Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avrupa Avrupa
Avropa Avropa 2011-ci ildən 2013-cü ilə qədər TRT 1-də yayımlanan sitcom janrında Türkiyə serialıdır. == Məzmunu == 31 dekabr 2011-ci ildən, yəni yeni ildən Türkiyənin Avropa Birliyinə üzv olacağını Egemen Bağış bildirir. Bu hadisənin İstanbulda "Avrupa" binası sakinlərinə təsiri göstərilir. Koparan ailəsi ilə Beceren ailəsi arasındakı mübahisələr ön plandadır. Koparan ailəsinin qızı Gül ilə Beceren ailəsinin oğlu Can arasında sevgi münasibəti, bunu gizlətmək üçün etdikləri də serialın mövzularındandır. Serialın başqa mövzusu isə Ferdi ilə Mahirin iş ortaqları olduqları halda Gülbahar ilə Nermin arasındakı mübahisələrə görə bunu onlara deməyi bacarmadıqlarıdır. Serialın 2-ci mövsümündə Gül və Canın evləndikdən sonra çəkdikləri əzablar, 3-cü mövsümdə isə Gül və Nerminin hamilə olmaları ön plandadır. şüarlar: "Sonunda Türkiye AB'ye girdi", "Bundan sonra hiç bir şey eskisi gibi olmayacak!" == Aktyorlar/aktrisalar və rolları == Tarık Ünlüoğlu 1-79 (Ferdi Koparan): Koparan ailəsinin atasıdır. Yük maşını sürücüsü olub. Gül və Emre adında iki uşağı var.
Yaxroma
Yaxroma (rus. Я́хрома) — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Yarma
Yarma – dənli, qarabaşaq və paxlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, xırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaxşı mənimsənilən kalorili məhsuldur. Yarma uşaqların və bir çox xəstələrin qidası üçün əvəzedilməz yeyinti məhsulu hesab edilir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müxtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur. Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, darı) və iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır. Müxtəlif yarma növləri biri digərindən xarici əlamətlərinə (formasına, ölçüsünə, rənginə), toxumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, biokimyəvi xassələrinə, tərkibində olan zülalların, karbohidratların (xüsusilə nişastanın), yağların, mineral maddələrin, vitaminlərin miqdarına görə fərqlənirlər. == İstinadlar == Əhmədov Ə. I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərslik. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Daruma (kukla)
Daruma (yap. だるま və ya 達磨) — yapon mifologiyasında xoşbəxtlik gətirən tanrı Bodhidharmanı təcəssüm etdirən yaponların ənənəvi hacıyatmaz kuklası. Bu kuklalar əlsiz və ayaqsız olur, ağac, papye-maşe, nadir hallarda kağızdan hazırlanır. Bu kuklaların belə hazırlanmasının səbəbi kimi əfsanəyə görə, tanrı Bodhidharmanın 9 il meditasiyadan sonra əl və ayaqlarının yox olması olmuşdur. Kuklalar adətən qırmızı rəngə boyanır. Nadir hallarda yaşıl, sarı və ağ rəngə boyanmışlara rast gəlinir. Bu kuklalar saqqallı və bığlı təsvir olunsa da, gözləri bəbəksiz olur. == Bodhidharma == Daruma (Bodaydaruma) dzen-buddist məktəbinin əsasını qoyan tanrı Bodhidharmanın adının yaponca tələffüzüdür. 510-cu ildə tanrı Bodhidharma Çinə yollanaraq Lyan sülaləsindən olan hökmdar U-dinin (502–556) hakimiyyəti dövründə Sunşan dağlarında Şaolin monastrının əsasını qoymuşdur. Deyilənə görə, bu monastrda o, ancaq divarı seyr etməklə 9 il meditasiyada olmuşdur.
Yarma (termin)
Yarma (rus. прорва, ing. cut-off) meandr boynunda əmələ gələn yeni məcra; çayın deltasında yeni qol; qum dilinin yuyulma yeri.
Yarma plov
== Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Yarma-100 q, düyü-100 q, əridilmiş yağ-50 q, qurudulmuş kütüm-100q və tam üçün duz tökülür. == Hazırlanma qaydası == Buğda yarması artlanıb yuyulur və yarıhazır vəziyyətə çatınca qaynar duzlu suda bişirilir. Sonra bunun içinə yuyulmuş düyü tökülür hamısı birlikdə hazır olunca bişirilir. Qurudulmuş kütüm suda bişirilir, dərisi və tıxları təmizlənir. Bəzən kütüm su buxarında bişirilir, xırda təpəciklər bölünür. Süfrəyə verilən zaman yarma plov boşqaba çəkilir, yağ tökülür və ayrıca yanına kütüm təpəcikləri qoyulur.
Yaruqa Hidroelektrik Stansiyası
Yaruqa Hidroelektrik Stansiyası — Xorvatiyada, Krka çayı üzərində Dalmasiyanın Şibenik-Knin rayonunda yerləşən hidroelektrik stansiyası. Bu elektrik stansiyası Xorvatiyada ilk alternativ enerji mənbəyi olmuşdur. Stansiyasının qurulma məqsədi Şibernikdə küçə lampalarını elektriklə təmin etmək olub. Beləlilə, sözügedən yaşayış məntəqəsi daha çox alternativ enerji mənbəyi ilə işləyən şəhər ünvanını qazanmışdır. == Tarixi == Yaruqa dünyanın ən yaşlı energetika obyektlərindən biridir. Onun bugünkü yerləşmə yeri 1903-cü ilə aid edilir. Stansiya özü isə 1895-ci ildə yaxınlıqda yerləşən başqa bir ərazidən köçürülüb. 1893-cü ildə Şibernik bələdiyyə sədri Ante Şupuk və Vjekoslav Meyxsner tədqiqatlara başladı və Krka çayının suyundan istifadə etmək üçün lisenziya aldılar. 1894-cü ildə elektrik ilə küçələri işıqlandırmağa başlamaq, bələdiyyə ərazisi hüdudları daxilində elektrik xətləri inşa etmək üçün icazə aldılar. Yaruqanın tikintisinə 1894-cü ildə başlanıldı və 16 ay davam etdi.
İzabela Valentina Yaruqa-Novaçka
İzabela Valentina Yaruqa-Novaçka (23 avqust 1950, Qdansk – 10 aprel 2010, Smolensk) — 1993-cü ildən Polşa Milli Parlamentinin (Sejm) deputatı (1997–2001-ci illərdə dörd illik fasilə ilə) O, 2004-cü ilin mayında baş nazirin müavini təyin edilmiş və 2005-ci ilin oktyabr ayına qədər vəzifəsini icra edən polşalı siyasətçi idi. O, həmçinin 2004-cü ilin noyabrından 2005-ci ilin oktyabrına qədər sosial siyasət naziri vəzifəsində çalışıb. Pomeranya Voyvodalığının başkənti olan Baltık liman şəhəri Qdańsk'ın yerlisi olan Izabela Jaruga-Nowacka Varşova Universitetindən etnoqrafiya diplomu aldı və 1970'lerde və 80'lerde Bilim Siyasəti və Yüksək Öğrenim Enstitüsü'nde (1974–76) və Polonya Bilimler Akademiyasında Sosyalist Milletler Enstitüsü'nde (1976–86) çalıştı. Kommunist dövründə siyasi aktiv olmasa da, 1980-ci illərin sonlarına doğru Polşa Qadınları İttifaqına üzv oldu, daha sonra 1991-ci ildə Ruch Demokratyczno-Społeczny (Xalq Demokratik Hərəkatı) partiyasında fəal dövr keçirdi. 1993-cü il seçkilərində Həmkarlar İttifaqı partiyasının üzvü kimi Seymə seçildi. Sadiq feminist, Jaruga-Nowacka Seym 1993–97, Seym 2001–05, Seym 2005–07 üzvü olaraq qaldı və 2007-ci ilin oktyabrında yeni Sol və Demokratlar Partiyasından çıxış edərək dördüncü dəfə parlamentə seçildi. O, Izabela Jaruga-Nowacka və Varşavada yerləşən Polşa-Yapon İnformasiya Texnologiyaları İnstitutunun rektoru olan riyaziyyatçı Jerzy Nowacki ilə evlidir və Barbara Nowacka və Katarzyna adlı iki qızı var. Jaruga-Nowacka, 10 aprel 2010-cu ildə Rusiya Smolensk yaxınlığında Peçersk yaxınlığında Smolensk-Şimal hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin sərnişin siyahısında idi. 16 aprel 2010-cu ildə Jaruqa-Novacka ölümündən sonra Polonia Restituta Ulduz və Komandir Xaçı ilə təltif edilmişdir.