bəhcət 2021
bəhəm eləmək 2021
OBASTAN VİKİ
Patimat Bəhəmmədova
Patimat Aydəmirməhəmmədovna Bəhəmmədova (6 avqust 1993, Mahaçqala) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Patimat Bəhəmmədova 2008-ci ildə Latviyanın Dauqavpils şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Patimat Bəhəmmədova qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Patimat Bəhəmmədova 2010-cu ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda isə Patimat Bəhəmmədova Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0). Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu. Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı.

Значение слова в других словарях