ağyarpaqlı
ağyol
OBASTAN VİKİ
Ağyataq
Ağyataq (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Ağyataq (dağ) — Kicik Qafqazda, Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində dağ.
Ağyataq (Kəlbəcər)
Ağyataq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd. Kənd adını eyniadlı civə yatağı olan dağdan almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələrii tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Kəndin yerləşdiyi ərazi ağ rəngli torpaqdan ibarətdir və bu torpaqda bitən otun yağlılığı çox yüksəkdir. Bu əraziyə bəzən də "Yağ yataq" deyirlər. Kəndin ərazisində "Ağ yataq" adlanan mineral filiz yatağı sahəsi də var. Kəndin adı buradan götürülmüşdür. == Yaylaqlar == Qaraqayanın boynu yurd, Hacıalılar yurdu, Kəlgönnənən yurd, Eyvanın başı yurd, Ağdaşlar yurdu, Sarltopal yurdu, Qaçaydüşən yurd, Dincdərə yurdu, Qazax Alının yurdu. == Bulaqlar == Novlu bulaq, Ağdaşların bulağı, Salehin bulağı, Kərttənkələzli bulaq, Bənövşəli bulaq, Ağ bulaq, Yağlı bulaq, Portport bulaq, Göy bulaq, İsmayılın bulağı.
Ağyataq (dağ)
Ağyataq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində, Kicik Qafqazda dağ. Hündürlüyü 2389 m. Oronim ağ (rəng) və yataq (burada faydalı material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq civə yatağı Moz çayı ilə Kilsəli kəndi arasındadır. Dağın adı da buradan götürülmüşdür.
Ağyataq civə yatağı
Ağyataq civə yatağı – Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində faydalı qazıntı yatağı. Moz çayının (Tutğun çayının sol qolu) sol sahilində Zülfüqarlı silsiləsinin yamacındadır. Tektonik cəhətdən Sarıbaba sinklinoriumu ilə Kəlbəcər törəmə muldasının təmasında antiklinal struktura uyğun gəlir. Əsasən Üst Təbaşir, qismən də Alt Təbaşir yaşlı çökmə və vulkanogen çökmə süxurlardan təşkil olunmuşdur. Süxur kompleksi müxtəlif yaşlı və tərkibli intruzivlərlə və diorit-porfirit, andezit, andezit-dasit daykaları ilə kəsilmişdir. Yataq sahəsində ən cavan süxurlar Miopliosen yaşlı dasit tuflarıdır. Filizləşmə başlıca olaraq tektonik çatlar boyu süxurların parçalanması nəticəsində əmələ gəlmiş tektonik brekçiyalarla əlaqədardır. Ağyataq civə yatağında üç sütunvarı formaya malik filiz kütləsi məlumdur. Filizləşmə möhtəvi-damarcıq tiplidir və listvenitlərdə, Santon argillitlərinin tektonik brekçiyalarında qeyd olunur. Filizlərin mineraloji tərkibi sadədir, əsas filiz mineralı kinovardır.
Ağyataq mineral boya təzahürü