ağsu 2021
ağsunqurlar
OBASTAN VİKİ
Ağsunqur bəy
Qasıməddövlə Əbusəid Ağsunqur bəy bin Elturqan (XI əsr – 1094, Hələb) — səlcuqlu sərkərdəsi, vali. == Həyatı == Qasıməddövlə Ağsunqur bəy bin Elturqan Hələb valisi olmuşdu. 1087-ci ildə özünü sultan elan etdi. Qasıməddövlə Ağsunqur bəy bin Elturqan 1094-cü ildə Tutuş bəy tərəfindən öldürüldü. Siyamək Hüseynəlizadə yazır ki, Ağsunqur Avşar elinə mənsub Alturqan bəyin oğludur. Məlikşahın ölümü ilə Börküyarıqla Tutusun müharibəsində Ağsunqur Bərk Yarığın yanına keçir və bir savaşda öldürülür. Ağsunqurun ölümündən sonra İraq səlcuqlu sultanı Mahmud 1127-ci ildə Mosul Atabəylərinin qurucusu "Zəngi" ni Mosul valisi təyin edir və ona İmadəddin ləqəbini verir. "Zəngi" bir güclü Avşar hakimiyyəti qurur və Hələbi ələ keçirir". == Mənbə == Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. H. A. R. Gibb, "Ak Sunkur", EI² (İng.), I, 314.
Əlaəddin Ağsunqur
Əlaəddin Ağsunqur (fars. علاءالدین کرپه‌ارسلان‎) (?-1207) — Əmir Qarasunqurun oğlu, Marağa hakimi == Həyatı == Əlaəddin Ağsunqur Marağa hakimi idi. Eldənizlilərin vassalığından çıxmağa çalışırdı. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, Ərbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. Əlaəddin Ağsunqur 1207-ci ildə vəfat etdi.
Ağsunqurilər
Ağsunqurilər (türk. Aksungurlar, fars. احمدیلی‎) və ya Marağa atabəyləri (fars. اتابکان مراغه‎, translit. Atābakān-e Marāghe) — 1108–1227-ci illərdə Marağada hakimiyyətdə olmuş türk xanədanı. == Tarixi == 1108-ci ildə Rəvvadilər sülaləsindən olan Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadi Böyük Səlcuq hökmdarı Məhəmmədə düşmənləri ilə mübarizədə köməklik etdiyinə görə Marağanın hakimi təyin edildi. Onun hakimiyyət dövrü tarixə Əhmədililər sülaləsinin hakimiyyəti dövrü kimi də daxil olmuşdur. 1111–1112-ci illərdə Əhmədili Mosul, Diyarbəkr, Xilat və digər yerlərin hakimləri ilə birlikdə Suriya ərazisində xristianlara qarşı aparılan döyüşlərdə iştirak etmişdir, lakin 1117-ci ildə Əhmədili ismaili təriqətinin radikal qollarından biri olan nizarit agentləri tərəfindən Bağdadda öldürüldü. Onun keçmiş qulu, türk mənşəli Ağsunqur əl-Əhmədili yaranmış bu əlverişli şəraitdən istifadə edərək Marağada hakimiyyəti ələ keçirib Ağsunqurilər sülaləsinin əsasını qoydu. O, Marağadan başqa, Rəvanduz qalasını da ələ keçirdi.
Ağsunqurlar sülaləsi