CO-MATE

n məsləkdaş, yoldaş, şərik, ortaq

CO-EDUCATIONAL
CO-OPERANT
OBASTAN VİKİ
Mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
.co
.co — Kolumbiyanın internet kodu.
Klub mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Mate Alteri
Mate Alteri (12 sentyabr 1927, Paris, Fransa) — Fransa müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Le temps perdu" mahnısı ilə təmsil etmişdir.
Rudolf Mate
Rudolf Mate (ing. Rudolph Mate; 21 yanvar 1898[…], Krakov, Sisleytaniya – 27 oktyabr 1964, Hollivud, Kaliforniya və ya Los-Anceles, Kaliforniya) — polyak mənşəli ABŞ kinorejissor və kinooperatoru. == Həyatı == Rudolf Mate (Mayer) 1898-ci ildə Krakovda yəhudi ailəsində anadan olmuşdur. Budapeşt Universitetini bitirib. Film karyerasına 1920-ci ildə operator köməkçisi kimi başlamış, daha sonra isə bir sıra Avropa ölkələrinə getmiş, alman rejissoru Karl Froynd ilə əməkdaşlıq etmişdir. 1928-ci ildə Danimarka rejissoru Karl Teodor Dreyerin "Janna d'Arkın ehtirası", 1932-ci ildə "Vampir" filmlərinin operatoru olur. 1947-ci ildə Rudolf Mate rejissor kimi fəaliyyət göstərməyə başlayır. Ən yaxşı rejissor işləri "Nə vaxt dünya toqquşacaq" (1951), "Gələn ölüm" (1950), 300 spartalı (1962) filmləri olmuşdur.
Yerba mate
Yerba mate və ya Paraqvay pirkalı(isp. yerba mate, port. erva-mate) —Pirkallar fəsiləsinə və Pirkal cinsinə aid bitki növü.Ən yaxşı mate içkisinin mənbəyi kimi tanınır.Bu bitki,subtropik Cənubi Amerikaya : şimal-şərq Argentina, Boliviya, cənubi Braziliya, Uruqvay və Paraqvaya məxsusdur. İlk dəfə Quaranilər və həmçinin cənubi Braziliyada bəzi Tupi icmalarının tərəfindən istifadə edilib və becərilibdir.
Co-Kis
Co-Kis (ing. Joe Cays) — Baham adalarında adalar qrupu. İnzibati cəhətdən Qrand-Key rayonunun tərkibindədir. Adalar Abako adalarının şimalında, Streyncer-Keydən 2,5 kilometr şimal-şərqdə yerləşir. Co-Kis 1,4 kilometr uzunluğunda bir ərazini əhatə edir. Ən böyük ada oval formasındadır, uzunluğu 600 metr və eni 300 metrdir.
Co Bayden
Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[…], Skranton, Pensilvaniya) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. == İlk illəri (1942–1965) == 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında irland əsilli ailədə dünyaya gəlmişdir. Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi. Atası əvvəl varlı olsada, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı. 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi. 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar.
Co Boll
Cozef D. Boll (ing. Joe Ball; 7 yanvar 1896, Texas, San-Antonio – 24 sentyabr 1938, Texas, Elmendorf) — “Alliqator adam”, “Elmendorf qəssabı”, “Cənubi Texasın mavi saqqalı” olaraq adlandırılan amerikalı seriyalı qatil. O, iki nəfəri öldürməklə tanınır və 1930-cı illərdə 20-yə qədər qadını öldürdüyü deyilir. Onun varlığının çoxdan apokrif olduğuna inanılırdı, Texas folklorunda tanınmış bir fiqurdur. Onun ulu babası İllinoys ştatının Qallatin qraflığında tanınmış qanunsuz kölə alverçisi, adam oğrusu və qeyri-qanuni qul istehsalçısı Con Hart Krenşou idi. == Arxa plan == Birinci Dünya müharibəsi illərində Avropada cəbhə bölgələrində xidmət etdikdən sonra Boll ödəyə bilənlərə qeyri-qanuni içki sataraq spirtli içki alverçisi kimi iş fəaliyyətinə başladı. Qadağa bitdikdən sonra o, Texas ştatı, Elmendorf şəhərində “Sociable Inn” adlı bir bar açdı. O, konkret dəlil terminini səhv başa düşdüyünə görə, cəsədsiz bir cinayəti ittiham etməyin mümkünsüz olacağına inandığı üçün altı alliqatordan ibarət bir gölməçə qurdu. O, insanları xüsusilə qidalanma zamanı onlara baxmağa dəvət edirdi. Yemək əsasən canlı pişik və itlərdən ibarət idi.
Co Conas
Cozef Adam "Co" Conas (ing. Joseph Adam "Joe" Jonas, d.15 avqust 1989, Kasa-Qrande, Arizona, ABŞ) — amerikalı müğənni, musiqiçi, aktyor və rəqqas. Jonas Brothers qrupunun ifaçısı.
Co Dassen
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Co Dassin
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Co Freyzer
Co Freyzer (ing. Joseph William Frazier) - 70-ci illərin tanınmış boksçusu. Məhəmməd Əli ilə aralarında olan rəqabət dünya boks tarixinin ən güclü çəkişməsi hesab olunur.Freyzerlə Əlinin arasında baş tutan Filippinin paytaxtı Manilada keçirilən 3-cü döyüş isə illər keçməsinə baxmayaraq hələdə bütün dünyada hər kəs tərəfindən ən böyük boks qarşılaşması olaraq qəbul edilməktədir,qarşılaşma "Manilada Triller" adı ilə boks tarixinin qızıl səhifəsinə çevrildi. Məhəmməd Əli ilə 1971-ci ildə baş tutan görüşdə ilk matçı qazanmış və həmin məğlubiyyət Məhəmməd Əlinin peşəkar karyerasındakı ilk məğlubiyyəti olmuşdur. Peşəkar boks karyerası 1965-1976-cı illər aralığında baş tutmuş Freyzer 1981-ci ildə bir döyüş üçün yenidən rinqlərə qayıtmışdır. Smokin Co ləqəbi ilə tanınan Freyzer 1964-cü ildə Tokioda keçirilən Olimpiya Oyunları zamanı çıxış etdiyi ağır çəkidə bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olmuşdur. 1971-ci ilin 8 martında Manhettendə Məhəmməd Əli ilə baş tutan görüş Əsrin döyüşü adını almış və dünya tarixində ən çox izləyici marağına səbəb olmuş boks qarşılaşması olmuşdur. Freyzerin karyerası ərzində keçirdiyi 37 görüşün 32 görüşü qələbə ilə 4 görüş isə məğlubiyyətlə başa çatmışdır. Əldə edilən qələbələrin 27 si nokautla nəticələnmişdir. Co Freyzer 2011-ci ilin 7 noyabr tarixində yaşadığı Pensilvaniya ştatının Filadelfiya şəhərində vəfat edib.
Co Han
Co Han - Linkin Parkın DJ-yi və prodüseri. Linkin Parkın bütün kliplərini o yaratmış və idarə etmişdir. Han həm də 2002-ci ildə Qremmi mükafatı almışdır. O, dünyada Qremmi mükafatı alan yeganə Koreya əsilli Amerikandır.
Co Hankott
Co Hankott (8 mart 2001-ci ildə anadan olub) — İngiltərə Birinci Liqa təmsilçilərindən olan Portsmut klubunda müdafiənin sol cinahında çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Portsmut === Hankott öz peşəkar karyerasında debütünü 16 avqust 2017-ci ildə İngiltərə Liqa Trofeyində Fulhem U-23 klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Portsmut rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. Oyuna 16 yaş 161 günlüyündə çıxan Hankott Qari O'Neilin rekordunu yeniləyərək meydana daxil olan ən gənc futbolçu kimi pompeylərin tarixinə düşmüşdür.
Co Hart
Çarlz Cozef Con Hart və ya sadəcə Co Hart (ing. Charles Joseph John (Joe) Hart; 19 aprel 1987[…], Şrusberi[d]) — İngiltərə futbolçusu, Şotlandiya çempionatının üzvü "Seltik" klubunun və İngiltərə millisinin qapıçısı. == Həyatı == Co Hart 1987-ci ildə Şrusberi şəhərində Karl və Luiza Hartın ailəsində anadan olmuşdur. O, Okson ibtidai məktəbində, daha sonra Şrusberi şəhərində Meole Brace şəhərciyindəki orta məktəbdə oxumuşdur. Məktəbdə həm də kriketçi Stefan Devis ilə birgə yaxşı kriket oynamış və 11 yaşından Şrusberi futbol komandasında oymağa başlamışdır. == Klub karyerası == === "Şrusberi Taun" === Co Hart öz futbol karyerasına doğma şəhərini təmsil edən "Şrusberi Taun" klubunda başlayıb və 2003—2006-cı illərdə klubu təmsil edib. Lakin o, komandanın əsas heyətində yalnız 2005/06 mövsümündə, 46 matç oynadı və bu müddətdə 55 qol tutdu. === "Mançester Siti" === Co Hart 2006-cı ildə "Mançester Siti" klubu ilə müqavilə imzaladı və akademik futbol klubuna göndərildi. 22 may 2006-cı ildə Mançester Siti Hart üçün əvvəlcə 600 min funt sterlinq ödəmişdi. Hart 2006-cı il oktyabrın 14-də Mançester Sitidə debüt etdi və Andreas İsaksson və Nikki Ueaverın zədələnməsindən sonra Premyer Liqa matçı üçün Şeffild Yunaytedə qarşı oynadı.
Co Hisayşi
Mamoru Fucisava (藤澤 守, Fujisawa Mamoru), Co Hisayşi (久石 譲, Hisaishi Jō, 6 Dekabr 1950) 1981-ci ildən günümüzə qədər yüzdən artıq soundtrack bəstələmiş yapon musiqiçisidir.
Co Kinlox
Co Kinlox (ing. Joe Kinloch; d. yanvar 1864, Blakbörn, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Mançester Yunayted" komandasında çıxış edib. == Həyatı == Co Kinlox 1864-cü ilin yanvar ayında İngiltərənin Blakbörn şəhərində anadan olmuşdur.
Co Koker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. == Diskoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Co Lumsden
Co Lumsden (ing. Joe Lumsden; d. 1875 – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Co Lumsden 1875-ci ildə anadan olmuşdur. == Karyerası == 1897–1898-ci illərdə "Liverpul" komandasında 8 oyunda meydana çıxmışdır.
Co Mahit
Co Mahit (17 iyul 1992, Port Vila) — Vanuatulu cüdoçu. Co Mahit Vanuatunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Co Mahit birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 66 kq çəkidə, 1/16 final mərhələsində Arubanın nümayəndəsi Ceyme Mata ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:100 hesabı ilə uduzdu.
Co Manqanyello
Co Manqanyello (ing. Joe Manganiello; 28 dekabr 1976) — ABŞ aktyor, rejissor və prodüser. O, erməni, italyan, alman və xorvat əsillidir.
Co Mantenya
Co Mantenya (ing. Joe Mantegna; 13 noyabr 1947[…], Çikaqo, İllinoys) — italyan əsilli ABŞ aktyoru, ssenarist, prodüser və rejissor. O, daha çox “Xaç atası 3”, “Körpə gəzintidə”, “Parislə vida” filmlərindəki rolları, “Criminal Minds” serialında David Rossi rolu və “Simpsonlar” serialında Fat Tonini səsləndirməsi ilə tanınır. == Həyatı == Co Mantenya Çikaqoda anadan olub. Öz təbirincə desək, o, hələ orta məktəbdə oxuyarkən, West Side Story musiqili filmində rol almaq üçün imtahan verərkən kim olacağını bilmiş, amma o zaman bunu başa düşməmişdir. Onun aktyorluq debütü heç də az məşhur olmayan bir serialda ("Saç") baş verdi. Mantenya 1975-ci ildə kino və televiziyada fəaliyyətə başlamış, 150-dən çox film və televiziya serialında çəkilmişdir. 1975-ci ildən Arlin Vrhel ilə evlidir. Cütlüyün 2 qızı Mia və Cina (Cia) var. Mia 1987-ci ildə anadan olub.
Co Navarro
Co Navarro (ing. Joe Navarro; 26 may 1953) — Kuba əsilli Amerikalı yazıçı, ictimai natiq, keçmiş FTB agenti və nəzarətçisi. Navarro şifahi olmayan ünsiyyət və bədən dili sahəsində ixtisaslaşmışdır və çoxsaylı kitablar, o cümlədən Hər Bədənin Dedikləri, Təhlükəli Şəxsiyyətlər, Sözlərdən Uca Səs, Qiyamətə Üç Dəqiqə və Bədən Dili kitabının müəllifidir. == Həyatı == Co Navarro Kubada Donuzlar Körfəzinin işğalından qısa müddət sonra ailəsi ilə birlikdə 8 yaşında ABŞ-a köçdü. Brigham Young Universitetində Ədliyyə İdarəçiliyi üzrə bakalavr dərəcəsi və Slippery Rock Universitetində Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsi qazandıqdan sonra o, 25 il ərzində FTB-nin xüsusi agenti və əks-kəşfiyyat və davranışların qiymətləndirilməsi sahəsində nəzarətçi kimi çalışıb. O, FTB-nin elit Davranış Analizi Proqramının qurucu üzvlərindən biridir və o, həmçinin SWAT Komandası Komandiri və Büro Pilotu kimi fəaliyyət göstərib. FTB-dən təqaüdə çıxdıqdan sonra Navarro insan davranışı haqqında biliklərini bölüşmək üçün kitablar və mühazirələr yazır. O, Sent-Leo Universitetində əlavə bir fakültədədir və Harvard Biznes Məktəbində dəfələrlə mühazirə oxuyub. 2003-cü ildən Navarro Dövlət Departamentlərində məsləhətçi olub və Hökumətlərarası Tədqiqatlar İnstitutunun əməkdaşıdır. 2005-ci ildə Navarro World Series of Poker Academy-də iştirak etdi, yalanların aşkarlanması haqqında Discovery Channel proqramında Annie Duke ilə təsadüfi görüşdən sonra poker üzrə oyunçuları öyrətdi.
Co Nq
Co Nq (15 noyabr 1963) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Co Nq Kanadanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Co Nq Kanadanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Co Nq Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.