Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zadəganlıq
Zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı silklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.
Azərbaycan zadəganlığı
Azərbaycan zadəganlığı — azərbaycanlılar və azərbaycanlılaşmış qruplar arasında tarixən zadəganlıq titulları daşıyan şəxslər və onların nəsillərinin təşkil etdiyi zümrə. Xanlıqlar dövründə Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsli və Xoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir. Çar Rusiyası dövründə Gəncə qəzasında Zülqədərovlar, Məlikbəylərovlar, Cavanşir qəzasında Cəlalovlar, Ağalarovlar, Rüstəmbəyovlar, Məlikbəylərovlar, Qaryagin qəzasında Cavanşirovlar, Quba qəzasında Mirzəyevlər, Salyan qəzasında Şirvanskilər, Şuşa qəzasında Vəzirov, Zəngəzur qəzasında Usmiyevlər, Naxçıvanda Naxçıvanskilər və Kəngərlinskilər böyük torpaq sahibləri idi. == Tarixi == === Azərbaycandilli sülalələr dövrü === XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. XVI əsrdən başlayaraq İran azərbaycan dilində danışan hökmdarlar və hərbçilər tərəfindən idarə edilirdi. XVI əsrdə Azərbaycan türkləri tərəfindən Səfəvilər imperiyası qurulmuşdur. Bu imperiyada Azərbaycan feodalları üstünlük təşkil edirdi. Azərbaycanlılar dövlətin əsas dəstəyi idi, dövləti idarə edirdilər və hərbi zadəganlıq onlar arasından təyin edilirdi. Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi. Saray dilinin Azərbaycan dili olması nəticəsində paytaxt şəhərlərdə (Təbriz, Qəzvin və İsfahan) bu dilin istifadəsi təşviq edilirdi.