BASMARLAMAQ

f. Birdən qaba surətdə basıb tutmaq, qamarlamaq, süpürləmək, tutmaq, sıxcalamaq. Pişik siçanı basmarladı.
– Onda gördük ki, Tərlan Məşədiağanın bir yanında bibisi oğlu Əyyubu basmarlayıb, cücə kimi altına alıbdır. S.S.Axundov.
Ayaqyalın uşaqlar qara düşüb, çil toyuğu basmarlayıb tutdular. S.Rəhimov.

Синонимы

  • BASMARLAMAQ qamarlamaq — süpürləmək — tutmaq — sıxcalamaq

Этимология

  • BASMARLAMAQ Basmaq (altına almaq) sözü ilə kökdaşdır. Bas-ma-ar-la-maq kimi olub, qamarlamaq qəlibi üzrə yaranıb
BASMARLAMA
BASMARLANMA

Значение слова в других словарях