BUYRUQ

is. Əmr, hökm, sərəncam.
Təlaq tamam olduqda, şahın buyruğu ilə onların [hərəmlərin] kəbin kağızlarını Xacə Mübarək yırtdı. M.F.Axundzadə.
Biçarə muzdurun damarları qurudu ki, indicə yaranalın buyruğu ilə Həsənəli bəyin özünü tutub, qazamata göndərəcəkdir. S.M.Qənizadə.

□ Buyruq qulu köhn. – hər bir əmr və hökmü korkorana yerinə yetirməyə hazır olan adam haqqında.
[Kəmalüddövlə:] Beləliklə, biz … din rəhbərinin buyruq qulu olaraq azadlıq nemətlərindən məhrumuq. M.F.Axundzadə.

Buyruq vermək – əmr vermək, sərəncam vermək.
[Molla İbrahim Xəlil] …Molla Həmid qabağına gələndən sonra, bu növ ilə ona buyruq verir. M.F.Axundzadə.
BUYRUQÇUis.
1. Buyruq verən, əmr verən.
2. Xidmətçi, buyruq icra edən işçi.
Sən olmusan keçi qaytaran əl buyruqçusu. S.Rəhimov.

Синонимы

  • BUYRUQ buyruq bax əmr 1
  • BUYRUQ əmr — hökm — sərəncam
BUYNUZVARİ
BUYRUQLU

Значение слова в других словарях