Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur.
== Tarixi ==
E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.