Azərbaycan dilinin izahlı lüğəti

  • QƏBA

    is. [ər.] Keçmişdə adətən mollaların geydiyi uzun paltar, cübbə, don (bəzən əba-qəba şəklində işlənir)

    Tam oxu »
  • QƏBAHƏT

    is. [ər.] Çirkin iş, çirkin hərəkət, yaraşmaz iş; qüsur, nöqsan, günah. Əgər qəbahətdir, bunun nisbətini bizə niyə verirsən? M

    Tam oxu »
  • QƏBAHƏTLİ

    sif. Qəbahəti olan, qüsuru olan. Qəbahətli olduğuna görə səsini çıxarmır. Qəbahətli eynilərdi çox üzləşənlər; Nadanları tutaşdırıb zövq alan azmı? M

    Tam oxu »
  • QƏBAHƏTSİZ

    sif. Qəbahəti, günahı, qüsuru olmayan

    Tam oxu »
  • QƏBAHƏTSİZLİK

    is. Qəbahəti, günahı, qüsuru olmama

    Tam oxu »
  • QƏBALƏ

    is. [ər.] köhn. Bir mülkün və sairənin alınıb-satılması haqqında rəsmi sənəd. Bunlar pul təməssükləri, mülk qəbalələri və sair lazımsız kağızlardı

    Tam oxu »
  • QƏBALƏNAMƏ

    is. [ər. qəbalə və fars. …namə] bax qəbalə

    Tam oxu »
  • QƏBALI

    sif. köhn. Qəba geymiş, əynində qəba olan. Atlazdan qəbalı, belində şalı; Gövhərdən bahalı üzündə xalı

    Tam oxu »
  • QƏBİH

    sif. [ər.] köhn. 1. Çirkin, yaraşıqsız, kifir. Qəbih üz. Qəbih əndam. 2. Qəbahətli, nalayiq, yaraşmayan, ləyaqətsiz, pis

    Tam oxu »
  • QƏBİL

    [ər.] Cür, növ, kimi, cins. Bizim mübarizə apardığımız əmir də bu qəbil adamlardandır. M.S.Ordubadi. Qəhrəmani o qəbil insanlardan idi ki, onların fik

    Tam oxu »
  • QƏBİLƏ

    is. [ər.] İbtidai cəmiyyətdə: bir soydan törəmiş və bir rəisin idarəsi altında birlikdə yaşayan köçəri tayfa, nəsil; əşirət, oymaq

    Tam oxu »
  • QƏBİR

    is. [ər.] Ölüləri basdırmaq üçün xüsusi şəkildə qazılan çuxur: məzar, gor. Hər cümə axşamı [Zeynəb] ərinin qəbri üstə gedib, bir yekə mərəkə qurar

    Tam oxu »
  • QƏBİRDAŞI

    is. Qəbrin üstünə qoyulan tavadaşı

    Tam oxu »
  • QƏBİREŞƏN

    bax goreşən

    Tam oxu »
  • QƏBİRİSTAN

    is. [ər. qəbr və fars. …stan] Qəbirlər olan yer, ölülərin basdırıldığı yer; məzarlıq. Qəbiristandan ölü qayıtmaz

    Tam oxu »
  • QƏBİRİSTANLIQ

    bax qəbiristan. Qəbiristanlığın girəcəyində Ağası bəy əlini döşünə qoyub xana və məiyyətinə təzim edib döndü

    Tam oxu »
  • QƏBİRQAZAN

    is. 1. Ölüləri basdırmaq üçün qəbir qazan adam. Ay qəbirqazanlar; gedin ev tikin! Bu qəmli dərədə [“Qurd ağzı”nda] plan ki, yoxdur

    Tam oxu »
  • QƏBİZ

    is. [ər.] Qarnı bağlanma, mədəsi işləməmə. □ Qəbiz etmək (eləmək) – qarnını bərkitmək, bağlamaq. Qəbiz olmaq – qarnı işləməmək, qarnı bərkimək

    Tam oxu »
  • QƏBİZLİK

    is. Qəbiz olma, qarnı işləməmə

    Tam oxu »
  • QƏBUL

    is. [ər.] 1. Verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Ərizələrin qəbulu başlanır

    Tam oxu »
  • QƏBULÇU

    is. Göndərilən, ya təhvil verilən malı və s. qəbul edən işçi, xidmətçi. Zavod sahibi gəlir, qəbulçuya lazımi buyuruq və göstərişlər söyləyir

    Tam oxu »
  • QƏBULEDİCİ

    sif. Radio (elektromaqnit) dalğalarını qəbul edən; alıcı. Qəbuledici radiostansiya. // İs. mənasında

    Tam oxu »
  • QƏBZ

    is. [ər.] Pul, qiymətli şey və sairənin alınması, qəbul edilməsi haqqında verilən kağız, sənəd. Ev kirəsi qəbzi

    Tam oxu »
  • QƏBZƏ

    is. [ər.] Bir şeyin tutulacaq yeri, qulpu, dəstəsi. Qılıncın qəbzəsi. – Zakirin qətlinə bəsdir nigahın; Əl vurma, qəbzeyixəncər istəməz

    Tam oxu »
  • QƏBZƏLİ

    sif. Tutacağı, dəstəsi olan; saplı, dəstəli. [Cavanşir:] Onun qılıncı qızıl qəbzəli olsa da, mən özünə qaytarardım

    Tam oxu »
  • QƏCƏC

    is. bot. Dəniz sahili qumluqlarında və şoranlıqlarda bitən kol-bitki

    Tam oxu »
  • QƏCƏLƏ

    is. Sağsağan

    Tam oxu »
  • QƏCƏRƏ

    is. məh. Yəhərin üstündən salınan bəzəkli örtü, cecim

    Tam oxu »
  • QƏCƏRƏLİ

    sif. məh. Üstündən qəcərə salınmış

    Tam oxu »
  • QƏDD

    is. [ər.] 1. Boy, boy-buxun, qamət. Qəddin ki, sərvi-xuraman ilən bərabərdir. Qövsi. Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sən

    Tam oxu »
  • QƏDD-QAMƏT

    is. Boy-buxun

    Tam oxu »
  • QƏDD-QAMƏTLİ

    sif. Boy-buxunlu

    Tam oxu »
  • QƏDDAR

    is. və sif. [ər.] Rəhmsiz, amansız, mərhəmətsiz, zalım. Qəddar düşmən. – Bütün dövrlərdə müstəbid, qəddar; Ağıldan, kamaldan, fikirdən qorxar

    Tam oxu »
  • QƏDDARANƏ

    zərf [ər. qəddar və fars. …anə] Amansızcasına, mərhəmətsizcəsinə, insafsızcasına, zalımcasına

    Tam oxu »
  • QƏDDARCASINA

    bax qəddaranə

    Tam oxu »
  • QƏDDARƏ

    is. [ər.] köhn. Hər iki tərəfi kəsən ağır qılınc. Nəhayət, [əlbəyaxa vuruşmalardan] heç bir şey çıxmazdı, qəddarələr və xəncərlər işə düşərdi

    Tam oxu »
  • QƏDDARLIQ

    is. Rəhmsizlik, mərhəmətsizlik, amansızlıq, zalımlıq. Yağıları sevindirdik, bəs eləyər! Al mumluğu; al, qəddarlıq öyrət bizə! M

    Tam oxu »
  • QƏDDƏMƏK

    f. dan. Yonmaq, çərtmək. Hikmət haradansa çoxlu karandaş gətirib qəddədi, stolun üstünə qoydu. Mir Cəlal

    Tam oxu »
  • QƏDDƏNMƏK

    məch. dan. Çərtilmək, yonulmaq

    Tam oxu »
  • QƏDDƏNMİŞ

    f.sif. dan. Çərtilmiş, yonulmuş

    Tam oxu »
  • QƏDƏH

    is. [ər.] Şərab, su və s. içməyə məxsus qab; piyalə, kasa. Şərab qədəhi. – Saqi, kərəm eylə, cam gəzdir! Durma, qədəhi müdam gəzdir! Füzuli

    Tam oxu »
  • QƏDƏHCİK

    is. Kiçik qədəh, incə qədəh

    Tam oxu »
  • QƏDƏHNUŞ

    sif. [ər. qədəh və fars. …nuş] klas. İçki içən, şərab içən. □ Qədəhnuş olmaq – içki içmək, şərab içmək

    Tam oxu »
  • QƏDƏHVARİ

    sif. bot. Görünüşcə qədəhə oxşayan. Qədəhvari tac

    Tam oxu »
  • QƏDƏK

    is. köhn. Pambıqdan toxunma sadə və ucuz parça, tünd göy rəngə boyanmış bez. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, a

    Tam oxu »
  • QƏDƏM

    is. [ər.] 1. Addım. Vəsiqəli adamlara hər qədəmdə təsadüf etmək mümkün idi. M.S.Ordubadi. Atlar başladılar qədəm ilə getməyə

    Tam oxu »
  • QƏDƏM-QƏDƏM

    zərf Addım-addım. Gəzəcəkdir qəddəm-qədəm bağımı; Görəcəkdir üzümlü çardağımı. A.Səhhət

    Tam oxu »
  • QƏDƏMƏ

    is. [ər.] Pillə (nərdivanda, pilləkəndə). // məc. Səviyyə, dərəcə

    Tam oxu »
  • QƏDƏMLİ

    sif. Ayağı xeyirli, uğurlu; xoşqədəm. Mey içdilər hər gələnin sağlığına, … Güldandakı qızılgülün sağlığına; Xoş qədəmli ayın, ilin sağlığına! X

    Tam oxu »
  • QƏDƏMSİZ

    sif. Ayağı düşərsiz, ayağı düşməz; uğursuz, bədqədəm

    Tam oxu »