Aydan Salahova
Aydan Salahova (25 mart 1964, Moskva) — Azərbaycan rəssamı.
Məşhur rəssam Tahir Salahovun qızıdır, Moskvada yaşayır. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini ("Aydan") açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır.