BÜKÜLMƏYƏN sif. Bükülə bilməyən, qatlanmaz, əyilməz. // məc. Sarsılmaz, qüvvətli, möhkəm. [Elxan:] Bükülməz qollarımı sənin ayaqlarına sərib ürəyimi açıram. C.Cabbarlı. Buna şahid, qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun. Bükülməyən qolumuzda bu ellərin gücü var. S.Rüstəm.