Beşmərtəbəli evin altıncı mərtəbəsi (roman)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1974–1978-ci illərdə Azərbaycanını görkəmli yazıçısı Anar tərəfindən yazılmış roman. Yazıçı bu əsəri böyük ədib Cəlil Məmmədquluzadənin əziz xatirəsinə ithaf edərək qələmə almışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" kitabına "Ağ liman" povesti və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı daxildir. Oxucuların diqqətini maraqla cəlb edən bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr olumuşdur. 2004-cü ildə Günel Anarqızının yazdığı "Altıncı" povesti bir növ bu iki əsərin davamı kimi görünsə də, bu mövzuları tamamilə yeni, gözlənilməz və çağdaş bucaqdan işıqlandırır.
== Qısa məzmunu ==
Ağ liman Bu povestdə əxlaqi problemlər qaldırılır, insanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsi, insanlar arasında ünsiyyət, ülfət məsələlərindən bəhs olunur. Mənəvi boşluq damğalanır.
Beşmərtəbəli evin altıncı mərtəbəsi Bir növ "Ağ liman" povestinin davamı olsa da, müstəqil əsərdir. "Ağ liman"da da olan Təhminə və Zaur bu romanın mərkəzində dayanırlar. Əsərdə onların məhəbbətindən, həqiqi hissin qorunub saxlanılmasının vacibliyindən söz açılır.