Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samir Zərgərov
Samir Zərgərov (azərb. Zərgərov Samir Firdus oğlu‎; 29 avqust 1986, Xanlar, Azərbaycan SSR) — azərbaycanlı futbolçu, yarımmüdafiəçi. O, Azərbaycanın gənclərdən ibarət yığmasının da rənglərini qorumuşdur. == Karyerası == Peşəkar futbolçu karyerasına 2004-cü ildə Bakının “Ədliyyə” komandasında çıxış etməklə başlayıb. O, Azərbaycan Premyer Liqasının “Standard” (Sumqayıt), “Qəbələ” və “Gəncə” klublarında da çıxış edib. 2011-ci ildə Bakının “İnter” klubunun futbolçusu olub. O, avrokuboklarda debütünü 2013-cü il iyulun 18-də Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Norveç “Tromso”su ilə keçirib. === Milli yığmada === O, 2007-ci il iyunun 2-də Yunanıstan millisi ilə Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın gənclərdən ibarət milli komandasının (U 21) heyətində debüt edib. == Nailiyyətləri == FC Inter Baku-nun tərkibində 2011-ci ildə Birlik Çempionlar Kubokunun qalibi. FK İnter Bakının tərkibində 2011/12 mövsümündə futbol üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı FK İnter Bakının tərkibində 2012/13 mövsümündə futbol üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı.
Əbdülqafur Zərgərov
Əbdülqafur Əminulla oğlu Zərgərov (1929, Bakı — 1999, Bakı) — iqtisad elmləri üzrə fəlsəfə doktoru, AMEA-nın müxbir üzvü. == Haqqında == Əbdülqafur Zərgərov 1929-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Moskvada Şərqşünaslıq İnstitutunda alıb. O, Yaxın Şərq fakültəsini İqtisadyönümlü ölkəşünaslıq ixtisası üzrə bitirib. Əbdülqafur Zərgərov bir müddət Azərbaycan SSR Nazirlər Sovetində elmi müəssisələr və ali məktəblər qrupunda məsləhətçi işləyib. Daha sonra SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturada oxuyub. Moskvada iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almaq üçün dissertasiya müdafiə etdikdən sonra Bakıya qayıdıb, uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Əbdülqafur Zərgərov Azərbaycanda ictimai elmlər sahəsində elmi informasiya mərkəzinin yaradıcısıdır. Alimini rəhbərliyi ilə 70-ci illərdə hazırlanan statistik məcmuələr XX əsrdə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişaf dinamikasını öyrənmək üçün gərəkli bir vasitə olaraq qalır. Habelə Əbdülqafur Zərgərovun təşəbbüsü nəticəsində 1992-ci ilin yazında Azərbaycan Milli Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutu yaradılıb.