aylıqlı
aymaklar 2021
OBASTAN VİKİ
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Bayanxonqor aymakı
== Ərazisi == 1941-ci ildə yaradılan Bayanxonqor vilayətinin ərazisi 115 977 Km2-dır. Bayanxonqor vilayətinə 19 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Bayanxonqor vilayətinin əhalisi 87 244 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Xovd aymakı
Xovd aymakı (monq. Ховд аймаг) - Monqolustanın 21 aymakından biri. Qərbi Monqolustanda, paytaxt Ulan-Batordan 1 580 km qərbdə yerləşir. Mərkəzi Xovd şəhəridir. Xovd aymakı adını Xovd çayından götürmüşdür. == Tarixi == 1921-ci il Monqolustan inqilabından sonra, 1925-ci il noyabrın 21-də Çandmani Uulyn aymakı təsis edilir. Bu aymak ölkənin qərbində, indiki Uvs, Xovd aymaklarını və Bayan-Ölgiy aymakının qərbini əhatə edirdi. 1931-ci ildə Çandmani Uulyn aymakı Xovd və Dörvöd aymaklarına bölündü. == Əhalisi == Xovd aymakı öz mədəni əhalisi ilə seçilir. Burda çoxlu sayda etnoslar yaşayır.