Daruma (kukla)

Daruma kuklası
Bodhidharma, yapon rəssam Yositosi Çukioka tərəfindən taxta blokda çəkilmişdir, 1887-ci il

Daruma (yap. だるま və ya 達磨) — yapon mifologiyasında xoşbəxtlik gətirən tanrı Bodhidharmanı təcəssüm etdirən yaponların ənənəvi hacıyatmaz kuklası. Bu kuklalar əlsiz və ayaqsız olur, ağac, papye-maşe, nadir hallarda kağızdan hazırlanır. Bu kuklaların belə hazırlanmasının səbəbi kimi əfsanəyə görə, tanrı Bodhidharmanın 9 il meditasiyadan sonra əl və ayaqlarının yox olması olmuşdur. Kuklalar adətən qırmızı rəngə boyanır. Nadir hallarda yaşıl, sarı və ağ rəngə boyanmışlara rast gəlinir. Bu kuklalar saqqallı və bığlı təsvir olunsa da, gözləri bəbəksiz olur.

Bodhidharma[redaktə | mənbəni redaktə et]

Takasaki şəhərində keçirilən Daruma festivalı

Daruma (Bodaydaruma) dzen-buddist məktəbinin əsasını qoyan tanrı Bodhidharmanın adının yaponca tələffüzüdür. 510-cu ildə tanrı Bodhidharma Çinə yollanaraq Lyan sülaləsindən olan hökmdar U-dinin (502–556) hakimiyyəti dövründə Sunşan dağlarında Şaolin monastrının əsasını qoymuşdur. Deyilənə görə, bu monastrda o, ancaq divarı seyr etməklə 9 il meditasiyada olmuşdur. Bu meditasiya zamanı onun əl və ayaqları atrofiyaya məruz qalmışdır. Digər məşhur rəvayətə görə, Bodhidharma 9 illik meditasiya zamanı bir dəfə yuxuya getmiş və bundan qəzəblənərək yuxuya getməsinin qarşısını almaq üçün göz qapaqlarını kəsərək tullamışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Darumanın uğur gətirməsi ilə assosiasiya olunması Takasaki şəhərində yerləşən Daruma-dera (Daruma məbədi) ilə bağlıdır. Yozef Kiburz "Omocha. Oynamalı olan əşyalar" əsərində Daruma-deranın yaradıcısının Bodhidharmanı təsvir edərək Yeni il amuletləri hazırlamışdır. Məbədə gələnlər bədbəxtlik və pis hadisələr baş verdikdə bu amuletləri özündə saxlayacaqlar.[1]

Hesab olunur ki, Daruma kuklası həmin regionun doqquzuncu rahibi Tqaku tərəfindən daima yeni amulet üçün gələn şəxslərin xahişini həll etmək üçün yaradılmışdır. Bu verilən kuklalar bir il ərzində effektiv olduğundan insanlar hər il gəlməli olurdu. Meyva dövrünün (1764–1772) başlanğıcında o, insanların özlərinin Daruma kuklaları hazırlaya biləcəyinə inanaraq bu məsələni həll etmişdir. Bu səbəbdən Darum məbədindən insanlara taxta bloklar verilmişdir.[2]

Hər il Takasaki şəhərində Daruma kukla festivalı keçirilir. Bu festivalda Daruma kuklasının yaranması qeyd olunur. Takasaki şəhərinin rəsmi internet səhifəsində "Hər il 400 000-dən çox insanın Kanto düzənliyinə gələrək yeni ildə uğur gətirməsi üçün Daruma kuklalarını alması" göstərilmişdir. Festival boyu 24 saat ərzində monaxlar tərəfindən dünyada sülhün qorunub saxlanması üçün sutralar oxunur.[3]

Ritual[redaktə | mənbəni redaktə et]

Niyyət tutulan bir göz çəkilmiş Daruma kuklası

Daruma hər il yeni il vaxtı arzuların tutulması məqsədilə istifadə olunur. Belə ki, onun sahibi arzusunu diləyərək kuklanın gözlərindən birinə bəbək şəklini çəkir. Darumanın çənəsinin altında çox vaxt onun sahibinin adı çəkilir. Bir il ərzində daruma evin görünən yerində evdə olan digər sitayiş obyektlərilə, məsələn, kiçik budda heykəlinin saxlandığı altarda- buçudanla yanaşı qoyulur. Əgər növbəti ilə arzu yerinə yetmiş olarsa, darumanın ikinci gözünə də bəbək çəkirlər. Əgər arzu yerinə yetməzsə, onda kuklanı məbədə aparıb yandırırlar. Əvəzinə yenisini alırlar. Darumanın yandırılması təmizlənmə ritualı sayılır. Bu ona görə edilir ki, kami arzu edən şəxsin öz məqsədindən dönmədiyini, onun reallaşması üçün digər yollar axtardığını bilsin. Hacıyatmaz oyuncağında olduğu kimi, darumada da ağırlıq mərkəzi aşağıya doğru yönəlmişdir. Əgər onu əysək, o yenidən öz şaquli vəziyyətinə qayıdacaqdır. Bu onun sahibinin cəhdlərinin sarsılmazlığını simvolizə edir.

Daaruma kuklalarının yandırılması

Adətən darumalar məbədlərdə 500 yendən (5 sm hündürlüyündə olanından) 10 min yen (təxminən 60 sm-ə qədər olanı) məbləğinə qədər satılır. Qaydaya uyğun olaraq, darumanı ancaq məbəddə yandırmaq olar. Çünki burada ona həmin məbədin möhürü vurulmuş olur. Bu adət Edo dövründə Çindən Yaponiyaya gəlmişdir. Bu, xüsusən Obaku adlanan dzen-buddist məktəbinin üzvləri olan Naqasaki tacirləri arasında populyarlıq qazanmış, sonradan bütün ölkəyə yayılmışdır.

Kuklalar adətən qırmızı rəngə boyanır. Edo dövründə qırmızı rəng adətən suçiçəyi xəstəliyi ilə assosiasiya olunurdu. Hartmut Rotermond kitabında Edo dövründə qızılca və suçiçəyinin şəhərlərdə sürətlə yayıldığını bildirmişdir. Yaşadığımız dövrdə də çoxsaylı qırmızı rəngli məbədlər suçiçəyi tanrısına həsr olunmuşdur. Bu məbədlər həmin bəladan qurtulmaq üçün tikilmişdir. Suçiçəyi tanrısının xəstəliyə yoluxmuş uşağı hər an sağalda biləcəyinə inanan yaponlar qırmızı kağız zolaqlar asılmış ipləri evin ətrafına dolayır, uşağa qırmızı xalat geyindirir və Tanrı üçün yaratdıqları kiçik altara qırmızı Daruma kuklasını qoyurlar. Bütün bunlar evin ətrafında dolaşan digər xəstəliklərin qarşısını almaq və xəstələrin sağalması üçün edilir. Daruma kuklası qırmızıdan başqa, 5 rəngə — sarı, yaşıl, qara, ağ və göy rəngə boyanır. Həmin kuklaları Qoşiki-Daruma adlandırırlar. İndiki dövrdə qızılı rəngə boyanmış Daruma kuklasına da rast gəlmək olar. Bu kukladan maliyyə məsələlərində uğur gətirmək məqsədilə istifadə olunur.

XIX əsrin sonlarında Moskva əyalətinin Abramtsevo qəsəbəsinin sakinləri, rəssam Sergey Malyutin və dəzgah ustası Vasili Zvyozdoçkin daruma fiqurunu əsas götürərək bir-birinin içərisinə yerləşdirilən dünyaca məşhur "matryoşka"nı yaratmışdılar.

Daruma Otosi oyunu[redaktə | mənbəni redaktə et]

Daruma Otosi oyunu

Daruma Otosi ənənəvi yapon uşaq oyunudur, yaxşı gözəyarı ölçmə qabiliyyəti və refleks tələb edir. Oyunun əvvəlində 5 hissədən ibarət bərabər ölçüdə qüllə qoyulur: Darumanın başı yuxarı hissəni, yerdə qalan 4 blok (göy, yaşıl, sarı və qırmızı rəngli) isə aşağıda yerləşir. Bəzən bloklar çox olur. Oyunun məqsədi xüsusi kiçik çəkic vasitəsilə bir-bir o blokları baş hissəyə toxunmadan vurub dağıtmaqdan ibarətdir.[4].

Mübahisə[redaktə | mənbəni redaktə et]

1990-cı illərin sonlarında bir qrup insan hüquqları müdafiəçisi gözsüz Darumanın və onunla bağlı olan ritualların gözdən əlil insanlara qarşı ayrı-seçkilik olmasını bildirmişdilər. Gözdən əlil insanlardan heç kim bu ənənədə hər hansı bir təhqirin olmadığını bildirsələr də, kütləvi informasiya vasitələri darumaları göz bəbəksiz verməmək qərarına gəlirlər. Həmçinin, siyasi seçkilər zamanı namizədin darumanın bir gözünə, qələbə qazandıqdan sonra isə ikinci gözünə bəbək çəkmək ənənəsi də yox oldu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Omocha": Things to Play (Or Not to Play) with p.15
  2. "Omocha": Things to Play (Or Not to Play) with p.14
  3. "The City of Takasaki". city.takasaki.gunma.jp. 19 June 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
  4. Процесс игры. Arxivləşdirilib 2016-04-12 at the Wayback Machine