Patimat Bəhəmmədova

Patimat Aydəmirməhəmmədovna Bəhəmmədova (6 avqust 1993; Mahaçqala, Rusiya) — Azərbaycanı təmsil edən güləşçi.

Patimat Bəhəmmədova
Şəxsi məlumatlar
Tam adı Patimat Bəhəmmədova
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi 6 avqust 1993(1993-08-06) (30 yaş)
Doğum yeri
İdman növü Güləş
Boyu 155 sm.

Həyatı[redaktə | mənbəni redaktə et]

Patimat Bəhəmmədova 1993-cü il avqustun 6-da Mahaçqala şəhərində anadan olub. Məşqçisi Aydəmirməhəmməd Bəhəmmədovdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

Patimat Bəhəmmədova 2010-cu ildə yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu.

Patimat Bəhəmmədova 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0).[2] Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu.[2] Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı.[2] Qrup mərhələsinin sonuncu görüşündə isə Patimat Bəhəmmədova Quam nümayəndəsi Arianna Estaquo ilə üz-üzə gəldi və rəqibinə 2:0 (6:0, 7:0) hesabı ilə qalib gəldi. Bununla da Patimat Bəhəmmədova qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi Çin nümayəndəsi Yuan Yuan oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə də qalib gələn tərəf Patimat Bəhəmmədova oldu — 2:0 (4:2, 1:1).[2] Bununla da Patimat Bəhəmmədova Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[2]

Patimat Bəhəmmədova 2011-ci ildə İstanbul şəhərində baş tutan Dünya Çempionatının, 2013-cü ildə isə Tbilisi şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.

2013-cü ildə Kazan şəhərində (Rusiya) baş tutan Universiada Oyunlarının gümüş medalına sahib olan Patimat Bəhəmmədova, dəfələrlə beynəlxalq turnirlərin qalibi olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azerisport.com idman portalı. "Патимат Багомедова начнет с алжирки". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  2. 1 2 3 4 5 6 7 8 Azerisport.com idman portalı. "Патимат Багомедова приносит Азербайджану третье «золото» Олимпиады (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.