AĞAMİRAN
AĞAMMƏD
OBASTAN VİKİ
Ağamirzə
Ağamirzə (19 sentyabr 1962, Maştağa) — azərbaycanlı meyxanaçı. == Həyatı == Ağamirzə Məmmədov 1962-ci il noyabr ayının 29-da Bakıda dünyaya gəlmişdir. 7 yaşından meyxana sənətinə maraq göstərməyə başlamışdır. O, ilk təhsili dayısı meyxana ustadı Ağasəlim Çildağdan almışdır. Həyatda olduğu müddətdə özünə məzar qazdırdığı üçün dəfələrlə gündəmə gəlib. qız övladı var.
Ağamirzə Bəşirov
Ağamirzə Ənvər oğlu Bəşirov (9 may 1954, Salyan rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Şərqi Aralıq Dənizi Universitetinin riyaziyyat kafedrasının professoru. == Həyatı == Bəşirov Ağamirzə 1954-cü il mayın 9-da Azərbaycan Respublikasının Salyan rayonunda anadan olub. 1976-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasına qəbul olunub. 1980–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi işləyib. 1981-ci ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisası üzrə namizədlik dissertasiyasını, 1991-ci ildə Kiyev Dövlət Universitetində eyni zamanda iki ixtisas — "Riyazi kibernetika" və "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisasları üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını uğurla müdafiə edib.
Ağamirzə Canmirzəyev
= Ağaməmməd Canyar oğlu Canmirzəyev = == Həyatı == Ağaməmməd Canyar oğlu Canmirzəyev 1939-cu il dekabr ayının 15-də Xızı rayonunun Tudar kəndində kolxozçu ailəsində doğulub. Uşaqlığı Böyük Vətən müharibəsinin ağır illərinə düşüb. Elə buna görə də məktəbə gec gedib. 1948-ci ildə ailələri Bakıya köçdüyündən 10 yaşlı Ağaməmməd şəhər 17 saylı orta məktəbin birinci sinfinə gedib. 1956-cı ildə natamam orta təhsilini tamamlayandan sonra Bakı Neft Texnikumuna daxil olub. Müharibənin başa çatması bu sahənin daha da inkişaf etməsinə təlabat yaratmışdır. Neft daşları kimi nəhəng dəniz şəhərciyi salınırdı. Eyni zamanda orta təhsilini tamamlamaq arzusu ilə axşam fəhlə gənclər məktəbində oxuyan yeniyetmə Ağaməmməd bununla kifayətlənmədi, ali təhsilli mütəxəssis olmaq qərarına gəldi. Çünki müharibədən sonrakı bərpa dövrünə qədəm qoyan respublikada yüksək ixtisaslı kadrlara böyük ehtiyac hiss olunurdu. 1960-cı ildə məktəbi və texnikumu əla qiymətlərlə bitirən Ağaməmməd Canmirzəyev sənədlərini eyni vaxtda iki instituta – M.Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) verdi və imtahanları uğurla başa vurub ali məktəbə qəbul olundu.
Ağamirzə Gülməliyev
Ağamirzə Ağabəy oğlu Gülməliyev (2 aprel 2002; Qızıldaş, Qaradağ rayonu, Azərbaycan — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamirzə Gülməliyev 2 aprel 2002-ci ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Ağabəy Gülməliyevin ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Qaradağ rayon 180 nömrəli tam orta məktəbdə və 8 saylı peşə liseyində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ağamirzə Gülməliyev 6 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Ağamirzə Gülməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamirzə Gülməliyev 1 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən Kəhrilər xarabalığı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamirzə Gülməliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ağamirzə Quliyev
Quliyev Ağamirzə İlham oğlu (2001 və ya 2 may 2001, Gəncə – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamirzə Quliyev 2 may 2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinə daxil olmuşdur, daha sonradan Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı məktəb-liseyinə qəbul edilmişdir. Yaşayış yerinin dəyişməsi səbəbi ilə 21 saylı məktəbdə təhsil almış, 2018-ci ildə Səməd Vurğun adına 41 saylı tam orta məktəbdən məzun olmuşdur. Ailədə 3 uşaq olmuşlar: 1 bacı və 2 qardaş. Evin böyük oğlu idi. == Hərbi xidməti == 2 may 2019-cu ildə 18 yaşını tamamlamış və iyulun 5-i hərbi xidmətə çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı 3 noyabr 2020-ci ildə Hadrutun azad edilməsində həlak olmuşdur. 19 noyabr 2020-ci il tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra 19 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçusu Quliyev Ağamirzə İlham oğlu “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Ağamirzə Əhmədov
Ağamirzə (Ağamirzəli) Mirzəli (Mirzalı) oğlu Əhmədov (1905, Əngəxaran, Şamaxı qəzası – 12 may 1964, Bakı) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1951–1953), Azərbaycan SSR ticarət naziri (1959–1963). == Həyatı == Ağamirzə Əhmədov 1905-ci ildə Şamaxı qəzasının Əngəxaran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 13 yaşında atası vəfat etdikdən sonra işləməyə başlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Ağamirzə Əhmədov komsomol sıralarına daxil olmuş, 1925-ci ildə isə Bakıda Sovet Partiya Məktəbində oxumağa göndərilmişdir. Burada oxuyarkən o, 1928-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir. 1929-cu ildə məktəbi başa vurduqdan sonra Basqal komsomol komitəsinin katibi, 1930–1931-ci illərdə Şamaxı rayon xalq maarif şöbəsinin müdiri, ardınca isə Azərbaycan K(b)P Şamaxı Rayon Komitəsinin təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Ağamirzə Əhmədov 1932–1934-cü illərdə Bakıda Marksizm-Leninizm İnstitutunda təhsil almış, sonra isə beş il Kürdəmir rayonundakı Mollakənd MTS-də siyasi şöbənin rəisi, Lənkəran, Zaqatala, Şamaxı rayonlarında rayon partiya komitələrinin katibi işləmişdir. 1939-cu ildə Moskvadakı ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Təşkilatçıları Məktəbində oxumağa göndərilmiş, qayıtdıqdan sonra Azərbaycan K(b)P Əli Bayramlı Rayon Komitəsinin birinci katibi seçilmişdir. Böyük Vətən müharibəsi illərində Ağamirzə Əhmədov Zaqafqaziya dəmir yolları siyasi şöbəsində işləməyə göndərilmiş, 1941–1943-cü illərdə burada rəis müavini olmuşdur. 1943-cü ildə Azərbaycan K(b)P Naxçıvan Vilayət Komitəsinin ikinci katibi seçilmiş, Bakı Şəhər Partiya Komitəsi nəqliyyat şöbəsinin müdiri, Azərbaycan K(b)P Quba rayon, 1949-cu ildən isə Kirovabad şəhər komitələrinin birinci katibi, Bakı Şəhər Partiya Komitəsinin katibi olmuşdur.
Ağamirzə (ad)
Ağamirzə — kişi adı.
Zərgər Məşədi Ağamirzə
Zərgər Məşədi Ağamirzə — Gəncənin məşhur zərgəri. Mobil Əhmədovun babası == Həyatı == Zərgər Məşədi Ağamirzə 1853 cü ildə Gəncənin Zərrabi məhəlləsində doğulmuşdur. 1957-ci ildə Gəncənin Dört yol məhəlləsində vəfat etmişdir. Səbiskar qəbirstanlığında dəfn olmuşdur. Onun düzəltdiyi zərgərlik məmulatları Dəli Alı, İran şahı Müzəffərəddin, Mirzə Abbas Abbaszadə və onlarla böyük şəxsiyyətə hədiyyə edilib. Əl işləri Azərbaycanın bir çox muzeylərində sərgilənən məşhur gəncəli zərgər Məşədi Ağamirzə. Zərgərin vaxtilə Gəncədə keçirilən toylar zamanı ağız-ağız dolaşan bir şakəri də olub. Baba yolu ilə gedən Zərgər Ağamirzə yolunun davamçısı. == Ailəsi == Zərgər Məşədi Ağamirzənin Birinci xanımı Gəncədə böyük mülkədar Muxtar bəy Qazıyevin bacısı Xədicə xanım olub. Qızı Xuraman xanım Səlman Əhmədlili ilə ailə həyatı qurmuşdur.
Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi
Fatimə Ağamirzəyeva
Fatimə Ağamirzəyeva Ayıbxan qızı (10 yanvar 1953 – 25 iyun 2023, Bakı) — Azərbaycanlı xalçaçı, sahibkar, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == === Təhsil === Fatimə Ağamirzəyeva (Fatima Agamirza) 1953-cü ildə anadan olub. 1967-ci ildə KT Texnikumuna daxil olub və 1971-ci ildə bitirib. Quba Kənd Təsərrüfatı Texnikumunda (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci) təhsil alıb. 1974-cü ildə Dağıstan Mahaçkala şəhərində Politexnik İnstitutunun Texnologiya fakültəsinə daxil olub. 1974-cü ilin martında Quba Müəllimlər Evində biçmə-tikmə kursları açıb və 1988-ci ilə dək kurslar fasiləsiz davam edib. Bu kurslar eyni zamanda Bakıda Folklyer sarayında 3 il davam etmişdir. Kursları aparmaq üçün tədris proqramının olmadığına görə, "Biçməyi-Tikməyi öyrənin" adlı tədris kitabı hazırlayır və bu kitab Azərnəşrdə dövlət proqramına qəbul olunur və tiraja çıxarılır. Daha sonra "Biçib-tikmənin praktikası", "Gözəllik ondur" kitabları da dövlət tərəfindən qəbul olunub templanda qalmışdır. === Sahibkarlıq fəaliyyəti === 1988-ci ildə sahibkarlıq fəaliyyətinə başlayıb və modelyerlik və xalçaçılıq üzrə xüsusi peşə məktəbini yaradıb.

Значение слова в других словарях