorasiiyası, rekultivasiyası,

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • Torpaqların genezisi, Beynəlxalq standartlara uyğun müasir nomenklaturası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsaslarının işlənməsi və torpaqların deqradasiyası;
  • Torpaq proseslərinin idarə olunmasının elmi əsasları;
  • Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, torpaqların ekoloji münbitlik modelləri əsasında rayonlaşdırılması və Respublikada keçirilən torpaq islahatının elmi təhlili;
  • Torpaqların mineraloji tərkibinin, bioloji fəallığının, humusluq vəziyyətinin tədqiqi və münbitliyin bərpasının ekoloji və aqrokimyəviəsasları;
  • Aqrokimyanın ekoloji problemləri;
  • Torpaqların aqrofiziki, optik və istilik xassələri bankının tərtibi;
  • Respublika torpaqları üçün avtomatlaşdırılmış informasiya sisteminin yaradılması, aqroekoloji sistemin əsas göstəricilərinin müqayisəli təhlili və Azərbaycan torpaqlarının elektron xəritələrinin tərtibi;
  • Respublika torpaqlarının meliorativ səciyyəsi, duzluluq dərəcəsi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında əlaqənin tədqiqi.

Laboratoriyalar

[redaktə | mənbəni redaktə et]
  • Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası;
  • Torpaq örtüyünün strukturası laboratoriyası;
  • Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası;
  • Torpaqların mineralogiyası və kimyası laboratoriyası;
  • Torpaqların biologiyası laboratoriyası;
  • Torpaq coğrafi informasiya sistemləri laboratoriyası;
  • Torpaq fizikası laboratoriyası;
  • Torpaq meliorasiyası laboratoriyası;
  • Torpaqların rekultivasiyası laboratoriyası;
  • Mineral gübrələr laboratoriyası;
  • Mikroelementlər və mikrogübrələr laboratoriyası;
  • Üzvü gübrələr laboratoriyası;
  • Torpaq proseslərinin dinamikası laboratoriyası;
  • Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası;
  • Ucar Dayaq Məntəqəsi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu". 2016-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.