BRIDE
BRIDEGROOM
OBASTAN VİKİ
My Dying Bride
My Dying Bride — Death/doom metal qrupu, 1990-cı ildə İngiltərənin şimalında yerləşən Bradford şəhərində, gitarist Andrew Craighan və barabançı Rick Miah-nın Abiosis-dən ayrıldıqdan sonra aralarına vokalist Aaron Stainthorpe və gitarist Calvin Robertshaw tərəfindən quruldu. Anathema, Paradise Lost və Katatonia ilə birlikdə, My Dying Bride qrupuda death/doom metal üslubunun liderlərindən hesab edilir. == Haqqında == 6 aylıq çalışmalardan sonra qrup "Towards the Sinister" adlı ilk demo albomunu buraxdı. Qısa bir sürədən sonra qrup "God Is Alone" adlı ilk siqnllarını buraxdı. Bu sinqldan sonra qrup, Peaceville Records şirkətilə ilə müqavilə imzalayaraq 1991-ci ildə "Symphonaire Infernus Et Spera Empyrium" adlı ilk EP albomlarını çıxartdı. Bu albomdan sonra qrupa bas gitara üçün Adrian Jackson qatıldı. 1992-ci ildə qrup ilk debüt studio "As the Flower Withers" adlı albomunu çıxartdı. Death/doom metal üslubunda ifa edən qrup bu relizlərdən sonra, Böyük Britaniyada və digər Avropa ölkələrində konsertlər də çıxış etdi. Bu müvəffəqiyyət sonra növbəti EP "Thrash Of Naked Limbs" adlı albom buraxıldı. Daha sonra qrupa skripkaçı və kalvişə Martin Powell dəvət edildi.