Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Grup Yorum
Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı Türkiyə musiqi qrupu. 1985-ci ildən indiyədək siyasi baxışlarını musiqi vasitəsilə cəmiyyətə çatdırmağa çalışmışlar. Bu səbəbdən yarandığı vaxtdan bu günə qədər qrup 400 dəfədən çox məhkəməyə verilmişdir. 15 üzvü həbs edilmiş və çıxardıqları 20 albomla 2 milyondan çox satış həyata keçirmişlər. 1987-ci ildən indiyədək 20 albom çıxaran, Türkiyə və Avropada hər il konsert verən qrup bununla yanaşı, yüzlərlə kütlə hərəkatına, küçə nümayişinə, tətilə, fabrik və universitet işğalına qatılmışdır. Uzun illər konsert keçirmələrinə mane olunmuş, üzvləri nəzarətə götürülmüş, həbs edilmiş və bir çox şəhərlərdə disklərinin satışına qadağa qoyulmuşdur. Albomları mahnılarında cinayət ünsürləri olduğu iddiası ilə rəsmi olaraq yığılmışdır. == Tarixi == 1980-ci ildə Türkiyədə reallaşan hərbi zərbəyə və ondan sonrakı siyasətə müqavimət məqsədilə Mərmərə Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 4 tələbəsi (Kamal Sahir Gürəl, Tuncay Akdoğan, Metin Kahraman, Ayşəgül Yordam) bir araya gələrək 1985-ci ildə qrupu yaratdılar. Qrup musiqi qrupu olmaqdan əlavə müxalif düşüncənin, hüquq və azadlıqlar uğrunda mübarizənin də öndə gələn adlarından biri olmuşdur. Anadolu və orda yaşayan xalqların səsini inqilabçı-sosialist bir musiqi anlayışıyla eşitdirməyi əsas məqsəd seçmişdir.
Qrup Yorum
Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı Türkiyə musiqi qrupu. 1985-ci ildən indiyədək siyasi baxışlarını musiqi vasitəsilə cəmiyyətə çatdırmağa çalışmışlar. Bu səbəbdən yarandığı vaxtdan bu günə qədər qrup 400 dəfədən çox məhkəməyə verilmişdir. 15 üzvü həbs edilmiş və çıxardıqları 20 albomla 2 milyondan çox satış həyata keçirmişlər. 1987-ci ildən indiyədək 20 albom çıxaran, Türkiyə və Avropada hər il konsert verən qrup bununla yanaşı, yüzlərlə kütlə hərəkatına, küçə nümayişinə, tətilə, fabrik və universitet işğalına qatılmışdır. Uzun illər konsert keçirmələrinə mane olunmuş, üzvləri nəzarətə götürülmüş, həbs edilmiş və bir çox şəhərlərdə disklərinin satışına qadağa qoyulmuşdur. Albomları mahnılarında cinayət ünsürləri olduğu iddiası ilə rəsmi olaraq yığılmışdır. == Tarixi == 1980-ci ildə Türkiyədə reallaşan hərbi zərbəyə və ondan sonrakı siyasətə müqavimət məqsədilə Mərmərə Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 4 tələbəsi (Kamal Sahir Gürəl, Tuncay Akdoğan, Metin Kahraman, Ayşəgül Yordam) bir araya gələrək 1985-ci ildə qrupu yaratdılar. Qrup musiqi qrupu olmaqdan əlavə müxalif düşüncənin, hüquq və azadlıqlar uğrunda mübarizənin də öndə gələn adlarından biri olmuşdur. Anadolu və orda yaşayan xalqların səsini inqilabçı-sosialist bir musiqi anlayışıyla eşitdirməyi əsas məqsəd seçmişdir.
Çorum
Çorum — Türkiyənin Çorum ilinin inzibati mərkəzi.
Yoru
Forum teatr
Forum teatr - ortaya qoyulan problemin məhz tamaşaçılar tərəfindən həll olunduğu teatr növü. Problemin seçilməsində isə hər hansı məhdudiyyət yoxdur. Oynanılan oyunda konkret problem ortaya qoyulur və bu problem həlli yolu tapılması üçün tamaşaçıların müzakirəsinə verilir. Beləcə tamaşaçı hadisələrin gedişatında aktiv rol oynayaraq nəticəni dəyişdirə bilir. Forum teatrında improvizasiya açar rol oynayır. Forum teatr əsasən iri həcmli olmur. Əsas obrazlar əzilən və əzən tərəflər ilə məhdudlaşır və qalan personajlar köməkçi (neytral) obrazlar hesab olunur. Forum teatrının əsas məqsədi həll olunması istənilən problem ətrafında tamaşaçılarla müzakirələr aparmaqla cəmiyyəti bu problemlə üzləşdirmək, çıxış yolu tapmaq və çıxış yolunu insanlar arasında yaymaqdır. Forum teatr cəmiyyətdəki müxtəlif problemlərin həll olunmasında böyük təsirə malikdir. Form teatr hamının hər şeyi deyə bildiyi, fikirlərini azad ifadə edildiyi demokratik mühit yaradır.
Lorum (Hurand)
Lorum (fars. لروم‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 397 nəfər yaşayır (83 ailə).
Yoram Dinşteyn
Yoram Dinşteyn (ivr. ‏יורם דינשטיין‏‎; 2 yanvar 1936, Tel-Əviv – 10 fevral 2024, Tel-Əviv) — İsrail alimi və Təl-Əviv Universitetində fəxri professor. O, beynəlxalq hüquq üzrə və müharibə qanunları üzrə mütəxəssisdir. Dinşteyn 1991–1998-ci illərdə Təl-Əviv Universitetinin prezidenti vəzifəsində çalışmışdır. == Seçilmiş əsərləri == Kitablar The Conduct of Hostilities Under the Law of International Armed Conflict, ISBN 0521198135, Cambridge University Press (2nd ed., 2010) The International Law of Belligerent Occupation, Cambridge University Press, ISBN 0-521-72094-X (2009) War, Aggression and Self-Defence, Cambridge University Press, ISBN 0-521-79758-6 (4th ed., 2005) (5th ed., 2011) War crimes in international law, co-editor with Mala Tabory, Martinus Nijhoff Publishers, ISBN 90-411-0237-X (1996) Freedom of Religion and the Protection of Religious Minorities, The Jacob Blaustein Institute for the Advancement of Human Rights (1991) The Release of Prisoners of War, International Committee of the Red Cross (1984) Models of Autonomy, Transaction Publishers, ISBN 0-87855-435-1 (1981) The Laws of War at Sea, (1980) The Defence of "Obedience to Superior Orders" in International Law, A. W. Sijthoff (1965) Məqalələr "Air and Missile Warfare Under International Humanitarian Law", The Military Law and the Law of War Review. (2013) "Comments on Protocol I}, International Review of the Red Cross (2010) "War, Aggression and Self-Defence", Commonwealth Law Bulletin, Volume 32, Issue 4 (December 2006) "Comments on War", Harvard Journal of Law and Public Policy (2003) "The Parameters and Context of International Criminal Law" Arxivləşdirilib 2022-02-23 at the Wayback Machine, Touro Journal of Transnational Law (1988) "International Criminal Law", The Israel Law Review (1985) "Oil pollution by ships and freedom of the high seas", Journal of Maritime Law & Com.
Çorum ili
Çorum ili — Türkiyənin Qara dəniz regionunda il.
Middle East Forum
Yaxın Şərq Forumu (ing. Middle East Forum, MEF) — 1994-cü ildə yaradılmış ABŞ neokonservativ təşkilatı və araşdırma mərkəzi. Fəal Daniel Payps tərəfindən təsis edilmişdir. MEF-in məqsədi "Amerikanın Yaxın Şərqdəki maraqlarını qorumaq, radikal Islamla mübarizə aparmaq, Fələstinin İsraili tanıması ilə məşğul olmaq, Amerikanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığını gücləndirmək və İraq ilə İrana qarşı strategiyalar hazırlamaqdır". MEF Martin Kramerin redaktoru olduğu rüblük Middle East Quarterly jurnalını nəşr edir. İslamşünaslıq ekspertləri MEF və Paypsı islamofob təbliğatçılar, onların nəşrləri qeyri-peşəkar, qərəzli və siyasi motivli adlandırırlar.
Yolum üçün mübarizə (teleserial 2017)
Fight For My Way (kor. 쌈 마이웨이; Ssam Maiwei) Pak So Cun və Kim Çi-Von-un başrollarını An Çehon (Ahn Jae-hong) və Son Hayun (Song Ha-yoon) ilə paylaştığı Cənubi Koreya televiziya serialıdır. 22 May 2017-də hər bazar ertəsi və çərşənbə axşamı saat 22:00-də (Koreya saatı ilə) KBS2-də yayımlanmağa başladı. Serial 3 həftə ardıcıl olaraq TV populyarlıq indeksində birinci oldu. Həqiqi süjetinə və möhtəşəm performanslarına görə tərifləndi. == Süjet == Hekayə, yaşamaq uğrunda mübarizə aparan və yetərincə qiymətləndirilmədikləri bir karyerada uğur qazanmağa çalışan böyük xəyalları olan məzlum insanların haqqındadır.Yetkinlik yaşına çatdıqda belə uşaqlıq dinamikası dəyişməyən , Ko Donqman (Ko Dong-man) (Pak So Cun) və Çoi Era (Choi Ae-ra) (Kim Çi-Von)-nın uzun müddətdir davam edən dostluğu romantikaya çevrilir.
NEOS – Yeni Avstriya və Liberal Forum
NEOS – Yeni Avstriya və Liberal Forum (alm. NEOS – Das Neue Österreich und Liberales Forum‎) — Avstriyada liberal siyasi partiya. == Tarixi == 2012-ci ilin Oktyabr ayında qurulan partiya, JUNOS – Gənc Liberallar Avstriya və Liberal Forum'la ortaq bir seçki siyahısında 2013 qanunvericilik seçkisinə etiraz etdi. 2013-cü ilin Sentyabr ayının 29-da keçirilən seçkilərdə NEOS, 4.9% səs aldı və Milli Şurada 9 oturacaq qazanmışdır. 2014-cü ilin Yanvar ayının 25-də Liberal Forumu ilə birləşərək NEOS – Yeni Avstriya və Liberal Forumunu yaratmışdır. 2014-cü ilin Mart ayında Müstəqil Gənc Liberallar (JuLis)-da birləşərək partiyanın YUNOS - Gənc Liberal NEOS adlı gənc qanadını meydan gətirmişdir. NEOS, 2014-cü ilin May ayının 2-də Avropa üçün Liberal və Demokratlar İttifaqının (ALDİ) tam üzvü olmuşdur. 2014-cü ilin May ayının 25-də olan, 2014 Avropa seçkilərində NEOS, milli səslərin 8,1%-ini aldı və tək bir Avropa Parlamentinin Üzvü döndü. == Siyasətləri və Siyasi Mövqesi == NEOS, birbaşa demokratiyanı Referendumlar və məcburi əsgərlik istifadəsinin sona çatdırılması yolu ilə dəstəklədi və artan mülk vergiləri və siyasi partiyaların ictimai maliyyəsinə qarşı çıxdı.
Ayrum
Ayrum Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Ayrum - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum tayfasının məskunlaşmasından yaranmışdır. Türklər XIII əsrin əvvəllərində Anadolu yarımadasında Konya (İkonum) sultanlığını tutduqdan sonra, oradakı türk tayfalarının bir hissəsi Gəncə bölgəsinə və İrəvan əyalətinə köçmüşlər. Ayrum adı ayrı ("ayrılmış") sözündəndir. "Ayrım" adının guya hay (yəni erməni) və urum (yəni Roma,Bizans) sözlərindən ibarət olması fikri yanlışdır. İrəvan əyalətində ayrumların bir hissəsi İrana keçəndən sonra Şahsevənlərə qoşulmuş, digər hissəsi Ayrumlu(631 ailə), Seyid Aqsaqlı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) qollarından ibarət olmuşdu. Ayrumlar oradan Azərbaycana, (Gədəbəy-Qazax bölgəsinə) və Gürcüstana köçmüşlər.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Berum
Berum (norv. Bærum) — Akersxus, Norveç quberniyasının kommunası. İnzibati-mərkəzi Sannvikadır.
Bodrum
Bodrum (türk. Bodrum) — Türkiyənin Muğla ilində şəhər. Bodrum əhalisi 2021(türk.bilgi xidmetine göre) 187.284 nəfərdir. == İqlim == İqlim etibarilə Egey və Aralıq Dənizi iqlimlərinin sintezindən ibarət olan bir xüsusiyyətə malikdir. Yarımada olaraq mikro kondisioner xüsusiyyəti göstərər. Yay aylarında az qala heç nəm tapılmaz. Qış aylarında isə nəmişlik olduqca aşağıdır. Yay ayları isti və quraq, qış ayları isə olduqca ilıq və yağışlıdır. 1970-ci ildən bu yana qar yalnız 2004-ci ilin Fevral ayında yağmış və qarın qalınlığı orta hesabla 5 sm olmuşdur. Yarımada bitki örtüyü olaraq çox diqqətə çarpan bir şəkildə ikiyə ayrılmışdır.
Borium
Borium (Bh) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 107-ci element.
Boxum
Boxum (alm. Bochum‎) — Almaniyada şəhər. Əhalisinin sayına görə (365.742) Almaniyanın 16-cı ən böyük şəhəridir.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Dorud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Doğum
Doğum — hamiləliyin başa çatması və döl, cift, döl qişalarının ana orqanizmindən ayrılaraq, təbii doğum yollarından keçməsi ilə müşayiət olunan mürəkkəb fizioloji proses. Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yəni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı olaraq dəyişir. Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları artır.
Gorus
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Horus
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Kvorum
Kvorum – [lat. quorum – kafilik, yetərlilik, məqbulluluq, kifayətlilik] Yığıncağı səlahiyyətli hesab etmək üçün iştirakçıların zəruri sayı. Kvorum adətən qanunla və yaxud təşkilatların nizamnaməsində müəyyən edilir; Iclasın səlahiyyətlərini, hüquqiliyini tanımaqdan ötrü iştirakçıların sayı; Qəbul edilən qərarların qanuni olması üçün hər hansı bir yığıncaqda, toplantıda iştirak edənlərin zəruri sayı (yetərsay); Yetərsay, yetərsəs. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == What is Quorum?
Lokum
Loqum, Su, şəkər, nişasta istifadə ilə istehsal edilən bir Türk şirinidir. Loqumun Osmanlı tərəfindən rahat ul-hulküm yəni boğaz rahatlaşdıran sözündən törədiyi rəvayət edilər. 15. əsrdən bəri Kiçik Asiya da bilinməklə birlikdə, xüsusilə 17. əsrdə Osmanlı İmperiyası sərhədləri içində yayılan loqum, Avropada bir İngilis səyyah vasitəsiylə 'Turkish Delight' adıyla 18. əsrdə tanınmağa başlamışdır. Loqumun ilk istehsalçılarından sayılan Hacı Bəkir Əfəndi 1777-ci ildə Kastamonu dan İstanbula gələrək Bağçaqapı 'da açdığı kiçik bir dükanda loqum vs. qida maddələrini çıxarmağa başlamışdır. İki əsrdən bu yana loqum istehsalını müvəffəqiyyətlə reallaşdıran Hacı Bəkir dövrün padşahı tərəfindən də Nişanı Əli Osmanı ilə təltif edilmiş və sarayın şəkərçi başısı olaraq xidmət etmişdir. Daha əvvəllər bal ya da bəkməz və un birləşməsi ilə edilən loqumun 17.
Loqum
Lorut
Lorut — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Loxum
Loqum, Su, şəkər, nişasta istifadə ilə istehsal edilən bir Türk şirinidir. Loqumun Osmanlı tərəfindən rahat ul-hulküm yəni boğaz rahatlaşdıran sözündən törədiyi rəvayət edilər. 15. əsrdən bəri Kiçik Asiya da bilinməklə birlikdə, xüsusilə 17. əsrdə Osmanlı İmperiyası sərhədləri içində yayılan loqum, Avropada bir İngilis səyyah vasitəsiylə 'Turkish Delight' adıyla 18. əsrdə tanınmağa başlamışdır. Loqumun ilk istehsalçılarından sayılan Hacı Bəkir Əfəndi 1777-ci ildə Kastamonu dan İstanbula gələrək Bağçaqapı 'da açdığı kiçik bir dükanda loqum vs. qida maddələrini çıxarmağa başlamışdır. İki əsrdən bu yana loqum istehsalını müvəffəqiyyətlə reallaşdıran Hacı Bəkir dövrün padşahı tərəfindən də Nişanı Əli Osmanı ilə təltif edilmiş və sarayın şəkərçi başısı olaraq xidmət etmişdir. Daha əvvəllər bal ya da bəkməz və un birləşməsi ilə edilən loqumun 17.
Tullan, görüm! (film, 2007)
Tullan, görüm! (ing. Jump In!) — 2007-ci ildə çəkilən Disney Channel orjinal filmidir. Baş rollarda — Korbin Blyu və Keke Palmer. Film ilk dəfə 12 yanvar, 2007-ci ildə nümayiş etdirilmişdir. == Rollarda == Korbin Blyu Keke Palmer Devid Reivers == Xarici keçidlər == Tullan, görüm! — Internet Movie Database saytında.