Ağamirzə Bəşirov

Ağamirzə Ənvər oğlu Bəşirov (9 may 1954, Salyan rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Şərqi Aralıq Dənizi Universitetinin riyaziyyat kafedrasının professoru.

Ağamirzə Bəşirov
Bəşirov Ağamirzə Ənvər oğlu
Doğum tarixi 9 may 1954(1954-05-09) (69 yaş)
Doğum yeri
Vətəndaşlığı
Elmi dərəcəsi Fizika‑riyaziyyat elmləri doktoru
Elmi adı professor

Həyatı[redaktə | mənbəni redaktə et]

Bəşirov Ağamirzə 1954-cü il mayın 9-da Azərbaycan Respublikasının Salyan rayonunda anadan olub. 1976-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasına qəbul olunub. 1980–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi işləyib. 1981-ci ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisası üzrə namizədlik dissertasiyasını, 1991-ci ildə Kiyev Dövlət Universitetində eyni zamanda iki ixtisas — "Riyazi kibernetika" və "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisasları üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını uğurla müdafiə edib.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]