Azərbaycan zadəganlığı — azərbaycanlılar və azərbaycanlılaşmış qruplar arasında tarixən zadəganlıq titulları daşıyan şəxslər və onların nəsillərinin təşkil etdiyi zümrə.
Xanlıqlar dövründə Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsli və Xoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir. Çar Rusiyası dövründə Gəncə qəzasında Zülqədərovlar, Məlikbəylərovlar, Cavanşir qəzasında Cəlalovlar, Ağalarovlar, Rüstəmbəyovlar, Məlikbəylərovlar, Qaryagin qəzasında Cavanşirovlar, Quba qəzasında Mirzəyevlər, Salyan qəzasında Şirvanskilər, Şuşa qəzasında Vəzirov, Zəngəzur qəzasında Usmiyevlər, Naxçıvanda Naxçıvanskilər və Kəngərlinskilər böyük torpaq sahibləri idi.
XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi.[1][2][3] XVI əsrdən başlayaraq İran azərbaycan dilində danışan hökmdarlar və hərbçilər tərəfindən idarə edilirdi.[4][5][6]
XVI əsrdə Azərbaycan türkləri tərəfindən Səfəvilər imperiyası qurulmuşdur.[7] Bu imperiyada Azərbaycan feodalları üstünlük təşkil edirdi.[8][9][10][11][12] Azərbaycanlılar dövlətin əsas dəstəyi idi, dövləti idarə edirdilər və hərbi zadəganlıq onlar arasından təyin edilirdi.[13][14][15][16][17][18] Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi.[19] Saray dilinin Azərbaycan dili olması nəticəsində paytaxt şəhərlərdə (Təbriz, Qəzvin və İsfahan) bu dilin istifadəsi təşviq edilirdi.[20] Saray mərasimləri də Azərbaycan dilində aparılırdı.[21] Səfəvi tacının seçilməsi qarabağlılar kimi xüsusi baş geyimi olan müəyyən qrupların ənənəsinin bir hissəsi idi.[22] Səfəvilər dövründən başlayaraq Azərbaycan dili talış dilini daha güclü şəkildə sıxışdırmağa başladı və talış aristokratiyası Azərbaycan dilinin yayılmasına və tədrisinə dəstək verdi.[23]
Qacarlar dövləti dövründə Azərbaycan dili sarayın və Azərbaycan tayfalarından təşkil edilmiş[24] ordunun dili idi,[25][26][27][28] fars dili ilə birlikdə hər iki sarayda (Təbriz və Tehran) geniş yayılmışdı.[29] Qacar hökmdarları vəliəhd şahzadə olduqları zaman xidmət etdikləri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər. Bunlardan biri olan Məhəmməd şah Qacar Fars və Şirazda "Əlahəzret Məhəmməd Şah-ı Türk-i Azərbaycan" adlandırılırdı.[30]
XVIII əsrdə Əfşar imperiyasının parçalanmasından sonra Azərbaycanda türk mənşəli sülalələrin idarə etdiyi xanlıqlar və sultanlıqlar əmələ gəlmişdir. Bakı xanlığını Bakıxanovlar, Qarabağ xanlığını Cavanşirlər, Şəki xanlığını Qara keşiş nəsli və Xoyskilər, Naxçıvan xanlığını kəngərli Naxçıvanskilər, Gəncə xanlığını Qacar qolu Ziyadoğlular idarə etmişdir.[31][32]
Qarabağ xanlığında bəylər 3 qrupa bölünürdü. Birinci qrupa birbaşa xan ailəsinin üzvləri (xanın qardaşları və onların uşaqları, xanın öz uşaqları və s.) daxil idi.[33] İkinci qrupa Qarabağ xanlarının fərmanları ilə kənd, mahal, məliklik əldə edən şəxslər daxil idi. Birinci və ikinci qrup iyerarxiya baxımından üçüncu qrupdan yuxarıda idi. Azərbaycan xanlıqlarında bəylər, xüsusilə bəy nəslindən gələnlər sosial-iqtisadi həyatda mühim rol oynayır, xanın xəzinəsindən və ya onlara verilmiş xan torpağından gəlir əldə edirdilər. Onlar xana vergi vermədən torpaq ala, ticarətlə, kənd təsərrüfatı və başqa sahələrlə məşğul ola bilərdi. Bəylərin vəzifəsi həmişə xanların xidmətində olmaq idi.[34]
Şahlar tərəfindən İlisu hökmdarlarına verilmiş sultan titulu Azərbaycan iyerarxiyasında xanla bəyin arasında yerləşirdi. Sultandan iyerarxiya baxımından aşağıda sultan ailəsinin nümayəndəsi olan bəylər, digər ailələrdən irsi bəylər, zadəgan irsi daşımadan bəy adlandırılanlar var idi. Sultan və bəylər qismən saxur, qismən türk-azərbaycan mənşəli idi.[35]
XVIII əsrdə Dizaq mahalını idarə etmiş Məlik-Avanyanlar daha sonra İslamı qəbul etmiş və azərbaycanlılaşmışdır.[36] XIX əsrin sonlarında bu nəsil xəttindən azərbaycanlılaşmış sülalələr — Məlikyeqanovlar, Məlikaslanovlar, Məlikabbasovlar gəlmişdir.[37]
Bəylərbəyliklər, xanlıqlar və sultanlıqların hakim sülalə və tayfaları | ||
---|---|---|
Sülalə | Tayfa | İdarə edilən ərazilər |
Ziyadoğlular sülaləsi | Bayat boyundan qacarlar |
|
Şahsevənlər | Cavad xanlığı | |
Naxçıvanskilər | Bəydilli boyunun ustaclı tayfasından kəngərlilər | Naxçıvan xanlığı |
Cavanşirlər | Əfşarlar | Qarabağ xanlığı |
Sərkərlər | Xançobanı | Şirvan xanlığı |
Müqəddəmlər | Bayat boyundan müqəddəmlər | Marağa xanlığı |
Şıxlinskilər | Qazax sultanlığı | |
Zülqədərovlar | zülqədərlər | Şəmşəddil sultanlığı |
Rusiya imperiyası Cənubi Qafqazı ələ keçirdikdən sonra rus idarəçilərin Azərbaycan əsilzadə ailələrinə marağı artmışdır. I Nikolay 1846-cı ilin dekabrında müsəlman əsilzadələrin titul torpaqlar üzərində tamhüquqlu sahiblik səlahiyyətini təsdiq edən qərarnamə qəbul etmişdir. Beləliklə, bəy və ağa statusları çar Rusiyası tərəfindən rəsmi olaraq tanınmış, əsilzadə övladlarına isə dövlət qurumlarında işləməyə icazə verilmişdir. Beləliklə, Səfəvi, Əfşar və xanlıqlar dövründə dövlət tərəfindən əsilzadələrə müvəqqəti verilən dövlət torpağı (tiyul) çarlıq Rusiyası dövründə əsilzadələrin şəxsi mülkiyyətinə çevrilmişdir.[38]
Bəy-torpaq mülkiyyət formasının davam etdiyi dövrdə Gəncə qəzasında Zülqədərovlar, Məlikbəylərovlar, Cavanşir qəzasında Cəlalovlar, Ağalarovlar, Rüstəmbəyovlar, Məlikbəylərovlar, Qaryagin (indiki Füzuli rayonu) qəzasında Cavanşirovlar, Quba qəzasında Mirzəyevlər, Salyan qəzasında Şirvanskilər, Şuşa qəzasında Vəzirov, Zəngəzur qəzasında Usmiyevlər böyük torpaq sahibləri idi. Naxçıvanda Naxçıvanskilər və Kəngərlinskilər böyük torpaq sahibləri idi.[39] Azərbaycan tarixçisi Fərhad Nağdəliyev hesab edir ki, Rusiya imperatoru Nikolay Kəngərli süvarilərinin mükəmməlliyini gördükdən sonra konvoyunda Azərbaycan əsilzadə ailələrinin nümayəndələrindən ibarət olan bir müsəlman dəstəsi yaratmağı əmr etmişdir.[40]
1897-ci ildə Rusiya imperiyasında əhalinin siyahıya alınması nəticələrinə görə, əhaliyə düşən zadəgan sayına görə, gürcülər, polyaklar, litvalılar və tatarlardan sonra azərbaycanlılar gəlirdi. Təhkimçilik hüququ ləğv edildikdən sonra, Finlandiya istisna olmaqla, digər qeyri-rus zadəganları öz xüsusi statuslarını itirdilər.[41][42]
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti İrana elçi olaraq iki yerli Qacar zadəganını göndərmişdir. Bu zamanın İranın özü də Qacarlar tərəfindən idarə edildiyi üçün görüşdə iştirak edəcək hər iki tərəf (Azərbaycan Xalq Cümhuriyyəti və Qacar İranı) eyni tayfa və sülaləyə mənsub idi. Azərbaycan nümayəndəsi İsmayıl xan Ziyadxanov ata tərəfdən Gəncə Qacarlarının (Cavad xanın nəsli), ana tərəfdən Qacar şahzadəsi Bəhmən mirzə Qovanlı-Qacarın nəslindən gəlirdi.[43]
Azərbaycanın müstəqilliyi dövründə zadəgan nəslindən gələnlərin şəcərəsini tanıda bilmək və yaddaşlarda saxlamaq məqsədilə Əsilzadələr Məclisi yaradılmışdır. Bu ictimai təşkilata Maqsud İbrahimbəyov sədrlik etmiş, Heydər Əliyevin təşkilatın yaradılmasında rolu olmuşdur.[44]
XVI əsrdə İranda azərbaycandilli sülalələrin və hərbçilərin hakimiyyətinin başlaması səbəbi ilə fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlər daxil olmuşdur.[4] İdarəçilik sahəsində Azərbaycan mənşəli sözlərə yüzbaşı, minbaşı, bəylərbəyi misal göstərilə bilər.[45]
"Dəstur əl-Müluk" (Hökmdarların nizamnamələri) və "Təzkirat əl-Müluk" (Hökmdarların xatirəsi) əsərləri İranda idarəçilik strukturu və sosial vəziyyət haqqında məlumat verir. "Dəstur əl-Müluk" Səfəvi dövrünün sonunda yazılsa da, XVI əsrə aid məlumatlar da ona daxildir. "Dəstur əl-Müluk" əsəri "Təzkirat əl-Müluk"dan daha çox təfərrüata malikdir, aşağı rütbəlilər (məsələn, saraya təminat gətirənlər) haqqında da məlumat verir. Bu əsərlər digər dillərlə birlikdə türk dilindəki texniki idarəçilik terminlərini də istifadə edir. Bu əsərlərdə texniki idarəçilik terminologiyasının tətbiqi 4 dilə (fars, ərəb, türk, monqol) əsaslanır, Azərbaycan türkcəsinin Səfəvi dövrünün sonuna qədər istifadəsi ilə əlaqəlidir.[46]
Tarixən Azərbaycan adlarında mənsəblərdən (titullardan) istifadə edilirdi.[47]
XIII–XIV əsr Elxani tarixçisi Fəzlullah Rəşidəddin tərəfindən "Cəmi ət-Təvarix" əsəri yazılarkən, türk xalqlarının və tayfalarının tarixini yazmaq üçün istifadə edilən əsas mənbələr həm Azərbaycanın yerli türk mühitində mövcud olmuşdur, həm də Orta Asiyadan və Şərqi Türküstandan çoxsaylı mühacirlərin gətirdikləri şəcərə əfsanələri istifadə olunmuşdur.[55] Oğuz şifahi geneoloji ənənələri ya Anadolu, ya da Azərbaycanda yazıya alınmışdır.[56] XV əsr Azərbaycanında türkmənlər oğuz hekayəsini sülalə quruluşu mifi səviyyəsinə çıxarmışdılar. Bunlara misal olaraq, Qaraqoyunlu Qara Yusifin Cengiz Alpın, Ağqoyunluların isə Oğuz xanın oğlu Gün xanın oğlu Bayandur xanın nəslindən gəlməsi ilə bağlı soy iddiaları göstərilə bilər.[57]
Ağqoyunlu hökmdarı Uzun Həsən Oğuz xanın və onun nəvəsi Bayandur xanın soyundan gəldiyini iddia edirdi. O, Bayandur tamğasının (möhürünün) Ağqoyunlu imperiyasında dövlət simvolu olaraq istifadəsini başlatmışdır. Buna görə də Bayandur tamğası Ağqoyunlu sikkələrində, rəsmi sənədlərində, kitabələrində və bayraqlarında vardır.[58][59] Ağqoyunlu sultanları dövründə yazıya alındığı düşünülən "Kitabi-Dədə Qorqud" dastanında Bayandur xanın nəsli Oğuz xanın oğlu Göy xandan yox, başqa yerlərdə adı keçməyən Qam xandan gəlir.[60] Uzun Həsənin əmri ilə yazılmış "Kitabi-Diyarbəkriyyə"də isə Ağqoyunluların əcdadlarının adları olaraq Oğuz əfsanəsi və hökmdarlarına aid adlar istifadə olunur.[61]
Zadəgan ailə | Tayfa | İlkin tayfa əcdadı |
---|---|---|
Ziyadoğlular, Bəhmənilər, İrəvanskilər, Ziyadxanovlar | Bayat boyundan qacarlar | Gün xan (Oğuz xan oğlu) |
Kəngərlilər, Naxçıvanskilər, Kəlbəlixanovlar, Zülfüqarxanovlar | Bəydilli boyunun ustaclı tayfasından kəngərlilər | Ulduz xan (Oğuz xan oğlu) |
Cavanşirlər, Vəzirovlar, Aşurbəyovlar, Behbudovlar | Əfşarlar | Ulduz xan (Oğuz xan oğlu) |
Müqəddəmlər | Bayat boyundan müqəddəmlər | Gün xan (Oğuz xan oğlu) |
Ali Monqol Xaqanlığının keçmiş ərazisində hakimiyyətə gəlmək istəyən sülalələr öz iddialarını Çingiz xan soyu ilə əsaslandırırdılar. Buna görə də Qaraqoyunlu Qara Yusif öz oğlu Pirbudağı monqol Cəlairi sülaləsindən olan Sultan Əhmədə oğulluğa vermişdir. Qara Yusif daha sonra hakimiyyətə gələndə sultan taxtına özü yox, oğlu çıxmışdır.[62] İranın Qacarları sülalələrinin başlanğıcının monqol komandirinin oğlu Qacar Noyondan gəldiyini iddia edir və Çingiz xanın Qacar stilində paltarlarda çəkilmiş rəsmlərini saraylarında asırdılar.[63]
1747-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli bəy süvari tərəfdarları ilə birlikdə Qarabağa gələrək özünü xan elan etdi. O, özünü xan elan etməsini Çingizli Hülakülər sülaləsindən olan Arqun xanın nəslindən gəlməsi ilə əsaslandırırdı.[64] Əhməd bəy Cavanşir "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı əsərində Cavanşirlər sülaləsinin mənşəyini və hakimiyyətə gəlməsini belə izah edirdi:
Nəhayət, 1747-ci ildə Nadir şahın öz qohumları tərəfindən öldürülməsi xəbəri hər tərəfə yayıldıqda, Pənahəli özünün 200-ə qədər qoçaq atlısı ilə birlikdə Qarabağa gəldi və özünü müstəqil xan elan etdi. Onun ilk nəzərdə cəsarətli görünən bu təşəbbüsü Şərqdə bu cür hallarda çox mötəbər sayılan aşağıdakı rəvayətlərə əsaslanırdı. O, Hülakü xanın nəvələrindən biri olan Arqun şahın nəslindəndir.[65] |
Əhməd bəy Cavanşirin Qarabağ xanlığının hakim sülaləsinin Hülakü xanın nəslindən gəlməsi ilə bağlı iddiaları mənbələrdə təsdiqini tapmır. Ancaq cavanşirlər tayfası Hülakü xanın ordusunda Azərbaycana gəlmişdir.[66] Əhməd bəy Cavanşir Pənahəli xanı idealizə edərək Çingiz xanın nəsli ilə müqayisə edir.[67] Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" əsərində isə belə qeyd edilir:
Amma Mirzə Adıgözəl və başqa adamlar rəvayət edərlər ki, Pənah xan mərhumun əsil-nəsəbi Arqun xan Çingizə yetişir. Guya belə nisbət veriblər ki, dudmani-Çingiziyyənin dövlət və səltənətləri münqəriz olandan sonra o nəsildən birisi fərar edib gəlib əvvəl Gürcüstanın Lori qalasında məxfi və mütəvari olub, sonra xavanini-Gəncənin işləri tərəqqidə olan zamanda gəlib Gəncədə onlara xidmət edərmiş.[68] |
XVIII əsrin II yarısında bütün Azərbaycan xanlıqlarının ordularının adi insanların "bahadır" adlandırdığı pəhləvanları var idi. Pəhləvanlar arasındakı yarışlar zorxanalarda həyata keçirilirdi.[69] Qarabağ xanı İbrahimxəlil xana (1763–1797) məxsus olan zorxana Xan bağında yerləşirdi. Burada pəhləvanlar idmanın sirlərinə yiyələnir, fiziki formalarını qoruyub saxlamaq üçün məşq və yarışlar keçirirdilər. Qarabağ xanlığında pəhləvan statusu xüsusi fərmanla verilirdi.[70]
Saraylarda ədəbi məclislərin təşkil edilməsi XIX əsrə qədər davam etmişdir. Kərbəlayi Allahi Arif Şamaxı və İrəvan xan saraylarında fəaliyyət göstərmişdir. Qarabağda Cəfərqulu xan öz sarayında xanəndə, sazəndə və şairlərdən ibarət məclis təşkil edirdi. Bu məclislərə hansı şairlərin gələcəyinə şahlar və ya onların təyin etdiyi məliküş-şüəralar qərar verirdi.[71]
XIX əsrə qədər muğam sənəti əsasən feodalların saraylarında inkişaf edirdi və bu da sevgi-lirika və fəlsəfi-tərbiyəvi mövzuların, çox vaxt mistik və erotik obrazların istifadəsi ilə muğamda iz buraxmışdır.[72]
Lotu Qulu Qarabağ xanı Pənahəlinin təlxəyi idi, tarixən mövcudluğu sübut edilən şəxsiyyətlərdəndir. Lotu Qulu Pənahəli xan tərəfindən insanları, hətta xanın özünü yamsılamaq bacarığına görə bəyənilirdi.[73]
Azərbaycanda hökmdar saraylarında rəqqasların yüksək məharəti ilə məşhur olan ansamblar fəaliyyət göstərirdi.[74] "Turacı" rəqsiylə bağlı əfsanəyə görə Qarabağ xanı Nəcəfqulunun rəqqası xanın oğlunun toyunda rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirərkən bu mənzərəyə heyran qalmış xan ucadan demişdir:"Sən lap turac kimi oynayırsan." O vaxtdan bəri həmin rəqqasın oynadığı rəqs "Turacı" adlandırılmışdır.[75][76]
Tarixən Azərbaycan rəqsi iki müstəqil formadan — xalq rəqsindən və saray rəqsindən inkişaf etmişdir.[77] Saray rəqsi həm zəngin, həm də kasıb ailələrin toylarına tez-tez dəvət olunan yarı professional rəqqasların sənətinə təsir göstərmiş, bunun sayəsində bu sənət xalq xoreoqrafiyasına da təsir etmişdir.[77] Rus tədqiqatçısı P. Vostrikov Yelizavetpol quberniyasında Yallı rəqsinin çox məşhur olduğunu bildirmiş, onun adi insanlara xan saraylarından keçdiyini qeyd etmişdir. Sarayda bu rəqs xanı əyləndirmək və saray xadimlərinin çevikliyini artırmaq üçün istifadə edilirdi.[78]
Fransız yazıçısı Aleksandr Dümanın verdiyi məlumata görə, 1858-ci il noyabrın 24-də Şamaxıda Mahmudağanın təşkil etdiyi qəbul vaxtı, tar, kamança, tütək, nağara və dəmir ayaqcıqlar üstündə qoyulan təbildə çalan beş musiqiçi iki rəqqasəni və bir rəqqası müşayiət edirdi. Rəqqas barmaqları arasında mis kastanyet — zil tutmuşdu.[79]
Как независимое государственное образование упоминалось с конца 14 в. Владетелем Ш. был Сиди Ахмед Орлат (из тюркизированного монгольского племени орлатов).
В послемонг. время Ш. как независимое государственное образование упоминается с кон. 14 в. Владетелем Ш. был Сиди Ахмед Орлат (из тюркизированного монг. племени орлатов).
Шеки, как было сказано, в конце XIV в. составляла отдельное независимое владение. Тогдашний владетель его Сиди Ахмед Орлат, по-видимому происходил из азербайджанизированного монгольского племени орлатов. Когда утвердились здесь эти владетели, — неизвестно…
On the other hand, many Azeri words (about 1,200) entered Persian (still more in Kurdish), since Iran was governed mostly by Azeri-speaking rulers and soldiers since the 16th century (Doerfer, 1963–75); these loanwords refer mainly to administration, titles, and conduct of war. This long-lasting Iranian-Azeri symbiosis must be borne in mind if one is to understand the modern history of Iran and its language correctly.
The Azeri Turks are Shiʿites and were founders of the Safavid dynasty.
Safavid power with its distinctive Persian-Shi'i culture, however, remained a middle ground between its two mighty Turkish neighbors. The Safavid state, which lasted at least until 1722, was essentially a "Turkish" dynasty, with Azeri Turkish (Azerbaijan being the family's home base) as the language of the rulers and the court as well as the Qizilbash military establishment. Shah Ismail wrote poetry in Turkish. The administration nevertheless was Persian, and the Persian language was the vehicle of diplomatic correspondence (insha'), of belles-lettres (adab), and of history (tarikh)
During most of the Qajar rule, Turkish was the principal language spoken at the court, while Persian was the predominantly literary language.
Azeri Turkish was widely spoken at the two courts in addition to Persian, and Mozaffareddin Shah (r.1896-1907) spoke Persian with an Azeri Turkish accent....
Indeed, the Bayundur clan to which the Aq-qoyunlu rulers belonged, bore the same name and tamgha (symbol) as that of an Oghuz clan.
There is such a legend about the Turaji dancing. Once upon a time Najafgulukhan, the khan of the Garabagh khanate, had a very beautiful dancer and khan always valued her beauty and ability. One day in the wedding of the khan’s son this dancer demonstrates very mastery miracles of dancing. The khan admiring the view says loudly: -You are dancing as turaj (partridge).